Daha iki ölkə arasında müharibə təhlükəsi artır
Köç kompleksi - Akif Əli yazır
"Qarabağ"ın rəqibinin oyununda maraqlı hadisə - təcrübəli futbolçunu ciddiyə almayıblar - Video
0:8 - “Qarabağ”ın adına yaraşmır
DTX ağır cinayətlərdə ittiham olunan şəxsləri saxlayıb - Video
Gömrük Komitəsinin vəzifəli şəxsləri həbs edilib - (Yenilənib)
Prezident Ədliyyə Akademiyasına rektor təyin edib
Cəlaloğlu: Rusiyadan başqa ölkələrə hücum etməyəcəyinə təminat alınacaq
İlham Əliyev Slovakiyada görüşlər keçirib, birgə bəyanat verilib - (Yenilənib) - Fotolar
“Qarabağ” üçün həyəcan siqnalı: pley-off şansı əldən çıxır?
Qələbə ümidli “Qarabağ” autsayder “Ayaks”a qarşı - ötən il 0:3, bəs bu dəfə?
Azərbaycanın dörd bölgəsinə qar yağır
Tarix: 04-12-2025 15:25 | Bölmə: Slayd

Rusiyaya qarşı mübarizədə Ukraynaya dəstək verən Avropa İttifaqı (Aİ) yenidən korrupsiya qalmaqalı ilə üzləşib. Bir neçə gün əvvəl Belçika hüquq-mühafizə orqanları korrupsiya və rüşvət işi çərçivəsində apardıqları araşdırma nəticəsində Aİ-nin sabiq ali nümayəndəsi Federika Mogerini saxlayıblar.
Reyting.az xatırladır ki, Belçika polisi Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) və onunla əlaqəli bir neçə qurumda genişmiqyaslı axtarışlar aparıb. Axtarışlar zamanı sənədlər, elektron məlumat daşıyıcıları və istintaq üçün əhəmiyyət kəsb edən digər materiallar götürülüb.
İlkin məlumata görə, Mogerini ilə yanaşı iş üzrə daha iki nəfər də saxlanılıb. Onlar maliyyə və idarəetmə sahəsində vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurlar.
İstintaqın əsas diqqət mərkəzi müxtəlif layihələrə ayrılan vəsaitlərin mənimsənilməsi ehtimalıdır. Belçika prokurorluğu bildirib ki, hazırda toplanan materiallar araşdırılır və yeni faktların üzə çıxması istisna edilmir.
Digər tərəfdən, xanım Mogerinin saxlanılması Aİ-nin digər sabiq ali nümayəndəsi Josep Borreli də diqqət mərkəzinə gətirib. Düzdür, hazırda Borrelə qarşı yetərli ittiham olmasa da, davam edən korrupsiya qalmaqalları onun da adını gündəmdə saxlayır.
Qeyd edək ki, Aİ özünü nümunəvi təşkilat və dəyərlərüstü təsisat kimi təqdim etsə də, burada korrupsiya və rüşvət hallarının baş verməsi ilk dəfə deyil. Son hadisə göstərir ki, Aİ-də struktur və idarəetmə problemləri köklüdür və bu qurum getdikcə daha çox etibar itkisi ilə üzləşir. Aİ-nin bu vəziyyətə nə qədər davam gətirəcəyini isə zaman göstərəcək. Böyük ehtimalla gələcəkdə də bu kimi analoji qalmaqallar baş verəcək, çünki keçmiş təcrübə bunu deməyə əsas verir. Məsələn, Avropa Parlamentinin sədr müavini Eva Kayli ilə bağlı 2022-ci ildə aparılan araşdırma zamanı onun evində böyük məbləğdə nağd pul aşkarlanmışdı. Həmin prosesdə bəzi Avropa Parlamenti deputatlarının da adının hallanması qurumun imicinə ciddi zərbə vurmuşdu.
Digər vacib məqam ondan ibarətdir ki, Brüsseldə polis tərəfindən Aİ ofis və qərargahlarında mütəmadi keçirilən reydlər göstərir: problem köklü və struktur xarakter daşıyır və bunu artıq gizlətmək mümkün deyil. İslahatlar isə ləng aparılır və bəzən əsas məqsəd mövcud nöqsanları aradan qaldırmaqdan çox, onları ört-basdır etmək olur. Şübhəsiz ki, korrupsiya, rüşvət və “çürük” idarəetmə strukturları ilə müasir, sürətlə dəyişən dünyada ciddi rol oynamaq və mövqe tutmaq mümkünsüzdür.
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Reytinq” qəzetinə bildirib ki, Avropa İttifaqında əvvəllər də rüşvət qalmaqalları olub və bir sıra vəzifəli şəxslər ifşa ediliblər.
A. Mollazadə əlavə edib ki, bəzi halların isə ümumiyyətlə üstü açılmır:
“Bu kimi hallar korrupsiyanın universal olduğunu və hər yerə sızdığını göstərir. Bəli, Avropa İttifaqında belə hadisələrin baş verməsi və üzə çıxması bir çoxları üçün şok ola bilər. Amma bu, ilk fakt deyil. Avropa İttifaqında, Avropa Parlamentində, Avropa Şurasında korrupsiya qalmaqalları dəfələrlə olub. Ona görə də korrupsiyaya qarşı mübarizə gücləndirilməlidir. Əks halda, rüşvət və korrupsiya halları daha da artacaq”.
A. Mollazadə sonda qeyd edib ki, rüşvət və korrupsiya Aİ-də kök salıb və qurumun nüfuzuna, həmçinin strukturlarına ciddi zərbə vurub.
N. ORUCOV
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək