Ermənistan silahlı qüvvələri zərbə PUA-sı tətbiq edib - Daha iki hərbçimiz yaralanıb
Tarix: 01-09-2023 10:58 | Bölmə: Slayd
Ermənistan silahlı qüvvələri zərbə PUA-sı tətbiq edib - Daha iki hərbçimiz yaralanıb

Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb.

Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür.




Bölməyə aid digər xəbərlər