07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Kəndlərdə də həftə sonları çölə çıxmaq tam qadağan oluna bilər
Tarix: 03-06-2020 20:28 | Bölmə: Cəmiyyət
Kəndlərdə də həftə sonları çölə çıxmaq tam qadağan oluna bilər

Bu dəfə məhdudiyyətlərin tətbiqi birinci klastrda, yəni narıncı sahədə nəzərdə tutulur.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, növbəti həftə ərzində məhdudlaşmaya bütün ölkə ərazisi daxil edilə bilər: “Bu, yenə də epidemioloji vəziyyətdən və bölgələrimizdə insanların qaydalara əməl etməsindən asılıdır. Böyük şəhərlərlə yanaşı, bir sıra kəndlərdə vəziyyət narıncı sahənin epidemioloji göstəricilərinə uyğun olsa, həmin kəndlərdə də məhdudiyyət tətbiq olunacaq. Bütöv rayon olmasa da, kəndlərdə həftə sonları çölə çıxmaq tam qadağan oluna bilər”.

R. Bayramlı qeyd edib ki, bir neçə gündür bəzi kəndlərimizə giriş-çıxış dayandırılıb: “Hətta kəndlər içərisində bəzi yaşayış sahəsinə belə giriş-çıxış dayandırılıb. Beynəlxalq təcrübədə də bundan dəfələrlə istifadə olunub. Orada testi pozitiv çıxan şəxslərin müayinələri aparılıb, müvafiq xəstəxanalara yerləşdirilib. Neqativ olan şəxslər isə müvafiq olaraq karantin rejimində saxlanılırlar”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}