23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Koronavirusu 48 saata məhv edən dərman tapıldı - Yenilənib - Foto
Tarix: 06-04-2020 01:11 | Bölmə: Slayd
Koronavirusu 48 saata məhv edən dərman tapıldı - Yenilənib

Ürək-damar xəstəlikləri uzmanı Prof. Dr. Bengi Bəşər sosial şəbəkə hesabından koronavirusu 48 saata məhv edən dərmanın tapıldığını açıqlayıb.

Reyting.az
Türkiyə mediasına istinadla xəbər verir ki, B. Bəşər paylaşımında bildirib ki, Avstraliyada “İvermektin” adlı parazit əleyhinə dərman laboratoriya şəraitində 48 saat ərzində COVİD-19-u məhv edib.

Mütəxəssis qeyd edib ki, ən qısa zamanda tibbi çalışmaların aparılması və testin müsbət nəticəsi insanlığı böyük bir bəladan qurtaracaq.

Koronavirusu 48 saata məhv edən dərman tapıldı - Yenilənib

Qeyd edək ki, Türkiyənin Hacəttəpə Univeristetinin professoru Atəş Qara da koronavirusa qarşı dərmanın sınaqdan uğurla keçdiyini bildirib.

Mütəxəssisin sözlərinə görə, yeni tip virusa qarşı peyvənd heyvana mikroiynə və yapışdırıcı vasitəsilə tətbiq olunaraq artıq nəticəsini verib.

"Yaxşı xəbərdir. Koronavirusa qarşı peyvənd immunitet cavab verib. İndi onun insanları qoruyub-qorumadığını yoxlamaq zamanıdır",- deyə professor sosial şəbəkə hesabında yazıb.

Xatırladaq ki, peyvəndin hazırlanması bir neçə ölkədə aparılır.

Onu da qeyd edək ki, avstraliyalı alimlərin “Antiviral Research” jurnalında dərc etdirdikləri tədqiqat işində ekspertlər “İvermektin” preparatının hüceyrələrdə SARS-cov-2 virusunun artımını 48 saat ərzində dayandırdığı barədə məlumat veriblər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) saytı xəbər verir ki, “İvermektin” virusların geniş spektrinə qarşı öz effektivliyini sübut etmiş parazit əleyhinə preparatdır.

Alimlər bildirib ki, sınaqlar hələlik “in vitro” (sınaq şüşəsində təcrübələrin aparılması) həyata keçirilir. Buna görə də insanlar üzərində ilk tədqiqatlar aparılmalıdır.

İşin müəlliflərinin sözlərinə görə, insanlar üçün mümkün dozanın koronavirusaya qarşı effektiv olub-olmayacağı aydınlaşdırılmalıdır.

naukatv.ru saytının məlumatına görə, “İvermektin”in köməyi ilə virusa təsir edən mexanizmi hələlik məlum deyil. Lakin onun digər viruslara təsirinə əsaslanaraq alimlər güman edirlər ki, preparat patogenin hüceyrə nüvəsinə daxil olduğu virus zülallarını bloklayır.

Avstraliyalı mütəxəssislər komandası artıq 10 ildən çoxdur ki, müxtəlif viruslarla mübarizədə “İvermektin”in effektivliyini tədqiq edirlər. COVID-19 ilə mübarizədə bu preparatın tətbiqi kliniki sınaqların nəticələrindən asılı olacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}