Azərbaycan, Rusiya və Ermənistanın işçi qrupu iclas keçirib - Yeni razılaşma əldə edilib
Tarix: 04-06-2022 00:47 | Bölmə: Slayd
Azərbaycan, Rusiya və Ermənistanın işçi qrupu iclas keçirib - Yeni razılaşma əldə edilib

Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinlərindən ibarət işçi qrupu cümə günü onuncu iclasını keçirib.

TASS xəbər verir ki, Şahin Mustafayev, Aleksey Overçuk və Mqer Qriqoryan sərhəd, gömrük və digər nəzarət mexanizmləri barədə müzakirələr aparıblar.

Rusiya hökumətinin rəsmi saytında isə bildirilir ki, tərəflər sərhəd, gömrük və digər nəzarət mexanizmləri, həmçinin Azərbaycan və Ermənistan ərazilərindən keçən yollarda hərəkət edəcək vətəndaşların və yüklərin təhlükəsizliyi barədə müzakirələr apararaq mövqelərini yaxınlaşdırıblar.

Baş nazir müavinləri Ermənistan ərazisindən keçməklə Azərbaycanın Qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək avtomobil yollarının da mümkün istiqamətlərini müzakirə ediblər. Qeyd olunur ki, tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin regionda nəqliyyat blokadasının aradan qaldırılmasına dair razılaşmasının həyata keçirilməsi üçün işləri davam etdirməyə qərar veriblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər