Hikmət Hacıyev: "Ağdam-Xankəndi yolu ilə istənilən yük qısa müddətdə çatdırıla bilər"
Tarix: 31-08-2023 11:42 | Bölmə: Slayd
Hikmət Hacıyev: "Ağdam-Xankəndi yolu ilə istənilən yük qısa müddətdə çatdırıla bilər"

“Azərbaycan öz ərazisində hər hansı bir boz zonanın olmasını qəbul etməyəcək”.

Reyting.az
 xəbər verir ki, bunu Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanla razılaşdırmadan populizm məqsədilə müxtəlif yük maşınlarını Azərbaycan sərhədinə - “Laçın” sərhəd-buraxılış məntəqəsinə gətirib:

"Dünən də bəzi erməni lobbisinin tərəfdarı və təsiri altında olan korrupsioner Avropa siyasətçiləri də bu teatr xarakteri daşıyan dramanın tərkib hissəsi olaraq Azərbaycan sərhədinə doğru gəliblər. Bu kimi addımların heç bir mənası yoxdur. Bu kimi şou xarakterli addımlardansa, real məsələləri yerində həll etmək lazımdır. Azərbaycan öz ərazisində hansısa bir boz zonanın olmasını qəbul etməyəcək”.

H. Hacıyev bildirib ki, Ağdam-Xankəndi yolu ilə istənilən yük qısa müddətdə çatdırıla bilər:

"Ağdam-Xankəndi yolunun böyük ötürücülük qabiliyyəti var və daha səmərəli yoldur. Bu yolun düzənlik ərazidən keçərək Azərbaycanın əsas hissəsi ilə Xankəndi şəhərini və Qarabağın digər bölgələrini əsaslı şəkildə əlaqələndirmək imkanları var. Azərbaycan tərəfindən dəfələrlə bəyan edilib ki, Ağdam-Xankəndi yolu fəaliyyətdədir. Ağdam-Xankəndi yolu vasitəsilə istənilən yükün çox qısa müddət ərzində Xankəndinə və ətraf ərazilərə çatdırılması təmin oluna bilər”.




Bölməyə aid digər xəbərlər