Paşinyan yenə əsassız iddialar irəli sürür
Tarix: 02-09-2023 13:13 | Bölmə: Slayd
Paşinyan yenə əsassız iddialar irəli sürür

“Ermənistanın "Dağlıq Qarabağ”ın "müstəqilliyi"nin əldə edilməsi ilə bağlı iddiaları beynəlxalq hüquqda qəbul edilmiş uti possidetis prinsipinə də ziddir və bu səbəbdən beynəlxalq hüquq çərçivəsində də tamamilə əsassızdır".

Reyting.az
xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaların əks olunduğu 2 sentyabr tarixli bəyanatına dair şərhində əksini tapıb.

Xarici İşlər Nazirliyi (XİN) bildirir ki, Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan silahlı qüvvələri tərəfindən 30 ilə yaxın hərbi işğal altında saxlanıldığı, bir milyonadək azərbaycanlının fundamental hüquqlarının pozulduğu, azərbaycanlılara qarşı soyqırımı və kütləvi qırğınlar həyata keçirildiyi faktların üzərindən Ermənistanın susqunluqla keçməsi bu ölkənin tarixdən dərs çıxarmadığını göstərir.

XİN bəyan edir ki, bu və digər faktlar, Ermənistanın əsassız və destruktiv mövqeyi, beynəlxalq təşkilatların qərarları uzun illər ərzində dəfələrlə Ermənistanın təcavüzkar siyasətini təsdiqləyib: “Azərbaycan onilliklər ərzində münaqişəni danışıqlar yolu ilə həll etmək üçün strateji səbir nümayiş etdirsə də, Ermənistan Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək üçün göstərdiyi xoş niyyətə daim qarşı çıxıb".




Bölməyə aid digər xəbərlər