16:25 / 15-09-2019
Sabiq deputat vəfat etdi
14:02 / 15-09-2019
Xalqı çaşdıran yalanlar
Azərbaycan və Gürcüstan arasında mübahisəli sərhəd... - Növbəti iclas Tbilisidə keçirilə bilər
Tarix: 21-08-2019 17:50 | Bölmə: Siyasət
Azərbaycan və Gürcüstan arasında mübahisəli sərhəd... - Növbəti iclas Tbilisidə keçirilə bilər

Gürcüstan və Azərbaycan birgə komissiyasının ekspertlər qrupu dövlət sərhədinin razılaşdırılmamış sahələri üzrə birgə işi davam etdirirlər.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 20-də Vaxtanqisi kəndi və Keşikçi Dağı Məbəd-Kompleksi yaxınlığındakı sahələrə baxış keçirilib.

Ekspertlər komissiyanın həmin sahələr üzrə mövqelərini müzakirə ediblər. Gürcü ekspertlərdən ibarət qrup Azərbaycan tərəfinə sərhədin keçilməsi ilə bağlı öz mövqeyini izah edib. İşlərin nəticələri baxılması üçün komissiyanın həmsədrlərinə təqdim olunacaq.

Analoji işlər yaxın günlərdə razılaşdırılmamış digər sahələrlə bağlı da aparılacaq. Ekspertlərin işinin ilk mərhələsinin avqustun 23-nə qədər davam etdiriləcəyi planlaşdırılıb. İkinci mərhələnin isə qısa müddət ərzində həyata keçirilməsi nəzərdə tutulub.

Ekspertlərin görüşlərindən sonra sərhədin delimitasiya və demarkasiyası üzrə komissiyanın növbəti iclasının sentyabrda Tbilisidə keçirilməsi planlaşdırılıb/Report.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}