21:59 / 29-10-2025
800 min illik yeraltı su hövzəsi aşkarlanıb
20:24 / 29-10-2025
İlham Əliyev Federal Milli Şuranın sədrini qəbul edib - Fotolar
20:15 / 29-10-2025
Yaponiya Trampın tələbinə əməl etməyəcək
20:06 / 29-10-2025
Avropa yenə təbii qaz problemi ilə üzləşir
19:55 / 29-10-2025
Vitse-prezident: Hərbi əməliyyatlara son qoymağın vaxtıdır
19:20 / 29-10-2025
İlham Əliyev Rumıniya Senatının sədrini qəbul edib - Fotolar
19:15 / 29-10-2025
Nuriyev: Mehdiyevin siyahısında erməni qarışığı olanlar üstünlük təşkil edə bilər
19:05 / 29-10-2025
Polşa ilə Rusiya arasında gərginlik artır
18:57 / 29-10-2025
Kreml Trampın bəyanatına şərh verib
18:52 / 29-10-2025
Litva Belarusla sərhədi bağlayıb
18:21 / 29-10-2025
“İçərişəhər” Dövlət Qoruğuna Aparat rəhbəri təyin edilib
18:00 / 29-10-2025
Səfirlik Monteneqrodakı hadisələrlə bağlı açıqlama yayıb
17:45 / 29-10-2025
Ukraynanın iki şəhəri mühasirəyə alınıb
17:44 / 29-10-2025
Azərbaycanın Omandakı səfirliyinin rəsmi açılışı olub
17:26 / 29-10-2025
Macarıstan AB-nin Belarusa qarşı planını pozub
17:19 / 29-10-2025
"QHT işi": Zamin Zəkinin məhkəməsi başlayıb
17:07 / 29-10-2025
Prezident məhkəmələrə sədr və sədr müavinləri təyin edib
17:05 / 29-10-2025
Ruslar Pokrovsk şəhərini mühasirəyə almağa çalışır
17:01 / 29-10-2025
Şirvanda zəlzələ olub
16:59 / 29-10-2025
Prokuror Tağı İbrahimova 9 il cəza istəyib
16:47 / 29-10-2025
Məşhur aktrisa yeni filmlə ekrana qayıdır - Foto
16:30 / 29-10-2025
Baş Prokurorluq sabiq deputata xəbərdarlıq edib
16:29 / 29-10-2025
Assosiasiyaya sədr təyinatı olub
16:16 / 29-10-2025
Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala vəsiqə qazanıb
15:42 / 29-10-2025
Rusiyada azərbaycanlı iş adamı itkin düşüb
15:38 / 29-10-2025
Sem Altman: ABŞ texnoloji yarışda Çindən geri qala bilər
15:30 / 29-10-2025
BŞİH: “Sovetski”-də tarixi binanın sökülməsi ilə bağlı məlumat yalandır
15:21 / 29-10-2025
"Qarabağ"-"Çelsi" oyununun biletləri satışa çıxarılıb
14:37 / 29-10-2025
Azərbaycan və Oman XİN başçıları arasında görüş olub
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
20:19 / 27-10-2025
Nazir Emin Əmrullayevə bir neçə sual
14:34 / 29-10-2025
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
16:17 / 27-10-2025
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
16:57 / 27-10-2025
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
11:43 / 29-10-2025
Qafqazda sülh: Ağ ev Paşinyanı qorumalıdır
16:37 / 27-10-2025
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
12:22 / 27-10-2025
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
18:09 / 26-10-2025
"Neftçi" qələbə qazanıb
00:01 / 25-10-2025
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
Müxalifətin insan alverində iştirakına dair yeni faktlar aşkara çıxır - Foto
Tarix: 17-11-2019 12:19 | Bölmə: Slayd

“Bu günlər dövlətin yeni iqtisadi-siyasi islahatlar aparması, fərqli sosial zümrələrə açılma, Prezidentin ictimai nəzarət üçün cəmiyyətdən dəstək istəməsi Azərbaycanımızın taleyinə biganə qalmayan bütün sivil qüvvələr tərəfindən təqdirlə qarşılanır, ölkədə yeni, daha sağlam siyasi mühit yaranır. Amma bununla paralel olaraq əsasən Əli Kərimli və radikal antimilli ətrafının get-gedə daha da ifrat, barışmaz mövqeyə yuvarlanmasının şahidiyik”.
Reyting.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov özünün Facebook səhifəsində yazıb.
Ə. Həsənov müxalifətin ifrat inkarçı mövqeyinin səbəblərinə də toxunub:
“Birincisi, Azərbaycan iqtidarının sosial təşəbbüslərinin uğuru radikal müxalifətin məhdud sosial bazasını daha çox tükəndirir. Bu özünü 19 oktyabr aksiyasındakı biabırçı fiasko və noyabrın 2-ə təyin etdikləri aksiyanı təxirəsalma məcburiyyətləri ilə təsdiqlənir.
İkincisi, bəlli olur ki, Əli Kərimli və radikal antimilli ətrafı sosial şəbəkələrdə izləyicilərinin yarıdan çoxunu itiriblər. Onların Facebook səhifəsində bəyənmələrin, paylaşımların statistikasında azalma templəri güclənib.
Xatırladaq ki, Facebook sosial şəbəkəsi administrasiyası bəyan edib ki, bu il 5,4 milyard saxta hesabı bağlayıb. Bu, sosial mediada manipulyasiya və dezinformasiyaya qarşı savaşın davam etdiyini göstərir. "Saxta, manipulyasiya məqsədilə yaradılan hesabları aşkarlayaraq bloklamaq qabiliyyətimizi gücləndirmişik", - internet şirkəti hesabatında bildirir. Diqqətli oxucu bu iki hadisə arasında paralel apararaq asanlıqla Əli Kərimli, Cəmil Həsənli və radikal antimilli ətraflarının izləyici və bəyənmə itkilərinin Facebook şəbəkəsinin öz araşdırmasının, dezinformasiyaya qarşı effektiv mübarizəsinin nəticəsi olduğunu anlaya bilir.

Ə. Həsənov
Üçüncüsü, uzun illər özünü milli qüvvə kimi təqdim edənlərin Bako Saakyan, Masis Mailyan kimi işğalçı xunta rəhbərləri ilə eyni lojaları, Azərbaycana və Türkiyəyə münasibətdə həm də eyni ədavəti bölüşməsi bu yaxınlarda ABŞ-da keçirən dinləmələrdə bir daha faş oldu.
Dördüncüsü, Almaniyada aparılan hüquqi araşdırmalar radikal müxalifətin trafikinq-insan alveri biznesində iştirakına dair hər gün yeni faktlar aşkara çıxarır. Almaniyadakı araşdırmaların ardınca Fransa və digər Avropa ölkələrində də araşdırmaların aparıldığı haqda informasiyalar verilməkdədir. İlkin açıqlanmış araşdırmalar Müsavatı silkələdiyi kimi, araşdırmaların davamı Əli Kərimli və radikal antimilli ətrafını bəri başdan təhdid etməkdədir. Axı, Müsavatın AKM uzantısının bu biznesdə əsas rəqibi “Milli şura”nın Avropadakı müxtəlif strukturlarıdır.
Beşincisi, bu qruplaşma son zamanlar yalnız ailə-məişət qalmaqalları, qadınlara qarşı zorakılıq aktları ilə gündəmə gəlir; cəmiyyətə hər hansı yenilik, siyasi və ya şəxsi əxlaq nümunəsi təqdim etməyə qabil olmadığını sübut edib və s.
Beləliklə, iqtidarın uğurlu daxili siyasəti radikalları dəstəkləyə biləcək məhdud elektoratın daha çox “əriməsinə” səbəb olur; Facebook, Youtube kimi sosial şəbəkə administrasiyalarının tətbiq etdiyi yeniliklər Əli Kərimli, Cəmil Həsənli və “Milli şura”dakı digər radikalların ictimai rəy lideri olmaları haqda uydurulmuş saxta rəqəmlərin birdən birə iki-üç dəfə azalması ilə nəticələnir - bu həm də o deməkdir ki, Əli Kərimli və radikal antimilli ətrafının sosial şəbəkə üzərindən inqilab etmək arzusu da puç olub; iqtidarın milli maraqlara söykənən uğurlu diplomatik həmlələrinin antimilli ünsürlər tərəfindən sabotaj edilmə cəhdləri cəmiyyətdə daha çox marginallaşmalarına səbəb olur. Nəhayət, Avropada başlamış hüquqi araşdırmalar radikal müxalifətə Qərbdə guya böyük dəstək verilməsi haqda uydurmaların da yalan olduğunu, bu müxalifətin Qərbin ciddi institutları tərəfindən məhz insan alveri ilə məşğul mafioz qurumlar kimi qəbul edildiyini aşkarlayır. Bəlli oldu ki, Azərbaycan iqtidarının illərlə dedikləri həqiqətdir: xaricdə, Qərbdə bu qüvvələrə yalnız anti-Azərbaycan dairələr, erməni lobbisi dəstək verir.
Belə hərtərəfli ifşa, dibə vurmadan sonra Əli Kərimli və radikal antimilli ətrafı nəticə çıxarıb indiyədək dəfələrlə media və İT ekspertlərinin açıqladığı faktları qəbul edib, daha sağlam fəaliyyət metodları seçməli, saxta profillərdən istifadəyə, botlarla izləyici sayı artırmaq, özünə barmaqdan elektorat sorub çıxarma cəhdlərinə son qoymalı idilər. Antimilli qüvvələrin əlində alətə çevrildiklərini; müxalifətin yenilənməsi, cəmiyyətdə vətəndaş sülhünün dərinləşməsi önündə əngəl olduqlarını; minlərlə soydaşımızı “liberal cənnət” vədi ilə aldadıb son qəpiklərini də mənimsədiklərini, indi həmin soydaşlarımızı Avropada qaçqın kamplarında çox pis vəziyyətdə yaşadıqlarına görə məsuliyyət daşıdıqlarını etiraf etməli idilər. Bunun əvəzində nə görürük?
Müşahidə etdiyimiz odur ki, Əli Kərimli çevrəsindəki yaxın “silahdaşlarına” maksimum müdafiə olunmaq, heç bir səhvi etiraf etməmək, vətəndaşları aldatmanın kiçik miqyasda olduğunu deməklə ittihamları sovuşdurmaq, ənənəvi qaydada dövlətə, dövlət rəhbərliyinə qarşı kin- küdurət qusmaq tapşırığı verib. Bu işdə “Əli Kərimli TV” kimi rebrendinqə getməyi nədənsə xeyli ləngidən Sevinc Osmanqızı, Nəcəf Nəcəfovun “Azadlıq” brendini gözdən salıb Nikol Paşinyanın “Haykakan jamanak” (Erməni saatı) qəzetinin adından ucuz plagiat yolu ilə anti-Azərbaycan “Azərbaycan saatı” yaratmış Qənimət Zahidov və əli gah ifşa olunmuş korrupsionerlərin cibindən, gah otel odalarından, gah da ayətullahların risalələrindən çıxan Natiq Adilov xüsusi canfəşanlıq edirlər”.
Ə. Həsənov qeyd edib ki, insanın savadsızlığına da, mədəniyyətsizliyinə də, cahilliyinə də göz yumub birtəhər onunla yanaşı yaşamaq olar: “Amma əxlaqsızlıqla bir arada yaşamaq çox çətindir: “Tutaq ki, müxalifət funksionerlərindən kimlərsə saxta viza alverində iştirak ediblər. Etiraf edim ki, mən bunu ciddi miqyaslı problem kimi qəbul etmirəm. Bu alverin həcmi nə qədərdir ki? Nə qədər məbləğdən söhbət gedir? Olsun 500 min, 1 milyon, 5 milyon”, -Sevinc Osmanqızı belə deyir. Bu nə məntiqdir, bu nə “siyasi şəffaflıq” nümunəsidir? 500 minlə 5 milyon arasında doğrudanmı fərq yoxdur sizin üçün? Axı, bu pulların hər bir qəpiyi də aldatdığınız, milli dövlətlə, ana vətənlə problem yaratdığınız insanların sınan taleləri, dağılan ailələri deməkdir. Sizin “izzəti-nəfs” dediyiniz, “sanballı rəqabət” dediyiniz budurmu?
Əxlaqsızlığa “şəxsi həyatımdır”,- deyib haqq qazandırmaqdırmı sağlam cəmiyyət uğrunda, izzəti-nəfs uğrunda mübarizə? Siyasi islam liderlərinin sitatlarını tutuquşu kimi təkrarlamaqdırmı liberal Qərb dəyərləri uğrunda mübarizə? Ən korrupsiyaya bulaşmış ünvanlardan “gecə növbəsi” işi adıyla aylıq almaq, susmaq-yazmamaq müqabilində ianə qoparmaq üçün saatlarla qapıları pusmaqdırmı cəmiyyəti sağlamlaşdırmaq? Cibindən asılı olduğun qaranlıq dairələrin sifarişi ilə siyasi opponent bildiyin komandanın ayrı-ayrı fərdlərinə qarşı qara PR aparmaqdırmı urvatlı-sanbalı mübarizə? Cinayəti demokratiya, əxlaqsızlığı şəxsi həyat, xəyanəti fəaliyyət azadlığı kimi təqdim etməkdirmi siyasi mübarizə? Satqınlığı tərəfdarlarına nümunə kimi təqdim etməkdirmi müxalifətçilik?
Əminəm ki, qarşıdan gələn bələdiyyə seçkiləri də klaviatura qəhrəmanlarının heç bir siyasi sanbalı, çəkisi olmadığının növbəti nümayişi olacaq”.
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:45
Ukraynanın iki şəhəri mühasirəyə alınıb
Bu gün, 17:07
Prezident məhkəmələrə sədr və sədr müavinləri təyin edib
Bu gün, 16:30
Baş Prokurorluq sabiq deputata xəbərdarlıq edib
Bu gün, 13:59
Qarabağa yeni köç karvanları gedib - (Yenilənib)
Bu gün, 12:24
AMEA-da mənimsəmə və sui-istifadə halları araşdırılır
Bu gün, 12:17
I Qarabağ müharibəsinin daha üç şəhidi dəfn olunub
Bu gün, 11:43
Qafqazda sülh: Ağ ev Paşinyanı qorumalıdır
Dünən, 14:18
Bir neçə ölkə risk altına düşüb
Dünən, 09:41
Yer kürəsində maqnit fırtınası başlayır
Dünən, 07:23
Qarabağın daha iki kəndinə köç karvanı gedib
27-10-2025, 20:19
Nazir Emin Əmrullayevə bir neçə sual
27-10-2025, 16:37
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
27-10-2025, 16:17
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
27-10-2025, 16:11
ASC-də nöqsanlar aşkar edilib
27-10-2025, 12:22
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
27-10-2025, 12:02
Dövlətə 81,5 milyon manat zərər vuran 30 nəfər məsuliyyətə cəlb olunub
25-10-2025, 14:48
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
25-10-2025, 09:30
Rusiya Kiyevə zərbə endirib: yaralıların sayı artır - (Yenilənib)
25-10-2025, 00:01
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
24-10-2025, 14:58
Vladimir Putin İlham Əliyevə zəng edib
24-10-2025, 14:56
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
24-10-2025, 12:44
Gənc müəllimlərə iki min manatdan çox kompensasiya veriləcək
24-10-2025, 12:09
Bakı, Sumqayıt və Gəncə apellyasiya məhkəmələrinə hakimlər təyin olunub
24-10-2025, 12:00
Ali Məhkəməyə hakim təyinatları təsdiqlənib
24-10-2025, 11:46
Rusiyaya qarşı üç qanun layihəsi hazırlanıb
24-10-2025, 11:29
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
23-10-2025, 15:34
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
23-10-2025, 11:05
Qarşıdurmada olan iki güclü dövlətin lideri müzakirələrə hazırlaşır
23-10-2025, 09:15
Tramp Rusiyanın neft nəhənglərini hədəfə alıb - Sanksiya
23-10-2025, 07:09
Tramp Putinlə görüşünü ləğv edib
22-10-2025, 19:39
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
22-10-2025, 15:07
Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - (Yenilənib) - Fotolar
22-10-2025, 13:33
Mərkəzi Asiyadakı qaz kəməri...
22-10-2025, 10:47
Nikol Paşinyan: İlham Əliyev çox pozitiv addım atdı
22-10-2025, 10:25
Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
21-10-2025, 19:15
Həcc ziyarətinə sənəd qəbulu başlayır

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək