17:32 / 15-10-2025
Cəlaloğlu: Məsələ Ramiz Mehdiyevin həbsi ilə məhdudlaşmamalıdır - Müsahibə
17:31 / 15-10-2025
Pakistan və Əfqanıstan arasında 48 saatlıq atəşkəs əldə olunub
17:28 / 15-10-2025
Bakıda Zəfər Günü parad olacaq
17:18 / 15-10-2025
Sabah Binəqədinin bəzi ərazilərində qaz olmayacaq
17:02 / 15-10-2025
Növbəti iki gündə bəzi rayonlara sulu qar yağacaq - Xəbərdarlıq
16:48 / 15-10-2025
Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişib
16:36 / 15-10-2025
Avropa İttifaqı Çin qarşısında şərtlər qoyacaq
16:32 / 15-10-2025
Deputat: “Ciddi şübhələr var ki, Ramiz Mehdiyev..."
16:17 / 15-10-2025
Deputatın mandatına xitam verilib
15:48 / 15-10-2025
DTX və DSX sərhəddə əməliyyat keçirib - Foto
15:48 / 15-10-2025
İnsan hüquqlarının pozulmasına dair şikayətvermə qaydası dəyişib
15:40 / 15-10-2025
Siyavuş Novruzov: "Hazırda iclasdayam..."
15:39 / 15-10-2025
Dolu siniflər, çətin dərsliklər və… - Vüqar Vəliyev yazır
15:18 / 15-10-2025
Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb
15:15 / 15-10-2025
Bakalavr təhsili olan zabitlərin ehtiyata buraxılma qaydalarına dəyişiklik edilir
14:58 / 15-10-2025
Zərdabda qəsdən yanğın törədən şəxs cərimələnib
14:41 / 15-10-2025
Premyer Liqanın növbəti turunun oyun cədvəli açıqlanıb
14:38 / 15-10-2025
Rusiya dəmir yollarına hücumları artırıb
14:25 / 15-10-2025
Ukrayna neft terminalını yenidən vurub
13:59 / 15-10-2025
Vəzifədən çıxarılan general: "Artıq bu səbəbdən işləyə bilmirəm"
13:34 / 15-10-2025
Dövlət Xidməti işçilərinin sayı artırılıb
13:28 / 15-10-2025
Zülfüqarov: Yaxın Şərq probleminin həlli uzaqdadır
13:28 / 15-10-2025
Azərbaycanla Braziliya təhsil sahəsində əməkdaşlıq edəcək
13:25 / 15-10-2025
Prezident MDB ilə bağlı sazişi təsdiqləyib
13:21 / 15-10-2025
Prezident yeni idarə yaradıb - Fərman
13:04 / 15-10-2025
Sabah yağış yağacaq
12:54 / 15-10-2025
Füzuli yaradıcılığına fərqli baxış - Cəbrayıloğlu yazır
12:46 / 15-10-2025
Məşhur YAP-çıdan Ramiz Mehdiyevlə bağlı - Açıqlama
12:43 / 15-10-2025
Qarabağın 19 yaşayış məntəqəsinə köç olacaq
00:42 / 11-10-2025

23:11 / 11-10-2025

22:29 / 10-10-2025

18:07 / 12-10-2025

18:04 / 11-10-2025

14:35 / 11-10-2025

09:00 / 12-10-2025

09:24 / 12-10-2025

10:19 / 12-10-2025

09:07 / 12-10-2025

19:49 / 10-10-2025

18:00 / 10-10-2025

Məktəblərin açılması əlavə problemlər yaradacaq - Ekspertlər
Tarix: 10-05-2021 14:55 | Bölmə: Slayd

Bir ildən çoxdur pandemiya ilə əlaqədar digər ölkələr kimi Azərbaycanda da təhsilin forması dəyişib. Bu müddət ərzində şagirdlər hibrid, həm əyani, həm də distant təhsildən yararlanıblar. Bəs təhsilin müxtəlif formalarda keçirilməsi uşaqların dərs qavramasına, onların dərsə marağına necə təsir edir?
Məsələ ilə bağlı Reyting.az-a danışan psixoloq İbrahim İbrahimov bildirib ki, onlayn təhsilin üstünlükləri çoxdur. Onun sözlərinə görə, bunlardan biri uşağın ailədən uzaq düşməməsidir: "Bu zaman müəllimin təhsildə rolu azalır, təhlükəsizlik və digər məsələlər tam valideynlərin nəzarətində olur.
O ki qaldı şagirdin müəllim vasitəsi ilə oxumağına, bunun tamamilə şagirdlə bağlı olduğunu tarixdə bir çox misallar sübut edib. Məsələn, Enşteyn, Steven Jobs, Bill Gates ve s.".
Psixoloq qeyd edib ki, bir insanın savadlı olması məktəbin uğuru deyil, həmin insanın bu biliyə olan ehtiyacı ilə bağlıdır:
"Bugünə kimi heç bir müəllim şagirdini alim etməyi bacarmayıb. Əgər müəllim nəyisə kəşf etməyi bacarsaydı, bunu başqasına öyrətməz, özü edərdi. Belə çıxır ki, o da hardansa aldığı informasiyanı ötürməklə məşğuldur.
Müəllimi bugünki kompüterlər, planşetlər, mobil telefonlar, ümumilikdə texnologiya əvəz edib. Təhsil həmişə biliklərin ötürülməsiylə bağlı olub. Artıq şagirdin informasiyanı "Youtube" və başqa kanallardan əldə etmək imkanı çoxalıb. 11 il dil öyrənə bilməyən şagirdə hansısa kurs dili bir ilə öyrədirsə, deməli, məktəbin sadəcə, vaxt keçirmək üçün olduğu sübut edilir.
Bu gün məktəblərdə şagirdə lazım olan müəllimdən daha çox psixoloqdur. Psixoloq şagirdi oxumağa həvəsləndirsə, şagird informasiyanı müəllimdən qabaq əldə etməyi bilir. Sadəcə, şagirdə və insana motivasiya lazımdır. Artıq məktəb dövrü bitib".
İ. İbrahimov vurğulayıb ki, məktəblərin tez-tez bağlanması şagirdlərin də sevinməsinə səbəb olur: "Qısa müddətdə məktəblərin yenidən açılması isə ziyandır. Bu zaman həm təhlükə artır, həm də şagirdlərdə fiziki və psixoloji olaraq adaptasiya problemi yaranır".
Təhsil eksperti Kamran Əsədov da məsələ ilə bağlı fikirlərini bildirib. K. Əsədov deyib ki, 2020-ci ilin martın 3-dən etibarən tədrisin formatının dəyişdirilməsi, yəni ənənəvi təhsildən məsafəli təhsilə keçilməsi o dövr üçün zərərli idi. Ekspertin sözlərinə görə, pandemiya dövründə tədrisin təşkili ilə bağlı o qədər də məlumatlı deyildik:
"Sonradan pandemiya dövründə qaydalara yiyələndik və bildik ki, müəyyən sanitar-epidemioloji qaydalara riayət etməklə həyata normal şəkildə davam edə bilərik.
Ötən ilin martından məsafəli təşkil edilən təhsil 2020-ci ilin sentyabrından hibrid formada qismən bərpa edildi. Ondan sonra Azərbaycanda Vətən müharibəsi başladı və bu zaman tədris prosesinin təşkili yoluxmaların sayına kəskin şəkildə təsir göstərdi.
Hazırda ölkənin 4447 ümumtəhsil məktəbində 1.6 milyon şagird təhsil alır. Eyni zamanda ali təhsil müəssisələrində 182 min tələbə var. Orta məktəblərdə 150 min, ali məktəblərdə 35 minə yaxın müəllim çalışır. Yəni təhsil öz ətrafında 2 milyondan çox insanı birləşdirir və bu qədər insanın hərəkətinə icazə verilməsi birmənalı şəkildə yoluxma statistikasına təsir göstərə bilərdi. Rəqəmlərə də baxanda bunun şahidi oluruq ki, həqiqətən təhsilin təşkili yoluxma sayına təsir göstərə bilərdi, amma bu, birbaşa onunla bağlı deyildi. Məhz sentyabrın 15-də başlanan tədris oktyabrda yenidən məsafəli şəkildə təşkil edildi. Yoluxma sayındakı azalma səbəbindən fevralın 1-dən etibarən yenidən hibrid formada tədris qismən bərpa edildi. Aprelin 5-də yenidən bağlanmanın şahidi olduq, çünki koronavirusa yoluxma sayında artım var idi".
K. Əsədov vurğulayıb ki, mayın 17-dən etibarən məktəblər yenidən açılacaq və şagirdlər 21 gün dərsə getdikdən sonra iyunun 14-də yenidən tətil başlayacaq:
"Bir il ərzində bir neçə dəfə açılma və qapanma olub. Bu, şagirdlərin məktəbə adaptasiyasına ciddi təsir göstərəcək. Bizim ən ciddi problemimiz şagirdlərin yenidən məktəbə qayıtması ilə bağlı olacaq. Bu, həm psixoloji, həm də fiziki olaraq problem yarada bilər. Çünki şagirdlər hər gün ənənəvi qaydada məktəbə gedəndə oyanma vaxtları, eyni zamanda geyim, qidalanma, hərəkət kimi vacib nüanslar var idi. Amma etiraf edək ki, məsafədən tədris təşkil ediləndə şagirdlər hətta yataqlarında belə dərsə qoşulurdular və müəyyən qədər məsuliyyət hissləri aşağı düşürdü. Hesab edirəm ki, tədrisin yenidən ənənəvi şəkildə bərpası zamanı uşaqlar fiziki və psixoloji olaraq ciddi problemlə qarşılaşır.
Məsafədən təhsil heç də hamı üçün əlçatan deyil. Bütün ailələrin kompüteri, planşeti və internetə çıxış imkanı yoxdur".
Ekspert qeyd edib ki, bütün fənlərin onlayn şəkildə tədrisi mümkün deyil: "Məsələn, riyaziyyat, kimya, biologiya kimi texniki və təbiət fənlərinin məsafədən təşkili zamanı ciddi problemlər yaranır. Biz müşahidələr zamanı buraxılış və qəbul imtahanlarında şagirdlərin aşağı nəticə göstərməsində gördük ki, texniki və təbiət fənlərinin tədrisi müəyyən qədər effektiv olmayıb. Digər tərəfdən, ibtidai sinif şagirdlərinə məsafədən oxuma və yazma bacarıqları formalaşdırıla bilmir. Bütün bunlar şagirdlər üçün gələcəkdə müəyyən problemlər yarada, amma ən azından hibrid formada həftədə bir neçə dəfə məktəbə gedəndə başa düşmədikləri mövzuları müəllimdən invidual olaraq soruşa bilərlər. Digər tərəfdən, saatlarla kompüter qabağında qalmaq şagirdlərdə görmə pozuntusu ortaya çıxarır. Eyni zamanda onurğa əyriliyi, çəki artımı, psixoloji problemlər yaradır və virtual aləmdə olmaq onları real aləmdən uzaqlaşdırır. Dəfələrlə belə qapanma və açılmalar şagirdlər üçün bilik əldə edilməsində ciddi problemlər yaradacaq”.
K. Əsədov əlavə edib ki, qarşıda duran ən vacib məqam bir ildən artıq bağlı qalan məktəblərdə həmin dövr üçün öyrədilməsi zəruri biliklərin gələcəkdə təkrar onlara çatdırılmasıdır: “Yəni biz dərinləşdirilmiş və sürətləndirilmiş proqram əsasında bu dövrdə keçirilən, amma şagirdlər tərəfindən zəif mənimsənilən mövzuları yenidən onlara çatdırmalıyıq. Hesab edirəm ki, məktəblərin gələcəkdə bağlanmasına ehtiyac yoxdur. Bağlanmaya getsək belə, bütün hallarda ibtidai siniflər mütləq açıq qalmalıdır. Çünki ibtidai sinif şagirdləri yuxarı siniflərdən fərqli olaraq oxuma-yazma vərdişlərinə yeni yiyələnirlər və həmin şagirdlər qaydalara daha yaxşı riayət edə bilirlər. Ümumiyyətlə, bir neçə aydan bir qapanma və açılmaya getmək tədrisin təşkilinə etibarı, inamı müəyyən qədər sarsıdır".
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:48
DTX və DSX sərhəddə əməliyyat keçirib - Foto
Bu gün, 13:28
Zülfüqarov: Yaxın Şərq probleminin həlli uzaqdadır
Bu gün, 13:21
Prezident yeni idarə yaradıb - Fərman
Bu gün, 12:43
Qarabağın 19 yaşayış məntəqəsinə köç olacaq
Bu gün, 12:15
Azərbaycana yenə PUA ilə narkotik gətirmək istəyiblər
Bu gün, 11:59
Ərdoğan Netanyahunu zirvəyə buraxmayıb
Bu gün, 09:39
Süni intellekt təhlükəyə çevrilir - Xəbərdarlıq
13-10-2025, 21:18
Donald Tramp: İlham Əliyev çox güclü liderdir
13-10-2025, 12:32
Rəhmon varisini təqdim edib
13-10-2025, 11:39
ABŞ Çinlə müharibəyə hazırlaşır - Foto
13-10-2025, 10:12
Girovların dəyişdirilməsinə başlayıblar - Canlı yayım
13-10-2025, 08:06
Yer kürəsində gözlənilməz hadisə qeydə alınıb
12-10-2025, 09:24
Yarım əsrin ən ağır təyyarə qəzaları…
10-10-2025, 14:36
Professor: Düşənbə görüşü Azərbaycan üçün kifayət qədər uğurludur
10-10-2025, 13:54
İsrailin İranla müharibəyə marağı niyə itib?
10-10-2025, 11:37
Azərbaycan-Rusiya münasibətləri normallaşır
10-10-2025, 09:42
Xəbərdarlıq: kiberdələduzluq halları artır
9-10-2025, 17:26
Avropa Parlamenti Rusiya təyyarələrinin vurulmasını tələb edir
9-10-2025, 09:33
Azərbaycanda ÜDM artıb, doğum səviyyəsi azalıb
8-10-2025, 14:06
Dünyada iş tapmaq böyük problemə çevriləcək - Xəbərdarlıq
8-10-2025, 12:59
Professor: Qəbələdə TDT-nın strategiyası müəyyən edildi
8-10-2025, 12:06
Nazirliyin tabeliyindəki institutlar birləşdirilib
8-10-2025, 11:07
“Gürcü arzusu”na rahatlıq verilməyəcək
8-10-2025, 10:39
Rus ordusu Ukraynanın iki vilayətində irəliləyir - Foto
8-10-2025, 09:51
Donald Tramp-Si Cinpin görüşünün yeri və vaxtı açıqlanıb
7-10-2025, 14:16
Cəlaloğlu: TDT dünya türklərinin güc mərkəzinə çevrilməlidir
7-10-2025, 13:22
Tramp marşrutunun keçəcəyi ərazidə müharibə təhlükəsi qalır
7-10-2025, 12:20
Qəbələdə TDT-nin Xarici İşlər Nazirləri Şurasında yeni sənədlər təsdiqlənib - Yenilənib
7-10-2025, 11:02
Rusiya NATO ilə müharibəyə hazırlığın birinci mərhələsindədir
6-10-2025, 18:25
Hərbi ekspert: Yanvar-fevral aylarında döyüşlər şüddətlənəcək
6-10-2025, 15:13
Ən innovativ ölkələrin adı açıqlanıb - Siyahı
6-10-2025, 14:00
Türkmən qazına maneə: bircə Azərbaycanla müqavilə toxunulmazdır
6-10-2025, 12:16
Nazir iki prorektoru vəzifədən azad edib
6-10-2025, 10:38
NATO ölkələrində gərginlik yaranıb
6-10-2025, 09:57
Ərdoğan Azərbaycana səfərə hazırlaşır
4-10-2025, 13:35
İrandan Azərbaycana yarım ton narkotik gətirmək istəyiblər - Fotolar
3-10-2025, 14:22
Rusiya üçün ən böyük təhlükə - demoqrafik böhran
3-10-2025, 12:01
Yaxın günlərdə yüzlərlə aviareys ləğv edilə bilər - Xəbərdarlıq