MDB-də ən az əməkhaqqı olan ölkə açıqlandı
Tarix: 15-06-2019 02:17 | Bölmə: Slayd
MDB-də ən az əməkhaqqı olan ölkə açıqlandı

MDB üzvü olan və ən aşağı əməkhaqqı verilən ölkənin adı açıqlanıb.

Reyting.az xarici mətbuata istinadla bildirir ki, MDB dövlətlərarası statistika komitəsinin məlumatına görə, 2019-cu ilin aprel ayında ən aşağı orta aylıq əməkhaqqı (145 dollar) Tacikistanda olub.

Ən yüksək orta əməkhaqqı apreldə Rusiyada – 730 dollar qeydə alınıb.

İkinci sırada ... nə qədər qəribə olsa da Belarusdur – 518 dollar.

Üçüncü sıradakı Ukraynada bu göstərici 518 dollara çatıb.

Ermənistan 375 dollarla dördüncüdür, ilk lider beşlikdə 370 dollarla Azərbaycandır.

Qırğızıstan 239 dollarla altıncı olub. Qazaxıstan, Özbəkistan və Moldovanın göstəriciləri yoxdur.

Qeyd edilir ki, il ərzində ən yüksək orta əməkhaqqı artımı (21,1 faiz) Ukraynada qeydə alınıb.

İkinci sırada 16 faizlə Belarus, ardınca 11,1 faizlə Tacikistandır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}