19:14 / 01-07-2025
Zelenski Əliyevə zəng edib
Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olub
Tarix: 13-08-2019 14:24 | Bölmə: Slayd
Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olub

İran və Azərbaycan prezidentləri arasında telefon söhbəti olub.

Reyting.az
“İRİB”ə istinadla xəbər verir ki, Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığında Azərbaycan hökuməti və xalqını Qurban bayramı münasibətilə təbrik edib. O, Tehran-Bakı əlaqələri və əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb.

İran prezidenti Azərbaycanla münasibətləri dost, səmimi və genişlənən adlandıraraq, iki ölkə rəsmilərinin Tehran-Bakı münasibətlərinin və əməkdaşlığının hərtərəfli inkişafı üçün səy göstərməsinin zəruriliyini qeyd edib.

O, İran və Azərbaycan rəsmilərinin qarşılıqlı səfərlərini əlaqələrin və əməkdaşlığın inkişafında təsirli nəticələrə malik olduğunu bildirib. “Ümid edirik ki, rəsmi şəxslərin səyləri ilə qarşılıqlı razılaşmaların və əməkdaşlığın sürətlənməsini görəcəyik”.

Həsən Ruhani qeyd edib: “Azərbaycan həmişə İranla dost və qardaş ölkə olub və şübhəsiz, iki ölkə arasındakı bu dostluq və qardaşlıq münasibətləri daha da genişlənəcək”.

Qurban bayramı münasibəti ilə İran hökuməti və millətini təbrik edən Azərbaycan prezidenti İlham Əliyev bildirib: “İran və Azərbaycan Respublikası arasında əlaqələr və əməkdaşlıq inkişaf edir və bu, Tehranda və Bakıdakı rəsmi şəxslərin davamlı və səmimi səylərinin nəticəsidir”. Azərbaycan prezidenti Həsən Ruhani ilə yaxın vaxtlarda görüşəcəyinə ümid etdiyini ifadə edərək deyib: “Şübhəsiz ki, iki ölkə və xalq arasında münasibətlər əvvəlkindən yaxşı olacaq”.




Bölməyə aid digər xəbərlər