21:14 / 27-08-2025
Çempionlar Liqası: "Araz-Naxçıvan" rəqibi darmadağın edib
18:09 / 27-08-2025
Bakının üç rayonunda söküntü işlərinə başlayırlar
18:00 / 27-08-2025
Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər təyin olunub
17:45 / 27-08-2025
Nazirlik "xaricdə onlayn təhsil" vədləri ilə bağlı açıqlama yayıb
17:40 / 27-08-2025
Hüseynli mərhum qardaşları ilə bağlı yayılan xəbərə sərt reaksiya verib
17:18 / 27-08-2025
Fransanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
16:59 / 27-08-2025
Ağdərədə oğurluq edənlər tutulublar
16:47 / 27-08-2025
Xırdalanda DOST Mərkəzi yanır
16:24 / 27-08-2025
Sənaye metallarının qiyməti artıb
16:11 / 27-08-2025
Süni intellektlə bağlı yeni layihə təqdim olunub
16:11 / 27-08-2025
Daha 29 nəqliyyat vasitəsi hərraca çıxarılıb
16:06 / 27-08-2025
Azərbaycan və Uqanda XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
15:51 / 27-08-2025
Rus ordusuna qarşı yeni plan hazırlanır
15:49 / 27-08-2025
Şamaxıda yanğın törədən şəxs saxlanılıb
15:36 / 27-08-2025
Gəncədə iki qonşu bir-birini bıçaqlayıb
15:30 / 27-08-2025
Fərhad Əhmədovun böyük vergi borcu yaranıb
15:15 / 27-08-2025
Sumqayıtda çörək sexində yanğın olub
15:08 / 27-08-2025
Daha müasir silahlar nümayiş olunacaq - Foto
14:59 / 27-08-2025
Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri elan olunub
14:43 / 27-08-2025
Hökumətlə meriya arasında qarşıdurma yaranıb
14:35 / 27-08-2025
QHT koalisiyası 16 yaşlı İbrahimin azadlığa buraxılmasını tələb edir
14:21 / 27-08-2025
Dünya çempionatı: Azərbaycanın üç cüdoçusu 1/4 finala yüksəlib
14:00 / 27-08-2025
Şəhid jurnalistlərin medalları ailə üzvlərinə təqdim edilib
13:54 / 27-08-2025
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
13:38 / 27-08-2025
Merz: Moskva sülh yolu ilə nizamlanmaya mane olur
13:31 / 27-08-2025
Qəzzanın tam işğalı üçün hücumlar başlayıb
13:18 / 27-08-2025
Vəkil Fəxrəddin Mehdiyev avtomobil qəzasında xəsarət alıb
12:57 / 27-08-2025
Samuxda açıq ərazidə yanğın başlayıb
12:50 / 27-08-2025
Keçmiş rəqiblər barışır: Türkiyə Səddamla əlaqə qurur
15:41 / 25-08-2025

18:02 / 23-08-2025

00:05 / 23-08-2025

22:40 / 22-08-2025

14:25 / 23-08-2025

22:48 / 22-08-2025

14:04 / 26-08-2025

14:28 / 23-08-2025

19:23 / 24-08-2025

16:27 / 23-08-2025

00:03 / 25-08-2025

16:05 / 23-08-2025

ABŞ-da gərginlik: birləşmiş ştatların ayrılıq zəngi çalınır
Tarix: 27-01-2024 18:46 | Bölmə: Slayd

Tarixinin ən qütbləşmiş dövrlərindən birini yaşayan ABŞ-da vəziyyət günü-gündən pisləşir. Müqayisə üçün qeyd edək ki, ölkə sonuncu dəfə 159 il əvvəl vətəndaş müharibəsi zamanı belə qütbləşmişdi.
Qütbləşmənin əsasını Demokratlar və Respublikaçılar arasında gedən amansız siyasi mübarizə təşkil edir. Prezident seçkiləri öncəsi bu mübarizə daha radikal və aqressiv bir hal alıb. Düzdür, ənənəvi ABŞ cəmiyyəti bu rəqabəti sevsə də, partiyalararası mübarizədən bezən və alternativ yol seçən bir qrup da var. Hansı ki, bu qrup “Artıq birlikdə yaşaya bilmərik”,- deyir.
Respublikaçıların üstünlük təşkil etdiyi Texas və Demokratların nəzarətində olan Kaliforniya ştatları Amerika Birləşmiş Ştatlarından ayrılmaq istəyirlər. Son illərdə bu istiqamətdə çıxışlar, təkliflər səslənir. Texas ştatında isə proses daha radikal və ciddi bir hal alıb.
Dikbaş Ştat
Öncə onu qeyd edək ki, bu gün müstəqillik tələb edən Texas ştatının dövlətçilik keçmişi var. Yəni bu ştat nə ABŞ-ın əsasını təşkil edən 12 keçmiş koloniyadır, nə Rusiya, Fransa kimi ölkələrdən pul ilə alınan torpaqlardır, nə də Meksika ilə müharibələrin nəticəsində ələ keçirilib.

Texas 2 mart 1836-cı ildən 19 fevral 1846-cı ilə müstəqil dövlət olub. Düzdür, Meksika bu illər ərzində Texası üsyançı bir əyalət kimi görsə də, ABŞ 1837-ci ilin martında Texas Respublikasını tanıyan ilk ölkədir.
Diqqətçəkən digər bir məqam isə Texasın rəsmi olaraq 19 fevral 1846-cı ildə öz istəyi və xalq referendumu ilə ABŞ-ın 28-ci ştatı olmasıdır. Bundan başqa, ABŞ-da vətəndaş müharibəsi zamanı Texas ştatı Konfederasiyaya qoşulmazdan əvvəl 1 fevral – 2 mart 1861-ci il tarixləri arasında 1 aylıq müddətdə yenidən müstəqil olub. Bu mənada Texas ştatının hazırda ABŞ-dan ayrılıb yenidən müstəqil ölkə olmaq istəməsi təəccüblü deyil.
Müstəqillik çağırışları yüksəlir
Son illərdə Respublikaçı və Demokratların mübarizəsi fonunda Texas ştatında ABŞ-dan ayrılma çağırışları artıb. Sonuncu immiqrasiya qalmaqalları fonunda isə bu çağırışlar daha da güclənib. Buna səbəb federal hakimiyyət orqanlarına ştatın qubernatoru Qreq Ebbottun Meksika ilə sərhəddə inşa etməyə başladığı tikan-məftilli səddi sökməyə icazə verən Ali Məhkəmənin qərarı olub.
Texas qubernatoru Qreq Ebbot Baydenin Meksika sərhədindən tikanlı məftillərin çıxarılması tələblərinə əməl etməyəcəyini və miqrantlara qarşı istehkamlar tikməyə davam edəcəyini bildirib. Qubernator ştatın Milli Qvardiyasının sərhədi öz nəzarətində saxlamağa davam edəcəyini, eyni zamanda federal qüvvələrin müdaxiləsinə icazə verməyəcəklərini bildirib. Miqrant axını davam etdiyi üçün ştatın Milli Qvardiyası sərhədə nəzarəti ələ keçirib. Ağ evin bu cür hərəkətlərindən sonra Respublikaçıların iqtidarda olduğu 25 ştat Baydeni sərhədi qorumamaqda ittiham edib və Texası dəstəkləyəcəyini bildirib.
Prosesdən istifadə edən isə “Texit” hərəkatının lideri Daniel Millerdir. O, vəziyyətdən istifadə etməyə çalışaraq ABŞ-da başlayan Respublikaçıların praymerizində Texasın müstəqilliyi məsələsini səsverməyə çıxarıb.
Belə bir referendumun keçirilməsi üçün Respublikaçılar Partiyasına petisiya verilib. O, 139 456 səs toplayıb. Lakin partiya rəsmiləri ərizələrin verilməsi müddətinin pozulmasını və bəzi imzaların etibarsız ola biləcəyini əsas gətirərək, “Texit”dən imtina ediblər. Məhkəmədə buna etiraz etmək cəhdi Texasın müstəqilliyi tərəfdarları üçün uğursuzluqla nəticələnib. Bununla belə ABŞ Konstitusiyasında Ağ evin demokratik təsisatları və əsas prinsipləri pozması halında ştatlara silahlı çevriliş etmə haqqı tanınır.
ABŞ-ın Axilles dabanı
Texas ştatı ABŞ-ın ən zəif nöqtəsi Axilles dabanıdır. Ştatda baş verənlər hər nə qədər ciddi olsa da və ya ştat müstəqillik tələb etsə də, Vaşinqtonun buna icazə verməsi mümkün deyil.
Birincisi, Texas ərazisinə görə ABŞ-ın Alyaskadan sonra ən böyük ştatıdır. Vaşinqtonun belə bir ərazi itkisi ilə barışması qeyri-mümkündür.

İkincisi, Texasın ayrılması ABŞ üçün domino effekti yarada bilər. Yəni Texasın ardınca Kaliforniya, Alyaska və Havayi kimi ştatlar da Birləşmiş Ştatları tərk edə bilər. Bundan başqa, Cənub ştatlarının 159 il öncə olduğu kimi Amerika Konfederativ Dövlətlər adı altında ayrılması da ehtimal riskli ssenarilərdəndir.
Üçüncüsü, Texit baş verərsə, ABŞ neft hasilatının 40 faizini və 1.9 trilyon dollarlıq dünyanın 9-cu ən böyük iqtisadiyyatını itirər.
Nəticə etibarilə Texasda baş verənlər hazırda ABŞ-ın daxili çəkişməsi kimi xarakterizə edilə bilər. Texit isə hələlik daha çox platforma çağırışından ibarətdir. Bundan başqa, texaslılar referendum nəticəsində müstəqilliyi seçsələr belə, dərhal ABŞ-dan ayrıla bilməzlər. ABŞ-ın hər bir ştatı və konqresi də bu müstəqilliyə səs verməlidir.
Turan RZAYEV
Politoloq
Bölməyə aid digər xəbərlər

Bu gün, 18:09
Bakının üç rayonunda söküntü işlərinə başlayırlar
Bu gün, 13:54
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
Bu gün, 13:31
Qəzzanın tam işğalı üçün hücumlar başlayıb
Bu gün, 12:50
Keçmiş rəqiblər barışır: Türkiyə Səddamla əlaqə qurur
Bu gün, 09:28
Azərbaycanda kriptovalyuta üzərinə həbs qoyulub
Dünən, 11:13
Zəngəzur dəhlizi Türkiyəyə effektiv yol açır
25-08-2025, 18:21
Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirməyə çalışan qüvvələr var
25-08-2025, 17:14
Qəzzada 300 nəfər acından ölüb - 117-si uşaqdır
25-08-2025, 16:46
ABŞ Rusiya təyyarələrini ələ keçirib
25-08-2025, 15:29
Putin Trampı aldadır
25-08-2025, 11:32
NATO dağıla bilər
25-08-2025, 10:51
Ermənistan ordudan imtina edir?
23-08-2025, 16:27
Bayramovla Lavrov arasında telefon danışığı olub
22-08-2025, 14:42
Türkiyə Ukrayna məsələsində Qərb müttəfiqlərinə bənzəmək istəmir
22-08-2025, 13:04
Hərbi ekspert: Problemimiz müttəfiqlərimiz Türkiyə və İsrail arasındakı gərginlikdir
22-08-2025, 11:14
ABŞ İrana yeni sanksiya tətbiq edib
21-08-2025, 18:23
Trampın Rusiya-Ukrayna siyasəti iflasa uğrayacaq - Professor
21-08-2025, 14:49
Zərərçəkən ermənilərin məhkəməsində: "Girovluqda ərimin başını kəsdilər"
21-08-2025, 10:38
Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur
21-08-2025, 09:27
ABŞ Putinin həbsinə order verən hakimlərə sanksiya tətbiq edib
21-08-2025, 08:08
Sentyabrda Ay, Günəş və Venera tutulacaq
20-08-2025, 17:36
Putin-Zelenski görüşünə şübhələr artır
20-08-2025, 13:26
Professor: Avropa lider böhranı ilə üzləşib - Fotolar
20-08-2025, 12:15
Müəllimlərin işə qəbulu üzrə müsahibə başlayıb
20-08-2025, 11:50
İrəvan Tehranın simasında özünə strateji tərəfdaş tapıb
20-08-2025, 11:19
10-a yaxın ölkə Ukraynaya qoşun göndərməyə hazırdır
19-08-2025, 16:05
İsazadə: Atəşkəs üçün yeganə şans Putin-Zelenski görüşü ola bilər
19-08-2025, 14:57
Ermənilərin Qarabağa qayıtması mümkün deyil
19-08-2025, 13:56
Tramp üçün iki sınaq: Ukrayna və Cənubi Qafqaz
19-08-2025, 12:41
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
19-08-2025, 12:09
Putin sülh danışıqlarından Qərbə qarşı müharibə aləti kimi istifadə edir
19-08-2025, 11:07
Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
19-08-2025, 08:13
İspaniyada 2405 nəfər istidən dünyasını dəyişib
19-08-2025, 07:52
Zelenski: ABŞ-dan təhlükəsizliyimizə təminat aldıq
18-08-2025, 18:18
Tramp, Zelenski və Putin bu həftə görüşə bilərlər
18-08-2025, 17:57
Şəhidlər xiyabanında əxlaqsız videolar paylaşan əcnəbilər həbs olunub - (Yenilənib) - Fotolar
18-08-2025, 11:03
Məsud Pezeşkian İrəvana hansı ümidlə gedir?
18-08-2025, 10:41
Putin daha çox ərazi istəyir - Foto
18-08-2025, 08:18
Tramp ölkə başçılarını Ağ evə toplayır
18-08-2025, 07:53
Ruslar SOCAR-ın Odessadakı terminalını vurub
18-08-2025, 07:47
Tramp Zelenskini Krımdan imtina etməyə çağırır