20:02 / 15-09-2025
Payız “Ulduz”u görüşünüzə gəlib - Foto
19:24 / 15-09-2025
Xalq artistinin nəşi Azərbaycana gətiriləcək
18:04 / 15-09-2025
İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
18:00 / 15-09-2025
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb
17:51 / 15-09-2025
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq
17:49 / 15-09-2025
"Benfika"nın baş məşqçisi: "Qarabağ"la matçda 3 xal qazanmağı hədəfləyirik"
17:37 / 15-09-2025
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
17:30 / 15-09-2025
Azərbaycan INFE-yə tamhüquqlu üzv olub
17:20 / 15-09-2025
"Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək
16:57 / 15-09-2025
İş adamı Vüsal Abbasov həbs edilib
16:52 / 15-09-2025
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur
16:39 / 15-09-2025
Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verib
16:09 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu təltif edib - (Yenilənib)
15:58 / 15-09-2025
Əli Əsədov sərəncam imzalayıb
15:55 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - Yenilənib
15:27 / 15-09-2025
Prezident Qarabağda dörd kəndin sakinləri ilə görüşüb - Yenilənib
15:11 / 15-09-2025
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15:07 / 15-09-2025
Ruslar daha bir yaşayış məntəqəsini işğal edib
15:00 / 15-09-2025
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
14:54 / 15-09-2025
70 yaşlı müğənni: "Xalq artisti adı istəyirəm"
14:44 / 15-09-2025
Nazirliyin Aparat rəhbəri vəzifədən azad olunub
14:36 / 15-09-2025
Rusiyanın NATO sərhədlərini pozmasına səbəb nədir?
14:18 / 15-09-2025
Zeynəb Xanlarovanın nəvəsinin toyu olacaq
13:58 / 15-09-2025
Keyt Kelloq: Rusiya müharibəni uduzur
13:49 / 15-09-2025
Qərbi Azərbaycan İcması "Qərbi Azərbaycan TV" ilə bağlı məlumat yayıb
13:48 / 15-09-2025
Rusiya sərgi tankını cəbhə xəttinə göndərir
13:38 / 15-09-2025
Prezident Ərdoğan Qətərə gedib
13:13 / 15-09-2025
Masazırda 57 yaşlı kişini "tok" vurub
13:03 / 15-09-2025
Zakir Həsənov Bakıda Türkiyə Baş Qərargah rəisini qəbul edib
13:02 / 15-09-2025
Qarabağda ermənilərin gizli silah anbarları var
06:10 / 11-09-2025

13:31 / 11-09-2025

20:48 / 13-09-2025

21:32 / 10-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

09:46 / 11-09-2025

10:50 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

10:33 / 11-09-2025

Azərbaycanlıların Moskvadakı milyardlıq mübahisəsi yenidən qızışır - Video + Fotolar
Tarix: 08-04-2020 00:32 | Bölmə: Slayd

Əslən azərbaycanlı iş adamları İlqar Hacıyev ilə Qod Nisanovun Rusiyanın paytaxtı Moskva şəhərindəki böyük tikinti layihəsinə nəzarət uğrunda qarşıdurması getdikcə qızışır. Belə görünür ki, hətta hüquq-mühafizə orqanları və məhkəmə də tərəfləri qane edəcək qərar verməyə tələsmirlər.
Tərəflər isə təkcə Rusiya KİV-lərində deyil, digər ölkələrin də mətbu orqanlarında öz arqumentlərini səsləndirir, qarşılıqlı ittihamlardan çəkinmirlər.
Reyting.az xəbər verir ki, son məqalələrdən birini “The Moscov Post” (moscow-post.su) saytında Ruslan Orlyanski yazıb.
Müəllif qeyd edir ki, SDI qrupun sahibi, işindən məhrum olan İlqar Hacıyev bir ildən çoxdur ki, ona qarşı irəli sürülən ittihamları rədd edir və ədalət axtarışındadır.
İş adamı İlqar Hacıyevin keçmiş partnyoru İsay Zaxaryayev isə onu, Qod Nisanovla birlikdə biznesini məhv etməkdə ittiham edir. Guya "Kiyev meydanı" sahibinin bununla əlaqəsi yoxdur.
"The Moscow Post"un müxbiri İlqar Hacıyevlə əlaqə saxlayaraq və Zaxaryayevin iddialarının nə qədər həqiqətə uyğun olduğunu aydınlaşdırmağa çalışıb.
Müəllif yazır ki, Qod Nisanov bu işi "öz əlaltıları" vasitəsilə həyata keçirirsə, yəqin ki, biznesi ələ keçirmək ittihamlarına şəxsən cavab verməkdən qorxur. “Lakin İlqar Hacıyev hər şeyi öz adı ilə adlandırmaqdan yayınmır. Ən başlıcası, Hacıyevi işinin ələ keçirilməsindən əziyyət çəkən layihə sahiblərinin taleyi narahat edir”.
Zaxaryayev iddia edir ki, Mıtişidakı “Pirogovskaya Rivyera” yaşayış kompleksi və Odintsovodakı “Accord Smart” Məhəlləsi (hər ikisi Moskva vilayətində yerləşir) problemli bir developerin "qurbanları" deyil, guya Hacıyev tərəfindən uydurulan reyder basqını ilə yalançı münaqişədə iştirak edirlər.
SDI qrupun sahibi isə bildirir ki, Zaxaryayevin ifadəsi geniş ictimaiyyəti aldatmaq və yanıltmaq üçün edilən növbəti cəhddir. Reyder basqınını internetdə yerləşdirilən bir çox video və audio fayllar da bunu təsdiqləyir. Bu ərəfədə isə Nisanov və Zaxaryayevdən heç bir əsaslı təkzib yoxdur, yalnız əsassız ittihamlar irəli sürülür.
Rəqiblərindən fərqli olaraq İlqar Hacıyevdə biznesinin ələ keçirildiyini təsdiqləyən sübutlar var.
Hacıyevin ofisi necə tutulub?
Zaxaryayev əminliklə deyir ki, Hacıyev cinayət təqibindən yaxa qurtarmaq üçün Rusiyadan qaçıb və heç bir basqın olmayıb. Buna cavab olaraq SDI qrupun sahibi deyir:
"Zaxaryayev və başqaları Azərbaycanda və Rusiyada guya cinayət işlərinin başlandığı barəsində dəfələrlə söyləyiblər. Bəs bunun təsdiqi hardadır? Bu ittihamların bütün mahiyyəti naməlum bir yerdə naməlum şəxsin, təyin olunmamış vaxtda 10 milyon dolları müqaviləsiz, qəbz və sübutlar olmadan verilməsi ilə əlaqədardır".
Konkret faktların olmaması günahkarlığa dəlil ola bilməz və bununla razılaşmamaq qeyri-mümkündür.

Lakin bu video zaxaryayevlərin İlqar Hacıyevin biznesinin ələ keçirilməsində iştirakını təsdiqləyir.
İsay Zaxaryayev və qardaşı Qerman Zaxaryayev (Nisanovun kürəkəni) İlqar Hacıyevin biznesi ilə üz-üzə?
İsay Zaxaryayevi Qod Nisanovun SDI qrupun Moskva vilayətindəki layihələri ilə hansı əlaqəsinin ola biləcəyi maraqlandırır, bu ki paytaxtın tikinti şirkətidir. Amma yox, birbaşa əlaqəsi var! Nisanov, Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun ştatdankənar məsləhətçisidir. Buna görə bölgədəki developer layihələrinə marağı başa düşüləndir. Onları qubernatorun qardaşı ilə əlaqəsi olan “Samolyet” qrupuna verə bilər.
Təbii ki, İlqar Hacıyevin biznesinə basqın edilməsində Qod Nisanovun iştirakının birbaşa sübutu yoxdur. Bununla yanaşı, Hacıyevin Moskvadakı layihələrindən biri olan “Vernadski” yaşayış kompleksini “İlion-Treyd” şirkəti tikib. Məhz bu şirkət Qod Nisanovun ən vacib obyektlərini - "Yevropeyskiy" və "Food City" ticarət mərkəzlərini də inşa edib. Lakin aydın olanı hər zaman inkar etmək də mümkündür.
Qod Nisanov ilə “Firma İlion-Treyd” MMC-nin əlaqəsinin sübutu onun təsisçilərinin tərkibidir. 2020-ci ilin fevral ayınadək şirkətin sahibi İliyev Ben Tsion Zaraxoviç olub. Zarax İliyevin oğlu deyilmi?
Ben Tsion İliev “Kievskaya Ploşad” MMC-nin təsisçisidir. "Business-İnvest" MMC şirkətində David Nisanovla həmtəsisçidir, hansını ki İsay Zaxaryayev Qod Nisanovun qohumu kimi çətin adlandırar.
İlqar Hacıyev deyir ki, Qod Nisanovun imkanlarına sahib bir insanın ştatında kifayət qədər insan var ki, istənilən sənədin altından qol çəkməyə razıdırlar. Belə insanlardan biri də Hacıyevin "SZ Comfortinvest" MMC şirkətində 30 faiz payı ilə nominal iştirakçı kimi çıxış edən Albert İmanilovdur. Amma İmanilovun payından real qazanc əldə edilir.
Zaxaryayev, “VernadSky” layihəsinin guya Hacıyevə heç vaxt aid olmadığını iddia edir. Tikinti şirkəti qismində “İlion-Treyd” çıxış edirdi və SDI qrupu 2018-ci ildə yalnız layihə sənədlərinin hazırlanması üçün podratçı qismində cəlb edilmişdir. Lakin sifarişçini işin keyfiyyəti qane etmədi.
İsay Zaxaryayev hiyləgərlik edə bilər? “VernadSky” yaşayış kompleksi İlqar Hacıyev və Qod Nisanovun birgə layihəsi olub. İndi isə bu layihə onların arasında keçilməz sərhəddə çevrilib. Qod Nisanov bu obyektə böyük bir tələb görəndə 30 faiz ilə kifayətlənməyərək, hər şeyi mənimsəmək istəyib.
Layihənin baş podratçısı İlqar Hacıyevin şirkəti “VMA-Story” MMC (əvvəllər “VMA-Accord” MMC) olub və bu obyektin bütün xərclərini Hacıyevin şirkətləri daşıyıb.
İndi iş adamını ittiham edirlər ki, guya o, “İlion-Treyd”in xəbəri olmadan 40 mənzilin alqı-satqı müqavilələrini tərtib edib. Və bundan sonra Hacıyevlə işlərini dayandırıblar. Ancaq İlqar Hacıyev deyir ki, onun bu obyektlərə mülkiyyət hüququnu təsdiq edən bütün sənədləri var və bu, məhkəmədə təsdiqlənib.

Mart ayında Doqquzuncu Apellyasiya Məhkəməsi Hacıyevin əleyhdarlarının şikayətini rədd edib.
İsay Zaxaryayevin dediyinə görə, Hacıyevlə birlikdə “Pirogovskaya Rivyera” yaşayış kompleksini tikməyə başlayıb. Amma sonra layihənin həyata keçirilməsində ortağı ilə fikir ayrılığı yaranıb. İddia olunur ki, buna görə Zaxaryayev biznesdən çıxıb və layihədəki payını Hacıyevə satıb, lakin hələ də buna görə pul almayıb.
O zaman, Hacıyevin sözlərinə görə, Zaxaryayev necə izah edəcək ki, Qod Nisanov tərəfindən biznesə nəzarət etmək üçün həmtəsisçi kimi təqdim olunan Albert İmanuilov təkcə “Comfortinvest”də 30 faiz deyil, “SZ “SDI” MMC-də və “Accord Daşınmaz əmlak” MMC-də 50 faiz paylara sahibdir?
İsay Zaxaryayev İlqar Hacıyevin məsuliyyətdən yayınmaq üçün xaricə qaçdığını iddia edir. İddialara görə, hər iki layihədə onun günahından mənzillərin təhvil verilmə müddəti pozulub və tikinti layihələri faktiki olaraq dondurulub.
Zaxaryayev Azərbaycanda və Rusiyada qaldırılan bəzi cinayət işlərindən də bəhs edir. Eyni zamanda, bunu təsdiq edən heç bir sənəd təqdim etmir.
İlqar Hacıyevin keçmiş ortağı deyir ki, Moskva bölgəsində əslində heç bir obyekt tikməyib. Lakin İlqar Hacıyevdə mövcud olan sübutlar buna ziddir. Şəbəkədə hər kəs “Pirogovskaya Rivyera” yaşayış kompleksinin birinci mərhələsinin başa çatması ilə bağlı video-çarxlara baxa bilər.
“Pirogovskaya Rivyera” yaşayış kompleksinin ilk mərhələsi vaxtında başa çatıb
Bəs bu məsələdə kim doğrudur? Deyəsən, İsay Zaxaryayev tamamilə danışdıqlarını qarışdırıb. Videoda çəkilən görüntüləri necə inkar etmək olar? Bundan sonra İsay Zaxaryayevin sözlərini ciddi qəbul etmək mümkündürmü? Birində yalan danışırsa, niyə digəri haqqında hər cür cəfəngiyyat uydurmasın?
Zaxaryayev Qod Nisanovun adını istifadə etməklə məşhur bir şəxsi ləkələyərək diqqəti səhmdarlarla problemə çəkməyi düşünür. Olduqca şübhəli hiylə. Niyə İlqar Hacıyev xaricdə sakit oturub payçıların pullarını xərcləməsin?
Zaxaryayevin qayğısına qaldığı Qod Nisanovun nüfuzu açığı, heç də mükəmməl deyil. Nisanovun işlərinin şöhrəti onun özünü qabaqlayır. Mütəşəkkil cinayətkarlıq və kölgə biznesinin "Sadovod", "Moskva", "Food City" bazarlarında çiçəklənə biləcəyi barədə söz gəzir. Bəlkə buna görə İlqar Hacıyev Rusiyanı tərk etdi? Qalmaq - həyatını və yaxınlarını təhlükə altına atmaq demək deyil?
Hacıyevin xarici investoru - Almaniyanın “Alcon Development GmbH” şirkətini layihələrinə dəvət etməsi də İsa Zaxaryayevin narahatlığına səbəb olub. Zaxaryayevin sözlərinə görə, şirkət İlqar Hacıyevlə əlaqəli ola bilən Ziya Qazıyevə məxsusdur.
SDI qrupun sahibi bunu inkar etmir. Qazıyev əvvəllər İlqar Hacıyevin layihələrinə investisiya qoyub. Ümumiyyətlə, “Alcon Development GmbH” beynəlxalq şirkətdir və Ziya Qazıyev Avropa və Asiyada fəaliyyət göstərən ən hörmətli və uğurlu sahibkarlardan biridir. Belə şirkətin Hacıyevin öz layihələrinə cəlb etməsi təəccüblü deyil.
İsay Zaxaryayev İlqar Hacıyevi “Pirogovskaya Rivyera” yaşayış kompleksinin mənzillərini saxta mənimsəməkdə ittiham edir. Bununla yanaşı, bir neçə məhkəmə çəkişməsində İlqar Hacıyevin “Pirogovskaya Rivyera” yaşayış kompleksini tikən “SZ Comfortinvest” MMC-yə şəxsi vəsaitini yatırdığı müəyyən edildi. Ümumi məbləğ təxminən 2 milyard rubl təşkil edir. “SZ “Comfortinvest” MMC Hacıyevə borcun bir hissəsini mənzillər şəklində qaytarıb və burada heç bir saxta sxem barəsində sual yarana bilməz.
İlqar Hacıyevin keçmiş partnyoru deyir ki, o, öz layihəsini davam etdirir. Yəqin ki, bundan əvvəl inşaatın dondurulması barədə danışdığını unudub. Və ya Zaxaryayevin fikrincə, biri digərini istisna etmir? İddiaya görə, hətta öz vəsaitini dondurulmuş bir tikinti sahəsinə qoyur.
Bununla bağlı böyük şübhələr var. İlqar Hacıyevin sözlərinə görə, 2015-ci ildə onu tikintidən ayırdıqları zaman, Zaxaryayev evlərin birinci mərhələsinin istismara verilməsi qrafikini pozub, bu da İlqar Hacıyevi Qod Nisanova müraciət etməyə məcbur edib. Ancaq iş adamı təsəvvür edə bilməzdi ki, onunla 90-cı illərdəki kimi rəftar edəcəklər.
İlqar Hacıyev, şəxsi mülkiyyəti və zəmanəti ilə bir çox müqavilələrin icrasını təmin edib, əslində həyata keçirilən layihəyə görə fərdi məsuliyyət daşıyırdı. Və bundan sonra iş adamını “SZ “Comfortinvest” MMC-nin işinə mane olmaqda təqsirli biliblər. Halbuki bunu İsay Zaxaryayev edib. Digər tərəfdən, Zaxaryayev, Qod Nisanovun danışan “piyadası”da ola bilərdi.
İttihamların absurdluğu həddi aşır?
İlqar Hacıyevə qarşı ittihamlar müntəzəm olaraq anonim teleqram kanalları və internet portallarında görünür. Bəziləri sadəcə, absurdluqları ilə heyrətləndirirlər. Ağıllı bir adam belə bir şeyə inana bilməsə də, “cəld yazarlar” sahilləri tamamilə itiriblərmi?
Belə çıxır ki, İlqar Hacıyevə nə az, nə çox, 20 ildir kresloda oturan Azərbaycanın Baş prokuroru Zakir Qaralov “krışalıq” edir. Bu, Azərbaycanda Hacıyevə qarşı qaldırılan cinayət işləri ilə bağlı məlumatlara nə dərəcədə uyğundur? Əgər Azərbaycanın Baş prokuroru həqiqətən Hacıyevin “krışasıdırsa”, hər hansı bir cinayət işi qaldırıla bilərmi?
İlqar Hacıyev Azərbaycanda keyfiyyətsiz obyektlərin inşaasında ittiham edilir, amma hansının nəzərdə tutulduğu və neçə yaşı olduğu göstərilmir. Yazırlar ki, tikilən evlərdə əvvəlcə ümumiyyətlə qapı yox idi. Bəlkə damı olmayıb? Komissiyaya fərqi var hansı evləri qəbul etsin? Belə çıxır ki, evlər hələ də qapı olmadan gözləyir ki, Hacıyevin əleyhdarları bu barədə nə vaxtsa yazacaqlar?
Yollardan söhbət gedirsə, İlqar Hacıyev onları 10 ildən də əvvəl Azərbaycanda tikib. Təəssüf ki, yolların 5 ildən sonra təmirə ehtiyacı olmayan bir texnologiya hələ mövcud deyil. “Cəld yazarlar” tikinti haqqında yazmaqdan öncə, bu sahəni öyrənməlidirlər. Aydındır ki, onlara bu maraqlı deyil. Beləliklə, özlərini cahil kimi ifşa edirlər.
Azərbaycanın Baş prokuroru Zakir Qaralov adının Rusiya mediasında "hallanmasını" bilir?
Evsiz qaldıqları iddia edilən ailələrə, mifik cinayət işlərinə, sübuta yetirilməmiş dələduzluq və bir neçə milyard rublluq borclara əlavə olaraq Hacıyevi “narkoman və təcavüzkar” etdilər. Qəribədir ki, İlqar Hacıyev hələ də Con Kennedinin sui-qəsdində və ya bu kimi işlərdə təqsirli deyil.

Son olaraq evlərin tikilməməsi üçün dünyada koronavirusu işə salmaqda onun zəhməti olduğunu təklif edə bilərdilər. Versiya deyil?
Bəlkə Hacıyevin əleyhdarları öz “günahlarını” ona aid edirlər? Şayiələrə görə, Solomon Zaxaryayev katibələrlə əyləncəni sevənlərdən, Elman Bayramov isə güclü təsirli preparatlarla maraqlanan ola bilər. Bunların hamısı, daha sərt deməsək, Qod Nisanovun “komandasının” üzvləridi. Onun özünün haqqında pisdillilər məlumatlar yaymışdı, guya o vəkil Elman Paşayevi döymüşdür. İlqar Hacıyev özü eşitmədiyi döyməklərdə və davalarda ittiham olunur. “Cəld yazarların” düşüncəsi son zamanlar nəsə çox daralıb.
İsay Zaxaryayevi "örtbasdır" etdilər. Niyə ona “Sadovod” bazarında nağdlaşdırılmayla bağlı heç bir sual vermədilər? Bəlkə bu mövzuda çox maraqlı şeylər danışardı.
Keçən il bazarda axtarışlar aparılarkən, Federal Təhlükəsizlik Xidməti əməkdaşları çantalarda 2 milyard pul tapdılar. Həmçinin qanunsuz kriptovalyuta fermaları haqqında da danışırdılar.
Məmurlarla işləməkdə "mütəxəssis" isə Qod Nisanovun “əmioğlusu” Vladislav Yusupovdur. Moskva meri Sergey Sobyaninə və Moskva vilayətinin qubernatoru Andrey Vorobyova zəncirvari sxemlərlə pulların ötürülməsini o idarə edə bilər? Bunun üçün heç bir dəlil yoxdur. Lakin İlqar Hacıyevin də günahının heç bir sübutu yoxdur.
Açıq şəkildə payçıların mənzilsiz qalmasında iş adamını günahkar etməyə çalışırlar. Bu zaman həqiqi günahkarlar obyektlərdən alınan pulları xərcləyə bilərlər. Bəlkə bu yaxınlarda yeni rəhbəri təyin edilən Baş Prokurorluq bu münaqişəyə diqqət yetirməlidir?
My Webpage
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:11
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
Bu gün, 13:02
Qarabağda ermənilərin gizli silah anbarları var
Dünən, 18:40
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
Dünən, 11:49
Qar və leysan yağır, çaylardan sel keçir
13-09-2025, 18:41
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
12-09-2025, 10:50
Zülfüqarov: Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər
12-09-2025, 09:10
Güclü maqnit qasırğaları gözlənilir
12-09-2025, 00:10
Zelenski liderləri üçtərəfli sammitə çağırır
11-09-2025, 14:21
Hərbi ekspert: Polşa, Avropa və NATO müharibəyə hazır deyil
11-09-2025, 13:31
Professor: Hər iki ölkədə sülhə qarşı çıxanlar var
11-09-2025, 11:55
Su qıtlığının qarşısını almaq mümkün deyil
11-09-2025, 10:51
Beş dövlət BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
11-09-2025, 10:33
Sabah daha 4 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
11-09-2025, 10:28
Putin Avropanı vurmağa davam edəcək
11-09-2025, 10:02
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
11-09-2025, 09:46
Marsda həyat izləri aşkar ediblər
11-09-2025, 06:10
Qarabağa növbəti köç karvanları gedib - (Yenilənib)
10-09-2025, 14:28
Zülfüqarov: Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq
10-09-2025, 12:48
Zənginlərin ümumi sərvəti 6,6 trilyon dolları keçir - Siyahı
10-09-2025, 10:54
Tramp Avropanı Rusiyaya sanksiyalar tətbiq etməyə çağırır
10-09-2025, 10:19
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
10-09-2025, 09:31
Güclü küləklə bağlı təhlükə xəbərdarlığı edilib
10-09-2025, 09:22
Hikmət Hacıyev ABŞ-da senatorlarla görüşüb - Fotolar
9-09-2025, 11:33
Sualtı silahlanma yarışı sürətlənir
9-09-2025, 09:10
Etibar Məmmədov aktiv siyasətə qayıda bilər
9-09-2025, 08:20
Netanyahu Qəzza əhalisini bölgəni tərk etməyə çağırır
8-09-2025, 23:20
ABŞ düşüncələrə nəzarət etməyə çalışır
8-09-2025, 16:29
Rusiya Qarabağda yaşamış ermənilərdən terrorçu qrup yaratmaq istəyir
8-09-2025, 15:40
Professor: Rusiya tədricən Çinin təsirinə düşür
8-09-2025, 12:43
Rusiyaya qarşı daha sərt sanksiyalar hazırlanır
8-09-2025, 11:09
Ukraynanı üç hissəyə bölürlər
8-09-2025, 10:51
Avropa liderləri müharibəyə son qoymaq üçün ABŞ-a gedir
8-09-2025, 00:57
İlin son Ay tutulması başa çatıb - (Yenilənib)
7-09-2025, 13:20
Bu gün əlavə imtahan keçirilib - (Yenilənib)
7-09-2025, 10:47
Kiyev "İskəndər" raketlərinin hədəfinə çevrilib - Foto
5-09-2025, 22:21
Bakı-Tehran-Bakı aviareysi bərpa olunur
5-09-2025, 15:46
ABŞ altı ölkəni böyük təhlükə ilə üz-üzə qoyur
5-09-2025, 12:56
Rusiya XİN AZAL-ın vurulan təyyarəsi ilə bağlı yalan məlumat yayıb