Bank kartlarına müdaxilə halları artır - Xəbərdarlıq
Tarix: 09-12-2025 10:49 | Bölmə: Slayd

Bank kartlarına müdaxilə halları artır

Vətəndaşların bank kartlarına müxtəlif kiber üsullarla müdaxilə halları var.

Reyting.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Nazirlik bildirir ki, bank kartının üzərində olan məxfi məlumatların naməlum şəxslərə verilməsi maliyyə itkisinə və kredit öhdəliklərinin yaranmasına səbəb olur:

"CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, sizə məxsus digər sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, eləcə də kartın PİN kodu naməlum şəxslərə ötürüldüyü halda hesabdakı pul vəsaiti, yaxud hesabda pul olmadığı təqdirdə kredit vəsaiti oğurlana bilər".

DİN bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə bağlı təkliflərə qarşı diqqətli olmağı tövsiyə edir. Qeyd olunur ki, şəxsi bank məlumatlarını naməlum şəxslərə vermək real təhlükədir.






Bölməyə aid digər xəbərlər