14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Erməni general: “Paşinyanın hərəkətləri dövlətçiliyin itirilməsinə səbəb ola bilər”
Tarix: 27-02-2021 11:10 | Bölmə: Slayd
Erməni general: “Paşinyanın hərəkətləri dövlətçiliyin itirilməsinə səbəb ola bilər”

“Ermənistanda ordu çevrilişlə məşğul deyil. Məncə Baş Qərargah rəisi bütün komandirlər adından fikirlərini bildirib”.

Reyting.az
xəbər verir ki, bunu SSRİ və Rusiya Silahlı Qüvvələrinin general-leytenantı, 1992-1995-ci illərdə Ermənistan ordusunun Baş Qərargah rəisi olmuş, 1993-cü ildə Ermənistanın Müdafiə naziri vəzifəsini icra etmiş Norat Ter-Qriqoryan deyib.

Ter-Qriqoryanın iddiasına görə, Baş nazir nəinki dövləti və dünyadakı erməniləri rüsvay edib, eyni zamanda müharibənin baş verməməsi üçün əlindən gələni etməyib, üstəlik, müharibə zamanı da nizamsızlıq və təcrübəsizlik göstərib: “İndisə sədaqətlə xidmət edən zabitləri ordudan kənarlaşdırır. Hər bir insanda, hətta İsa peyğənbərdə də qüsurlar var”.

General-leytenant qeyd edib ki, Baş nazirin zabitləri istefaya göndərməsi orduya təhqirdir və onun nüfuzuna zərbədir: “Nikol Paşinyanın sonrakı hərəkətləri dövlətçiliyin itirilməsinə də səbəb ola bilər. Ordunun və dövlətin nüfuzunun itirildiyini müşahidə edən düşmən dərhal fəallaşa bilər”.

Ter-Qriqoryan deyib ki, Baş Qərargah rəisi ordunun mövqeyini dilə gətirir: “Onlar ordunun beyni sayılır və ağılları da yaxşı işləyir. Hərbçilər müharibənin, hərbi siyasətin nə olduğunu, Baş nazirin hansı qaydanı pozduğunu çox yaxşı bilir və bu səbəbdən də onun vəzifədən getməsini təklif edirlər. Amma Paşinyan istefa vermək əvəzinə Baş Qərargah rəisinin vəzifədən azad edilməsi barədə qərar imzalamağı tapşırır. Yəqin ki, bundan sonra həmin şəxs dövlət çevrilişinə cəhddə ittiham olunaraq cinayət məsuliyyətinə cəlb ediləcək. Baş Qərargah rəisinin heç bir çevriliş etmədiyi ortadadır. Onlar çevrilişlə məşğul olmur, ancaq fikirlərini bildirirlər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}