Rusiyanın silah-sursatı hansı ölkələrdə axtardığı açıqlanıb
Tarix: 01-09-2023 15:29 | Bölmə: Slayd
Rusiyanın silah-sursatı hansı ölkələrdə axtardığı açıqlanıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Şimali Koreyanı Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiyaya silah verməməyə çağırıb.

Reyting.az
xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü, briqada generalı Patrik Rayder brifinq zamanı Rusiyanın silah-sursatları harada axtardığını açıqlayıb.

Pentaqon rəsmisi “Vaqner” qrupu ilə Şimali Koreya arasında silah müqaviləsinin başa çatıb-çatmaması sualına da cavab verib. P. Rayder deyib ki, Rusiya Federasiyası və Şimali Koreya rəsmi səviyyədə razılığa gəliblər.

Pentaqon qəsmisi bildirib ki, “Vaqner” əslində öz fəaliyyətini başa vurub: “Ona görə də əminəm ki, orada artıq çoxlu danışıqlar getmir. Amma yenə də daha geniş məsələ “Vaqner”in Ukraynadakı əməliyyatları dəstəkləmək üçün işlədiyi Rusiya hökumətidir”.

Onun sözlərinə görə, daha böyük problem Rusiya Federasiyasının əlavə silah-sursat əldə etmək üçün İran da daxil olmaqla “yaramaz rejimlər” axtarışında olmasıdır.

“Buna görə də biz bir daha Şimali Koreyanı Rusiya ilə danışıqlara getməməyə və Ukraynada günahsız mülki insanların ölümünə səbəb ola biləcək hər hansı bir döyüş sursatı verməməyə çağırırıq”, - deyə P. Rayder əlavə edib.

Xatırladaq ki, ABŞ Şimali Koreyanı Rusiyaya daha çox silah verə biləcəyi barədə xəbərdarlıq etmişdi. Eyni zamanda ABŞ Şimali Koreya və Rusiya arasında silah sövdələşmələrində iştirakda ittiham etdiyi üç təşkilata sanksiya tətbiq edib. Məsələ burasındadır ki, Şimali Koreya ötən il Rusiyaya müəyyən raketlər çatdırıb və o vaxtdan Kreml bu ölkədən əlavə döyüş sursatları almağa çalışır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər