Qarabağda növbəti çirkin oyun: mövcud olmayan “rus icması” Xankəndidə iclas keçirib
Tarix: 30-08-2023 14:02 | Bölmə: Slayd
Qarabağda növbəti çirkin oyun: mövcud olmayan “rus icması” Xankəndidə iclas keçirib

Xankəndi şəhərindəki mədəniyyət sarayında bu günə qədər orada mövcud olmayan “rus icması”nın iclası keçirilib.

Reyting.az
erməni mətbuatına istinadla xəbər verir ki, “rus icması”nın iclasında bölgədəki son vəziyyət müzakirə olunub.

Özünü rus icmasının rəhbəri kimi təqdim edən Aleksandr Bordov deyib ki, bu gün Xankəndidə çətin vəziyyət yaranıb.

“Rus icması”nın başçısı Ermənistan-Rusiya münasibətlərinə, Rusiyanın Qarabağdakı mövcudluğunun tarixinə də toxunub.



Bordovun sözlərinə görə, əsrlər boyu ermənilərlə ruslar arasında mənəvi bağlar yaranıb, bu da hər iki xalq, ölkə və inanc naminə möhkəm müttəfiqlik əlaqələrinin qurulmasının zəruriliyindən xəbər verir.

"Şübhəsiz ki, bu gün biz barrikadaların eyni tərəfində olmalıyıq", - “rus icması”nın rəhbəri əlavə edib.

Məlumat üçün qeyd edək ki, Qarabağ ermənilər tərəfindən işğal olunduqdan sonra bu ərazidə ruslar yaşamayıb. Sovetlər vaxtında isə Qarabağda çox az sayda rus yaşayıb. Bu halda Qarabağda yaşamayan ruslardan “rus icması” yaratmaq, onu gündəmə gətirmək növbəti çirkin oyunun başlamasından xəbər verir.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər