11:28 / 26-10-2025
İlham Əliyev Avstriya prezidentinə məktub göndərib
10:46 / 26-10-2025
Trampın iştirakı ilə sülh sazişi imzalanıb
10:27 / 26-10-2025
Azərbaycan millisinin üzvü əməliyyat olunub
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
17:55 / 25-10-2025
“Sputnik Azərbaycan”ın böyük redaktoru Rusiyaya gedib
15:45 / 25-10-2025
Onlayn qumar oyunları: 5 dəstə ifşa edilib
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
13:09 / 25-10-2025
Sabah yağış yağacaq - Proqnoz
11:31 / 25-10-2025
Prezident İlham Əliyev Tokayevə məktub göndərib
11:01 / 25-10-2025
Metroda dava salan 4 nəfər saxlanılıb
10:34 / 25-10-2025
Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq
10:17 / 25-10-2025
Azərbaycan XİN Qazaxıstana təbrik ünvanlayıb
10:02 / 25-10-2025
Rusiya üzərində 121 Ukrayna PUA-sı vurulub
09:30 / 25-10-2025
Rusiya Kiyevə zərbə endirib: yaralıların sayı artır - (Yenilənib)
09:05 / 25-10-2025
Premyer Liqa: bu gün 4 komanda qarşılaşacaq
00:13 / 25-10-2025
Prezident Qubadlı ilə bağlı video paylaşıb
00:01 / 25-10-2025
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
23:49 / 24-10-2025
Şahnaz Haşımova xəstəxanaya yerləşdirilib
20:54 / 24-10-2025
Azərbaycan BMT ilə 2026-2030-cu illər üçün Əməkdaşlığa dair Çərçivə Sənədi imzalayıb
18:03 / 24-10-2025
Ermənistan və İran sadələşdirilmiş gömrük dəhlizi üzrə saziş imzalayacaq
17:54 / 24-10-2025
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
17:49 / 24-10-2025
Veteranlara verilən 80 manat artırılmayacaq
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
16:54 / 24-10-2025
"Starlink" vasitəsilə kibercinayətkarlıq artıb - Foto
16:36 / 24-10-2025
Avropa yeni raketdaşıyıcısını təqdim edib - Fotolar
16:20 / 24-10-2025
Ceyhun Bayramov TDT Baş katibi ilə görüşüb
16:07 / 24-10-2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
15:58 / 24-10-2025
Dövlət müəssisələrindən bir milyon manat mənimsəyənlərə cəza istənilib
14:58 / 24-10-2025
Vladimir Putin İlham Əliyevə zəng edib
12:00 / 21-10-2025
Xankəndi: böyük qələbəmiz - Rauf Rəcəbov yazır
11:29 / 24-10-2025
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
16:05 / 21-10-2025
Akademikin armudu stəkanındakı limon
13:40 / 23-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
13:12 / 21-10-2025
Daş Veysəlli kəndində Şəhidlər Abidə Kompleksi yaradılıb - Fotolar
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
12:35 / 24-10-2025
Sülh savaşı - Zahid Oruc yazır
17:50 / 23-10-2025
On yeddi mindən çox müəllimin maaşı artacaq
14:16 / 23-10-2025
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
15:34 / 23-10-2025
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
19 günlük girov: baş nazir Stalini, yaxud İran şahını aldadıb? - Video
Tarix: 12-08-2020 19:02 | Bölmə: Slayd

Tarixi ədəbiyyatda bəzi müəlliflər qeyd edir və siyasi lətifələrdə iddia olunur ki, İranın baş naziri Əhməd Qəvvam (Qəvvamüs-səltənə) Stalin kimi bir lideri aldada bilib, buna görə də, “Qoca tülkü” adını alıb. Bu həqiqətdirmi?
Reyting.az “Radio Fərda”ya və “İran” qəzetinə istinadla xəbər verir ki, bu mövzuda müxtəlif fərziyyələr var və hətta yeniləri yaradılır.
Mövzuya girişdən əvvəl xatırlanası məqamlar var. Məsələn, bu ikisi:
"Rza şahın süqutundan 11 ay sonra Əhməd Qəvvam rəsmi olaraq baş nazir təyin olunması üçün Mərmər Sarayının salonunda Məhəmməd Rza şahın gəlişini gözləyirdi. Gənc padşahın zala girdiyi anda o dedi: "Əlahəzrət, maşallah, böyümüsüz ha". Şah deməyə söz tapmadı".
Necə tapaydı ki! Məşrutə dövründən siyasətdə olan Qəvvamın yanında Pəhləvilərin gənc şahı hələ hakimiyyət pillərində ilk kövrək addımlarını atan, dizləri əsən uşaq idi!
Əhməd Qəvvam 1946-cı ilin əvvəllərində Moskvaya yollanıb. Müzakirə mövzusu sovet işğalına son qoyulması idi. İran hökuməti rəsmi Tehran, Moskva və London arasındakı üçtərəfli razılaşmaya istinad edərək, İngiltərə və Sovet İttifaqı qoşunlarının martın 31-nə qədər İranı tərk etməsini istəyirdi. İngiltərə vədi yerinə yetirdi. Lakin Sovet İttifaqı təhlükəsizlik təhdidləri bəhanəsi ilə qoşunlarını geri çəkməyə tələsmirdi.
Moskvada sovet məmurları baş nazir Qəvvamı səmimi qarşılayıblar və xarici işlər naziri Vyaçeslav Molotovdan əlavə, sovet Ticarət Nazirliyinin rəsmiləri də hava limanına gəlmişdi.

Niderland Universitetinin professoru, araşdırmaçı Turac Atabəyin sözlərinə görə, bu danışıqlarda məqsəd neft məsələsini sovet qoşunlarının geri çəkilməsi ilə əlaqələndirmək idi. Əhməd Qəvvam sovetlərə İranın şimalından neft çıxarmaq və satmaq hüququnu vəd edərək qoşunlarının İrandan çıxarılmasına inandırmaq istəyirdi.
Bu danışıqlar zamanı İranın baş naziri tələblərinin təfərrüatları ilə əlaqədar xarici işlər naziri Molotovla tez-tez söhbətləşib.
Danışıqlarda üç əsas məsələ müzakirə edilib: Sovet İttifaqına neft güzəşti, sovet qoşunlarının İrandan geri çəkilmə müddəti və Azərbaycanın Milli Hökuməti məsələsi.
Azərbaycan məsələsinə gəlincə, Sovet İttifaqı İranın bu əraziyə muxtariyyət verməsini və milli hökumətin fəaliyyətini davam etməsinə təkid edib.
Tərəflər arasındakı dərin fikir ayrılıqları danışıqların dayandırılmasına səbəb olub. Qəvvamın Moskvaya səfəri 19 gün davam edib.
T. Atabəyin sözlərinə görə, "Sovet İttifaqı Kommunist Partiyasının rəhbərliyi və Stalinin özü ondan dəqiq bir cavab alana qədər Qəvvamın ölkəsinə dönməsinin qarşısını almaq istəyib. Əslində, Qəvvam Moskvaya 19 günlük səfəri zamanı Sovet İttifaqının girovu olub".
Nəhayət, günlərdir davam edən danışıqlar və iki tərəfin güzəştə getməsi barədə Qəvvam və Molotov arasında bir neçə memorandum mübadiləsindən sonra İran baş nazirinin Moskvaya səfəri rəsmi razılaşma olmadan başa çatıb.
İran hökuməti səfərin sonunda Azərbaycanın bəzi şikayətlərini haqlı sayan və məsələnin həlli üçün təşəbbüslərini bildirən nota verib. Notada Azərbaycanın İranın ayrılmaz hissəsi olduğu vurğulanıb.
T. Atabəyi bununla bağlı deyib: “Həmin sənəddə bildirilib ki, türkcə yerli dildir, İranın rəsmi dili isə fars dilidir. Ancaq yerli dilin rəsmi dillə yanaşı tədris edilə biləcəyi qeyd olunub. Azərbaycanlıların həyatının yaxşılaşdırılması üçün islahatlar da təklif olunub. Həmçinin, mərkəzi hökumət bu böhranı sülh yolu ilə və müharibəsiz həll etmək üçün çalışmalıdır”.
Sovetlərin cavabı belə olub ki, “Azərbaycan problemi İranın daxili işidir və biz orada sosial, iqtisadi və mədəni islahatların aparılmasını tövsiyə edirik. İran hökumətinə Azərbaycan Milli Hökumətini tanıması və Azərbaycanın hazırkı baş naziri Pişəvərinin Azərbaycanın valisi olması tövsiyə olunub.
İqtisadiyyat sahəsində bildirilib ki, Azərbaycan vilayəti gəlirinin 25 faizini İranın mərkəzi hökumətinə verilməli, qalan 75 faizi isə əyalətində iqtisadi və sosial islahatlara xərclənməlidir".
Qəvvam Moskvadan Bakıya yola düşüb və Tehrana, Mürtəzaqulu Bayata göndərdiyi bir teleqramda Sovet İttifaqının Azərbaycan muxtariyyətindəki israrını anlaşma üçün maneə olaraq göstərib.
Londonda tarix tədqiqatçısı olan Məcid Təfreşi bu teleqramın mətni və ölkəyə qayıtdıqdan sonra Tehranda Qəvvamın mətbuat konfransı ilə bağlı deyir: "Bu teleqramdakı ardıcıllıq məsələyə aydınlıq gətirir. Eyni bəyanatda deyilir: “İranın maraqlarına zidd olan istək və müqavilələr qəbul edilməyəcək”.
Qəvvam mətbuat konfransında bildirib ki, “Sovet hökuməti qoşunlarını İrandan çıxarılması ilə bağlı təkrar müraciətimizi qəbul etmək istəməyib. Onun bəzi tələblərini də qəbul edə bilmədim. Sovet ordusu İranı boşaltmadığından və Azərbaycan muxtariyyət istədiyi üçün İran nümayəndə heyəti danışıqları başa çatdırmayıb”.
Tarixçi Cəmil Həsənlinin sözlərinə görə, səfər zamanı Stalin Qəvvama təklif edib ki, İrana qayıtdıqdan sonra Məhəmməd Rza şahı devirsin və İranda respublika elan etsin. "Qəvvam əvvəlcə təklifi qəbul edib, amma sonradan fikrini dəyişdirib. 2 gün sonra Molotovla görüşündə, iclas başlamazdan əvvəl, iranlı tərcüməçi Həmid Sayyahın iştirakı ilə Stalinlə danışıqlarda səslənmiş fikirlərin müzakirə mövzusu olmamasını istəyib. Yəni baş nazir Stalinə verdiyi vədlərdən geri çəkilib”.
“Şahın xatirə qeydlərinə bir nəzər” adlı kitabın müəllifi Abbas Milani, Məhəmməd Rza şahın da bu məsələ ilə şəxsən maraqlandığını və bu narahatlığı ABŞ-ın Tehrandakı səfiri ilə bölüşdüyünü bildirir. Ancaq tədqiqatçı əvvəlcə Stalinin belə bir təklif verdiyinə şübhə edir: "Mən həqiqəti tapmaq üçün çox çalışdım, amma bacarmadım”.

Stalinin iki parlaq tərcümeyi-halını yazan və Stalinin ofis sənədlərinə girişi olan Saymon Sebaq Montefiori danışıqların protokollarında Stalinlə Qəvvam arasındakı görüşün olduğunu təsdiqləyib, amma Stalin-Qəvvam danışıqlarında şahın devrilməsi təklifi ilə qarşılaşmadığını bildirib.
Qəvvam Moskvadan qayıdanda, amerikalılar, aşkarlıq tapmış sənədlərə görə, ona açıqca deyiblər: “Bizdə respublikanın elan edilməsinə razılıq verdiyinizə dair sübutlar var. Yox, bu nəinki mümkün, heç xeyrinizə də deyil”. Qəvvam cavab olaraq belə bir planın mövcudluğunu rədd edib.
Sözsüz ki, Qəvvam İranda respublika elan etməyib, əksinə, sovetlərə cənubda fəaliyyət göstərən İran-İngiltərə neft şirkətinə bənzər bir neft şirkətinin qurulmasını və şirkətin İranın şimalından neft kəşfiyyatı və hasilatı ilə məşğul olmasını təklif edib. Şirkətin yarısı İrana, yarısı Sovet İttifaqına məxsus olmalı idi. Sovet qoşunları bunun müqabilində İrandan çıxıb, amma İran parlamenti neft müqaviləsini ratifikasiya etməyib.
Bu, Əhməd Qəvvamın Stalinə ikinci yalanı idimi?
O dövrdə hətta siyasətin hər üzünü görmüş Qəvvam kimilər kim idi ki!? ABŞ artıq Yaxın Şərqdə mövqeyini addım-addım möhkəmlədirdi. Siyasi kursu diktə edən tərəf o idi, həm də təkcə Tehranda yox.
Bircə dəlil: 1946-cı ilin mayında Türkiyədə Adnan Menderes, iyun ayında isə Əhməd Qəvvam Demokrat Partiyasını yaratmışdı. Hər ikisi – amerikapərəst!
Reyting.az
Bölməyə aid digər xəbərlər

24-10-2025, 14:58
Vladimir Putin İlham Əliyevə zəng edib
24-10-2025, 14:56
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
24-10-2025, 12:44
Gənc müəllimlərə iki min manatdan çox kompensasiya veriləcək
24-10-2025, 12:09
Bakı, Sumqayıt və Gəncə apellyasiya məhkəmələrinə hakimlər təyin olunub
24-10-2025, 12:00
Ali Məhkəməyə hakim təyinatları təsdiqlənib
24-10-2025, 11:46
Rusiyaya qarşı üç qanun layihəsi hazırlanıb
24-10-2025, 11:29
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
23-10-2025, 15:34
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
23-10-2025, 11:05
Qarşıdurmada olan iki güclü dövlətin lideri müzakirələrə hazırlaşır
23-10-2025, 09:15
Tramp Rusiyanın neft nəhənglərini hədəfə alıb - Sanksiya
23-10-2025, 07:09
Tramp Putinlə görüşünü ləğv edib
22-10-2025, 19:39
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
22-10-2025, 15:07
Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - (Yenilənib) - Fotolar
22-10-2025, 13:33
Mərkəzi Asiyadakı qaz kəməri...
22-10-2025, 10:47
Nikol Paşinyan: İlham Əliyev çox pozitiv addım atdı
22-10-2025, 10:25
Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
21-10-2025, 19:15
Həcc ziyarətinə sənəd qəbulu başlayır
21-10-2025, 17:59
Astanada Əliyevlə Tokayev təkbətək görüşüb, birgə bəyanat veriblər - (Yenilənib) - Fotolar
21-10-2025, 13:59
Ukrayna parçalana bilər
21-10-2025, 12:38
Qafqazda və Orta Asiyada sabitlik yaratma cəhdləri güclənir
21-10-2025, 12:36
Ramiz Mehdiyevin cinayət işi üzrə yeni faktlar məlum olub
21-10-2025, 11:48
İsa Həbibbəyli: "Qızımın seyfindən 1 milyon avronun oğurlanması..."
21-10-2025, 08:24
Ərdoğanın Yaxın Şərq turnesi başlayır
20-10-2025, 16:39
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
20-10-2025, 16:07
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
20-10-2025, 15:51
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
20-10-2025, 14:28
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
20-10-2025, 11:59
Prezident 10 məmuru təltif edib - Siyahı
20-10-2025, 09:21
Dayanıqlı iqtisadiyyatı olan ölkələrin reytinqi açıqlanıb - Siyahı
20-10-2025, 00:01
Zəngilanın azad edilməsindən 5 il ötür
19-10-2025, 09:43
Pakistanın qara səhifəsi - Fotolar
18-10-2025, 16:37
Vatikan zəfəri - Foto
18-10-2025, 16:15
ANAMA sədrinə I müavin təyin olunub
18-10-2025, 16:01
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
17-10-2025, 13:17
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
17-10-2025, 12:43
Paşinyan katolikosun ailəsinə hücum edir
17-10-2025, 12:11
Professor: Ramiz Mehdiyev yüksək vəzifələrə 900-dən çox kadr yerləşdirib
17-10-2025, 11:17
Bir qrup QHT rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
16-10-2025, 15:17
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
16-10-2025, 14:10
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
16-10-2025, 12:02
Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki