Rusiyanın nüvə raketləri müharibə vəziyyətinə gətirilib
Tarix: 03-09-2023 00:03 | Bölmə: Slayd
Rusiyanın nüvə raketləri müharibə vəziyyətinə gətirilib

Rusiya “Sarmat” nüvə raketləri müharibə vəziyyətinə gətirilib.

Reyting.az
-ın xəbərinə görə, Rusiyanın “Roskosmos” kosmik agentliyinin rəhbəri Yuri Borisov “Satan II” kimi tanınan beynəlxalq ballistik raketlərin işə salındığını bildirib.

“Sarmat” strateji sistemin döyüş mövqeyinə keçirildiyini deyən Borisov raketlərin yeri ilə bağlı açıqlama verməyib.

Bildirilir ki, “Şeytan II” 18 min kilometr məsafədəki hədəfi vura bilir və dünyanın ən uzunmənzilli qitələrarası ballistik raketidir.

Xatırladaq ki, təxminən 208 ton ağırlığında olan raketlər ilk dəfə 2017-ci ildə sınaqdan keçirilib. Rusiya prezidenti Putin bu silahı “məğlubedilməz” adlandırıb.

Sovet dövründən qalma orijinal “Şeytan” raketi 1970-ci illərdən xidmətdədir, “Şeytan II” isə 2000-ci illərin əvvəllərindən hazırlanır.

Raketin bir neçə dəqiqə ərzində Avropanı, hətta ABŞ-ı vura biləcəyi iddia olunur. Putin bildirib ki, bu raketlə Rusiyanın düşmənləri iki dəfə düşünməli olacaqlar.

Rusiya rəsmiləri “Sarmat” raketinin 15 nüvə başlığı daşıya biləcəyini deyirlər. ABŞ ordusunun nüvə raketlərinin isə 10 döyüş başlığı tutumunun olduğu təxmin edilir.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər