18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
17:55 / 25-10-2025
“Sputnik Azərbaycan”ın böyük redaktoru Rusiyaya gedib
15:45 / 25-10-2025
Onlayn qumar oyunları: 5 dəstə ifşa edilib
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
13:09 / 25-10-2025
Sabah yağış yağacaq - Proqnoz
11:31 / 25-10-2025
Prezident İlham Əliyev Tokayevə məktub göndərib
11:01 / 25-10-2025
Metroda dava salan 4 nəfər saxlanılıb
10:34 / 25-10-2025
Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq
10:17 / 25-10-2025
Azərbaycan XİN Qazaxıstana təbrik ünvanlayıb
10:02 / 25-10-2025
Rusiya üzərində 121 Ukrayna PUA-sı vurulub
09:30 / 25-10-2025
Rusiya Kiyevə zərbə endirib: yaralıların sayı artır - (Yenilənib)
09:05 / 25-10-2025
Premyer Liqa: bu gün 4 komanda qarşılaşacaq
00:13 / 25-10-2025
Prezident Qubadlı ilə bağlı video paylaşıb
00:01 / 25-10-2025
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
23:49 / 24-10-2025
Şahnaz Haşımova xəstəxanaya yerləşdirilib
20:54 / 24-10-2025
Azərbaycan BMT ilə 2026-2030-cu illər üçün Əməkdaşlığa dair Çərçivə Sənədi imzalayıb
18:03 / 24-10-2025
Ermənistan və İran sadələşdirilmiş gömrük dəhlizi üzrə saziş imzalayacaq
17:54 / 24-10-2025
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
17:49 / 24-10-2025
Veteranlara verilən 80 manat artırılmayacaq
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
16:54 / 24-10-2025
"Starlink" vasitəsilə kibercinayətkarlıq artıb - Foto
16:36 / 24-10-2025
Avropa yeni raketdaşıyıcısını təqdim edib - Fotolar
16:20 / 24-10-2025
Ceyhun Bayramov TDT Baş katibi ilə görüşüb
16:07 / 24-10-2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
15:58 / 24-10-2025
Dövlət müəssisələrindən bir milyon manat mənimsəyənlərə cəza istənilib
14:58 / 24-10-2025
Vladimir Putin İlham Əliyevə zəng edib
14:56 / 24-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:28 / 24-10-2025
Şuşa ilə bağlı Tədbirlər Planı təsdiqlənib
14:17 / 24-10-2025
“Quş qripi” Almaniyanı təhdid edir
14:05 / 24-10-2025
Ruslar Xarkovu bombalayıb, itki var
12:00 / 21-10-2025
Xankəndi: böyük qələbəmiz - Rauf Rəcəbov yazır
11:29 / 24-10-2025
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
16:05 / 21-10-2025
Akademikin armudu stəkanındakı limon
13:40 / 23-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
13:12 / 21-10-2025
Daş Veysəlli kəndində Şəhidlər Abidə Kompleksi yaradılıb - Fotolar
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
12:35 / 24-10-2025
Sülh savaşı - Zahid Oruc yazır
17:50 / 23-10-2025
On yeddi mindən çox müəllimin maaşı artacaq
14:16 / 23-10-2025
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
22:54 / 20-10-2025
Əyləncəli heyvanlar... - Fotolar
15:34 / 23-10-2025
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
İranda seçki altılığı: namizədlər nə ilə tanınır?
Tarix: 11-06-2024 11:56 | Bölmə: Slayd

İranın Daxili İşlər Nazirliyi Bazar günü Nəzarətçilər Şurasının təsdiq etdiyi prezidentliyə namizədlərin yekun siyahısını açıqlayıb.
İyunun 28-nə planlaşdırılan növbədənkənar seçkilər prezident İbrahim Rəisinin keçən ay helikopter qəzasında qəfil ölümündən sonra keçirilir. İranın Şərqi Azərbaycan vilayətində baş verən hadisədə xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və daha 6 məmur həlak olub.
Reyting.az xəbər verir ki, bu barədə “Al-Monitor” yazıb.
ABŞ nəşrinin təhlilində qeyd olunur:
Konstitusiyaya əsasən, Birinci vitse-prezident Məhəmməd Müxbir prezident səlahiyyətlərini müvəqqəti icra edən təyin edilib.
Seçkilərə nəzarət orqanı olan və 12 üzvdən ibarət Nəzarətçilər Şurası ötən həftələrdə namizədliyini irəli sürmüş 74 nəfərdən altı nəfərin adını təsdiq edib, onların hamısı kişidir. Ən görkəmli diskvalifikasiya edilmiş namizədlər arasında keçmiş populist prezident Mahmud Əhmədinejad və mötədil-islahatçı hesab edilən keçmiş parlament sədri Əli Laricani də var.
Şura Ali Rəhbər Ayətullah Əli Xamenei tərəfindən birbaşa təyin edilən altı hüquqşünas və parlament tərəfindən seçilən digər altı üzvdən ibarətdir. Qurum əvvəlki seçkilərdə namizədlərin, o cümlədən islahatçıların və qadınların kütləvi şəkildə diskvalifikasiyası ilə məşhurdur. 2021-ci ildə keçirilən son prezident seçkilərində 40-ı qadın olmaqla, ümumilikdə 585 namizədin iştirakına qadağa qoyulub.
İranın prezident seçkiləri haqqında qanununda namizəd üçün nəzərdə tutulan əsas meyarlardan biri onların tanınmış dini və siyasi şəxsiyyətlər olmasıdır.

Məhəmməd Baqer Qalibaf
62 yaşlı Məhəmməd Baqer Qalibaf İran parlamentinin hazırkı sədridir. O, 2005-2017-ci illərdə Tehranın meri, ondan əvvəl isə 2000-2005-ci illərdə İran polisinin rəisi vəzifələrində çalışıb.
Qalibaf, həmçinin 1997-ci ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Hərbi Hava Qüvvələrinin komandanı təyin edilib və 2000-ci ilə qədər bu vəzifəni icra edib. Qalibaf bu vəzifələrdə işlədiyi müddətdə nümayişçilərə qarşı zorakılıq tədbirləri həyata keçirməkdə ittiham olunur.
Nyu-Yorkda yerləşən İran İnsan Haqları Mərkəzi hələ 2013-cü ildə Qalibafın 1999 və 2003-cü illərdə İranda tələbə etiraz hərəkatlarına və 2009-cu il etirazlarına qarşı repressiya kampaniyalarında rolu ilə bağlı təfərrüatlı audio yazılar əldə etdiyini açıqlayıb.
Qalibaf 2005 və 2013-cü illərdə iki dəfə prezidentliyə namizəd olub və uduzub. 2017-ci ildə isə Rəisinin lehinə namizədliyini geri götürüb.

Səid Cəlili
Xamneyinin yaxın müttəfiqi Səid Cəlili seçkilərdə iştirak üçün qeydiyyatdan keçən ilk şəxslərdən biri olub. O, 2013-cü il prezident seçkilərində iştirak edib və uduzub. 2021-ci ildə Rəisinin xeyrinə namizədliyini geri götürüb.
Sərt mövqeləri ilə tanınan 58 yaşlı Cəlili 2007-2013-cü illərdə Qərb dövlətləri ilə İranın nüvə proqramı danışıqlarına rəhbərlik edib. O, dəfələrlə 2015-ci il nüvə sazişinə - Birgə Hərtərəfli Fəaliyyət Planına qarşı çıxıb. Bu mühüm razılaşma Tehranın nüvə proqramına əhəmiyyətli məhdudiyyətlər qoyması müqabilində İrana qarşı Qərb sanksiyalarının ləğvini nəzərdə tuturdu. ABŞ prezidenti Donald Trampın dövründə Vaşinqton 2018-ci ildə paktdan çıxdı və İran o vaxtdan bəri uranı silah səviyyəsinə çatdırdı.
Cəlili 2007-2013-cü illərdə Ali Milli Təhlükəsizlik Şurasında Ali Liderin katibi vəzifəsində də çalışıb. Şura, Konstitusiyaya əsasən, müdafiə və milli təhlükəsizlik siyasətlərini müəyyən etmək, daxili siyasətin milli təhlükəsizlik siyasəti ilə uyğunlaşdırılmasını təmin etmək, İranı daxili və xarici təhdidlərdən qorumaq üçün ölkənin maddi və intellektual resurslarını səfərbər etmək vəzifəsini daşıyır.
Səid Cəlili hazırda İran parlamenti ilə Nəzarətçilər Şurası arasında mübahisələri həll etmək üçün Ali lider tərəfindən təyin edilən Məsləhət Şurasının üzvüdür.

Əlirza Zakani
58 yaşlı Əlirza Zakani 2021-ci ildən Tehranın meridir. O, 2004-2016-cı illərdə və yenidən 2020-2021-ci illərdə parlamentin üzvü olub.
Ə. Zakani 2013 və 2017-ci illərdə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürdüyünü açıqlayıb və hər dəfə diskvalifikasiya edilib. 2021-ci ildə seçkilərə qatılsa da, sonda İbrahim Rəisiyə dəstək olaraq geri çəkilib.
Ultra-mühafizəkar kimi tanınan Zakani dəfələrlə gender seqreqasiyasına çağırıb və sərt islami baxışları təbliğ edib. Onun tələbə etirazlarına qarşı repressiyalarda və 2022-ci ildə rejim əleyhinə daha son nümayişlərdə iştirak etdiyi iddia olunur.
“Spreading Justice”-nin İranda insan haqlarının pozulması ilə bağlı məlumat bazasına görə, Zakani hüquqların pozulmasında məsuliyyət daşıyır. Tələbə “Bəsic” Təşkilatının komandiri kimi o, 1999-cu ildə Tehran Universitetində tələbə etirazı zamanı tələbələrin döyülməsi və yaralanmasına səbəb olub.
2023-cü ilin aprelində Zakani Tehran bələdiyyəsi üçün “hicab və iffət planı” təqdim edib və buna əsasən şəhərin metro stansiyalarına açıq başlı qadınların girməsinin qarşısını almaq üçün bələdiyyə təhlükəsizlik bölməsi yaradılıb. O zaman Zakani İslam Respublikasının geyim kodunu pozduğu aşkar edilən qadınlara qarşı ağır cəzaları nəzərdə tutan qanun layihəsini tərifləyib. Layihə 2023-cü ilin aprelində təklif edilib və sonra həmin ilin sentyabrında təsdiq olunub.

Mustafa Purməhəmmədi
64 yaşlı Mustafa Purməhəmmədi prezidentliyə namizədliyini irəli sürən yeganə din xadimidir. O, keçmiş daxili işlər (2005-2008) və ədliyyə (2013-2017) naziridir.
O, 1979-1986-cı illərdə Xuzistan, Hörmüzqan və Xorasan əyalətlərində inqilab məhkəmələrinin prokuroru vəzifəsində çalışıb. Sonra 1986-1987-ci illərdə İranın qərbində silahlı qüvvələrin inqilabi məhkəmələrinin prokuroru olub. Purməhəmmədi 1987-ci ildən 1999-cu ilə qədər kəşfiyyat nazirinin müavini vəzifəsində çalışıb. Kəşfiyyat Nazirliyində işlədiyi müddətdə Purməhəmmədi Rəisinin rəhbərlik etdiyi və minlərlə insanın kütləvi edamında iştirak edən "Ölüm Komitəsi"nin üzvü idi.
2013-cü ildə prezidentliyə namizədliyini irəli sürüb, lakin sonradan geri çəkilib.
O, hazırda ədliyyə başçısının müşaviri və sərt siyasi hərəkat olan Mübariz Ruhanilər Assosiasiyasının Ali Şurasının katibidir.
Əmirhüseyn Qazizadə Haşimi
53 yaşlı Əmirhüseyn Qazizadə Haşimi nisbətən tanınmayan ictimai xadimdir. O, hazırda vitse-prezident vəzifəsində çalışır, veteranlara və döyüşlərdə həlak olan əsgər ailələrinə dəstək verən dövlət orqanı - Şəhidlər və Veteranların İşləri Fonduna rəhbərlik edir.
Qazizadə Haşimi İslam İnqilabı Sabitlik Cəbhəsi Mərkəzi Şurasının üzvüdür. Bu, “Sepah”a yaxın fundamentalist siyasi partiyadır.
Mühafizəkar hesab edilən Haşimi 2008-2021-ci illərdə İran parlamentində Məşhəd və Kalat rayonlarını təmsil edib.
O, 2021-ci il prezident seçkilərində iştirak edib, lakin Rəisinin lehinə geri çəkilib.

Məsud Pezeşkian
69 yaşlı Məsud Pezeşkian hazırda prezidentlik yarışında mübarizə aparan yeganə islahatçıdır. O, 2008-ci ildən şimal-qərbdəki Təbriz şəhərini təmsil edən parlament üzvüdür. 2001-2005-ci illərdə səhiyyə naziri vəzifəsində çalışıb.
Pezeşkian həm də Təbriz Tibb Elmləri Universitetinin rektoru vəzifəsində çalışıb və hazırda universitetin akademik heyətinin üzvüdür.
O, 2013 və 2021-ci il seçkilərində iştirak etməyə cəhd göstərsə də, diskvalifikasiya edilib.
2022-ci ilin sentyabrında yerli IRINN televiziyasına verdiyi müsahibədə Pezeşkian ölkənin geyim qaydalarını pozduğuna görə əxlaq polisi tərəfindən həbs olunduqdan az sonra Məhsa Əmininin ölümündə İran hakimiyyətini günahlandırıb:
“Biz dini inancı güc yolu ilə həyata keçirmək istəyirik. Bu, elmi cəhətdən mümkün deyil”.
Y. QACAR
Bölməyə aid digər xəbərlər

Bu gün, 00:01
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
Dünən, 14:58
Vladimir Putin İlham Əliyevə zəng edib
Dünən, 12:00
Ali Məhkəməyə hakim təyinatları təsdiqlənib
Dünən, 11:46
Rusiyaya qarşı üç qanun layihəsi hazırlanıb
23-10-2025, 15:34
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
23-10-2025, 11:05
Qarşıdurmada olan iki güclü dövlətin lideri müzakirələrə hazırlaşır
23-10-2025, 09:15
Tramp Rusiyanın neft nəhənglərini hədəfə alıb - Sanksiya
23-10-2025, 07:09
Tramp Putinlə görüşünü ləğv edib
22-10-2025, 19:39
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
22-10-2025, 15:07
Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - (Yenilənib) - Fotolar
22-10-2025, 13:33
Mərkəzi Asiyadakı qaz kəməri...
22-10-2025, 10:47
Nikol Paşinyan: İlham Əliyev çox pozitiv addım atdı
22-10-2025, 10:25
Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
21-10-2025, 19:15
Həcc ziyarətinə sənəd qəbulu başlayır
21-10-2025, 17:59
Astanada Əliyevlə Tokayev təkbətək görüşüb, birgə bəyanat veriblər - (Yenilənib) - Fotolar
21-10-2025, 13:59
Ukrayna parçalana bilər
21-10-2025, 12:38
Qafqazda və Orta Asiyada sabitlik yaratma cəhdləri güclənir
21-10-2025, 12:36
Ramiz Mehdiyevin cinayət işi üzrə yeni faktlar məlum olub
21-10-2025, 11:48
İsa Həbibbəyli: "Qızımın seyfindən 1 milyon avronun oğurlanması..."
21-10-2025, 08:24
Ərdoğanın Yaxın Şərq turnesi başlayır
20-10-2025, 16:39
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
20-10-2025, 16:07
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
20-10-2025, 15:51
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
20-10-2025, 14:28
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
20-10-2025, 11:59
Prezident 10 məmuru təltif edib - Siyahı
20-10-2025, 09:21
Dayanıqlı iqtisadiyyatı olan ölkələrin reytinqi açıqlanıb - Siyahı
20-10-2025, 00:01
Zəngilanın azad edilməsindən 5 il ötür
19-10-2025, 09:43
Pakistanın qara səhifəsi - Fotolar
18-10-2025, 16:37
Vatikan zəfəri - Foto
18-10-2025, 16:15
ANAMA sədrinə I müavin təyin olunub
18-10-2025, 16:01
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
17-10-2025, 13:17
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
17-10-2025, 12:43
Paşinyan katolikosun ailəsinə hücum edir
17-10-2025, 12:11
Professor: Ramiz Mehdiyev yüksək vəzifələrə 900-dən çox kadr yerləşdirib
17-10-2025, 11:17
Bir qrup QHT rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
16-10-2025, 15:17
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
16-10-2025, 14:10
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
16-10-2025, 12:02
Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki