Tofiq Zülfüqarov: “Rusiyanın Ermənistana dəstək verəcəyi məntiqli görünmür”
Tarix: 18-09-2020 18:30 | Bölmə: Slayd
Tofiq Zülfüqarov: “Rusiyanın Ermənistana dəstək verəcəyi məntiqli görünmür”

“Rusiya getdikcə zəifləyir. Bu ölkə iqtisadi baxımdan da sanksiyalara məruz qalıb. Bu sanksiyalar faktiki olaraq Krımın ilhaqından sonra başlayıb və tədricən nəticələr verir”.

Bu fikirləri Reyting.az-a Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Rusiyanın dövlət kimi zəifləməsi və bunun nəticəsində getdikcə təsir dairəsini itirməsi haqda səslənən fikirləri şərh edərkən deyib.

Sabiq nazir əlavə edib ki, o, bu mövzuda daha çox üstünlüyü Rusiyanın müxtəlif mütəxəssisləri və siyasi analitiklərinə verir: “Hazırda internet resurslarında bu mövzuda kifayət qədər şərhlər və rəqəmlər mövcuddur. Hesab edirəm ki, rəqəmlərə və real vəziyyətə, habelə müqayisələrə baxaraq özümüzün bir nəticəyə gəlməyimiz daha əsaslı olardı”.

T. Zülfüqarovun sözlərinə görə, Rusiyanın zəifləməsinin digər vacib səbəbi bu ölkədə ideologiyanın olmamasıdır: “İdeologiyanın olmaması ona gətirib çıxarıb ki, postsovet məkanında Rusiyanın nüfuzu azalır. Biz Ukraynanın timsalında bunu görürük. Ancaq bizim üçün burada daha maraqlı məsələ var. Qarşısında belə ciddi problemləri olan Rusiya hər şeyi atıb Ermənistana nəsə etməlidirmi? Xüsusilə o vəziyyətdə ki, Ermənistanın özü Rusiyanın qucağından qaçmaq istəyir. Belə ciddi problemlə üzləşən və problemləri artan Rusiyanın sabah Ermənistana dəstək verəcəyi siyasi baxımdan məntiqli görünmür”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}