Qarabağdakı erməni silahlıları xarici aviaşirkətlərin sərnişin təyyarələrinə radiomaneələr yaradır
Tarix: 02-09-2023 10:01 | Bölmə: Slayd
Qarabağdakı erməni silahlıları xarici aviaşirkətlərin sərnişin təyyarələrinə radiomaneələr yaradır

Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə növbəti dəfə radiomaneələr tətbiq edilib. Radiomaneələri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri yaradıb.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata görə, sentyabrın 1-i Paris-Pekin marşrutu üzrə uçuş yerinə yetirən ABŞ Hava Yollarının B-77L tipli sərnişin təyyarəsinə saat 11:15-dən 11:36-dək, Təl-Əviv-Bakı marşrutu üzrə uçuş yerinə yetirən İsrail Hava Yollarının C-650 tipli sərnişin təyyarəsinə saat 13:30-dan 13:58-dək radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb.

Nazirlik bildirir ki, qeyd olunan faktlar barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı məlumatlandırılıb.




Bölməyə aid digər xəbərlər