ABŞ kəşfiyyatı Rusiya prezidenti ilə bağlı hesabat hazırlayıb
Tarix: 03-06-2022 14:24 | Bölmə: Slayd
ABŞ kəşfiyyatı Rusiya prezidenti ilə bağlı hesabat hazırlayıb

Rusiya-Ukrayna müharibəsi hər gün yüzlərlə insanın həyatına son qoyur. Belə bir vaxtda Rusiya prezidenti Putinlə bağlı hazırlanmış kəşfiyyat hesabatları ortaya çıxıb.

Reyting.az
xəbər verir ki, ABŞ-da nəşr olunan “Newsweek” jurnalı həmin ölkənin kəşfiyyat hesabatlarının məzmununa daxil olaraq Putinlə bağlı bəzi həqiqətləri üzə çıxarıb.

Üç ayrı-ayrı kəşfiyyat orqanının yüksək rütbəli məmurlarına aid edilən hesabatda Putinlə bağlı maraqlı məlumatlar var.

Hesbata görə, Milli Kəşfiyyat Direktoru Ofisinin rəsmisi “Putin tamamilə xəstədir”,- deyib.

Biri Müdafiə Kəşfiyyat Agentliyinin, digəri Hərbi Hava Qüvvələrinin təqaüdçü zabiti olan digər iki şəxs Putinin səhhəti ilə bağlı geniş kəşfiyyat məlumatlarına çıxış əldə etdiklərini və Rusiya liderinin vəziyyətinin yaxşı olmadığını bildiriblər.

Kəşfiyyat məlumatında qeyd olunur ki, Putindən sonra Rusiyadakı hakimiyyət boşluğu dünya üçün çox təhlükəli ola bilər.

Məlumata görə, kəşfiyyatçılar Putinin hakimiyyəti itirəcəyinə inanır.

Yüksək vəzifəli kəşfiyyat rəsmilərindən biri Putinin gücünün artıq mütləq olmadığını vurğulayaraq, “Kremldə hamı sonun yaxınlaşdığını hiss edir”,- deyib.

Kəşfiyyatçılar bildiriblər ki, Putin özünü təcrid etdiyi üçün etibarlı kəşfiyyata çıxışı çətinləşib.

Xatırladaq ki, ötən həftə Britaniya mətbuatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) agentinə əsaslanaraq, Putinin maksimum 3 il ömür sürəcəyi ilə bağlı məlumat yayıb. Son vaxtlar V. Putinin səhhəti ilə bağlı bir çox iddialar arasında Parkinson və xərçəng xəstəlikləri də ön plana çıxıb.

Mənbənin adı təhlükəsizlik baxımından gizli saxlanılsa da, xəstəlik səbəbindən Putinin görmə qabiliyyətinin ciddi şəkildə aşağı düşdüyü də iddia olunur.




Bölməyə aid digər xəbərlər