23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Mehriban Əliyeva: “Qələbələrə görə əsgərlərimizə hədsiz dərəcədə minnətdaram!”
Tarix: 26-10-2020 10:34 | Bölmə: Slayd
Mehriban Əliyeva: “Qələbələrə görə əsgərlərimizə hədsiz dərəcədə minnətdaram!”

Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

Reyting.az
xəbər verir ki, bu barədə Birinci vitse-prezident Mehriban Əliyeva "İnstagram" səhifəsində paylaşım edib.

"Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!", - deyə paylaşımda bildirilir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}