Müdafiə Nazirliyində kadr dəyişikliyi; Prezident komandan müavinini vəzifəsindən xaric etdi
Tarix: 11-11-2015 14:05 | Bölmə: Slayd


Hərbi Hava Qüvvələri Hava Hücumundan Müdafiə qoşunlarının rəisi, Hava Qoşunlarının komandan müavini polkovnik-leytenant Tofiq Abbasov vəzifəsindən azad edilib.

Reyting.az Aznews.az-a istinadənxəbər verir ki,müdafiə naziri Zakir Həsənovun təqdimatı ilə Prezident İlham Əliyev bununla bağlı əmr imzalayıb.


Qeyd edək ki, Tofiq Abbasov Sovet ordusundan baş leytenant olduğu vaxt təxris olunub. Azərbaycan müstəqillik qazandıqdan sonra isə, Abbasov Daxili Qoşunlarda hərbi xidmətini davam etdirməyə başlayıb və mayor rütbəsinə kimi yüksəlib.

Zakir Həsənov Müdafiə naziri vəzifəsinə təyin olunandan sonra o da Müdafiə Nazirliyində fəaliyyətə başlayıb. General-mayor Ramiz Tahirov Hərbi Hava Qüvvələrinə komandan, eyni zamanda müdafiə nazirinin müavini təyin olunandan sonra isə T.Abbasovla bağlı gözlənilməz əmr imzalanıb: mayor rütbəli şəxs general vəzifəsinə - Hərbi Hava Qüvvələri Hava Hücumundan Müdafiə qoşunlarının rəisi, Hava Qoşunlarının komandan müavini təyin edilib.

Bir müddət sonra T.Abbasovu təhsilini artırmaq üçün Çinə göndəriblər və bundan sonra ona polkovnik-leytenant rütbəsi verilib. Təbii ki, ona belə bir jestin edilməsi təsadüfi olmayıb. Çünki T.Abbasov tabeliyində olduğu Ramiz Tahirovla tələbə yoldaşı olub, onlar Kiyev şəhərində birlikdə hərbi təhsil alıblar. Çox güman ki, nazirlikdə T.Abbasova xüsusi münasibətin göstərilməsinin səbəbi onun nazir müavini ilə yaxın əlaqələridir. Amma görünür, Ramiz Tahirov sona qədər bu təcrübəsiz hərbçini qoruya bilməyib.

Məlumata görə, T.Abbasovun vəzifəsindən uzaqlaşdırılmasına və aşağı rütbəli posta təyin edilməsinə səbəb onun işinin öhdəsindən gələ bilməməsidir.

 

 





Bölməyə aid digər xəbərlər