18:45 / 10-06-2025
Ölkəmizdə 3 gün iş olmayacaq
18:34 / 10-06-2025
Əli Əsədov Özbəkistan prezidenti ilə görüşüb - Foto
18:33 / 10-06-2025
Kennedi 17 nəfəri işdən çıxarıb
18:23 / 10-06-2025
Mayın 11-də keçirilən imtahanların nəticələri elan edilib
18:02 / 10-06-2025
Deputatlar daha 12 qanuna dəyişiklik edəcək
17:48 / 10-06-2025
"Sity Net" "Jurnalistlərin binası"nda narazlıq yaradıb
17:32 / 10-06-2025
Misir Mərdanov xəstəxanaya yerləşdirilib
17:23 / 10-06-2025
Azərbaycan XİN Avstriya xalqına başsağlığı verib
17:18 / 10-06-2025
Erməniləri dini liderin müdafiəsinə çağırırlar
16:32 / 10-06-2025
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
16:19 / 10-06-2025
Lənkəranda 73 yaşlı qadını aldadıblar
15:59 / 10-06-2025
İlham Əliyev Polşanın yeni prezidentinə məktub göndərib
15:58 / 10-06-2025
Azərbaycan və Çin vətəndaşları vizadan azad edilib
15:56 / 10-06-2025
Prezident hərbçilərlə bağlı qanunu təsdiqləyib
15:30 / 10-06-2025
Şəmkirdə əməliyyat: saxlanılanlar var
15:02 / 10-06-2025
Qaz təchizatı sahəsində qanun dəyişir - Detallar
15:01 / 10-06-2025
Yazıçı və kəşfiyyatçı vəfat edib
14:50 / 10-06-2025
Suriyadan gətirilən 13 nəfər sosial xidmət müəssisəsinə yerləşdirilib
14:35 / 10-06-2025
Lukaşenko “Belarusfilm”i kəskin tənqid edib
14:28 / 10-06-2025
Qarabağ zonasında daha 889.2 hektar ərazi minalardan təmizlənib
14:09 / 10-06-2025
Prezident Gömrük Komitəsinin yeni binasının açılışında iştirak edib
13:54 / 10-06-2025
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
13:40 / 10-06-2025
Akademik Mustafa Topçubaşovun 130 illiyi qeyd olunacaq
13:30 / 10-06-2025
İsrail ABŞ silahlarını Ukraynaya göndərib
13:14 / 10-06-2025
Əli Əsədov Özbəkistanda səfərdədir
13:07 / 10-06-2025
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
13:00 / 10-06-2025
Naxçıvanda Türkiyə ilə birgə hərbi təlim başlayıb - Video
12:49 / 10-06-2025
Keçmiş icra başçısının əmlakları ilə bağlı qərar verilib
12:46 / 10-06-2025
Sabahın hava proqnozu açıqlanıb
12:41 / 10-06-2025
Kral III Çarlz sağalmaz xəstəliyə düçar olub
10:11 / 06-06-2025

20:08 / 05-06-2025

00:01 / 06-06-2025

10:50 / 08-06-2025

23:25 / 07-06-2025

18:07 / 06-06-2025

18:49 / 05-06-2025

13:11 / 06-06-2025

09:56 / 07-06-2025

18:34 / 08-06-2025

14:45 / 07-06-2025

22:58 / 08-06-2025

Bakı balans siyasətindən imtina edir?
Tarix: 07-06-2022 16:31 | Bölmə: Slayd

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da səfərdədir. H. Hacıyev səfər çərçivəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla ABŞ-da Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcanla görüşüb. Bundan başqa, Hacıyevin ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə görüşü gözlənilir.
Hacıyevin çantasında nələr var?
Əvvəla, prezidentin köməkçisinin ABŞ-a səfəri gözlənilirdi. Məsələ ondadır ki, rəsmi Vaşinqton son illər ərzində Azərbaycana qarşı mövqeyini kəskin surətdə dəyişib. Təsadüfi deyil ki, ilin əvvəlindən bu günə qədər ABŞ lideri Co Bayden azərbaycanlı həmkarı İlham Əliyevə üç təbrik mesajı məktubu göndərib. Bu, çox sadə bir hadisə kimi görünsə də, əslində belə deyil. Belə ki, hazırda 200-ə yaxın ölkə var və ABŞ heç də bütün ölkələrin rəsmi bayramlarında həmin ölkənin prezidentinə, xalqına təbrik göndərmir. Ənənəvi anqlo-sakson diplomatiyasının spesifik cəhətlərindən biri olan bayram təbriki edən ölkənin təbrik ünvanlanan ölkəyə verdiyi qiymətin, dəyərin göstəricisidir.
İndiki məqamda rəsmi Vaşinqtonun Bakıya marağının artmasının bir neçə səbəbi var:
Birincisi, 44 günlük müharibə sonrası Azərbaycanın Cənubi Qafqazda siyasi reallıqları əsaslı surətdə dəyişib.
İkincisi, Azərbaycan NATO-nun aparıcı ölkələrindən olan Türkiyə ilə münasibətlərini ittifaq səviyyəsinə qədər yüksəldib.
Üçüncüsü, Türkiyə-İsrail münasibətləri 15 ildən sonra yenidən normallaşma mərhələsinə qədəm qoyub və rəsmi Bakı iki ölkə münasibətlərinin normallaşmasında pərdəarxası vasitəçi ölkə idi.
Dördüncüsü, ABŞ başa düşür ki, Avropa İttifaqının Rusiya qazından birbaşa və ya tədricən imtinası mümkün deyil. Buna görə də alternativ ölkələrə ehtiyac var. Hazırda bir neçə ölkənin adı çəkilsə də, Vaşinqton üçün ən məqbul ölkə məhz Azərbaycandır. Azərbaycanın geosiyasi mövqeyi digər alternativ ölkə olan Türkmənistana həm dövlət səviyyəsində, həm də regional olaraq yaxın olması və nəhayət TAP, TANAP kimi enerji layihələrini müharibə reallıqlarına baxmayaraq qısa zamanda yekunlaşdırması Vaşinqtonun diqqətindən yayınmayıb.
Yuxarıdakı səbəbləri nəzərə alsaq Hikmət Hacıyevin çantasında birdən çox mövzunun olduğunu demək mümkündür. Bakı bu səfərlə Baydenin təbrik məktubu üzərindən verdiyi mesajlara müsbət baxdığını qarşı tərəfə çatdırır. Bununla belə, Bakının hər mövzuda ABŞ-la ortaq düşünmədiyi də aydındır. Misal üçün, Azərbaycan xarici siyasətinin prioriteti olan balans siyasətindən imtina etmək istəmir. Daha fərqli desək, ABŞ-ın Qərb blokuna hələlik qoşulmaq istəmir. Rəsmi Bakı indiki məqamda balans siyasətini qoruyaraq ABŞ-la münasibətləri ən azından Rusiya səviyyəsinə gətirmək, bu yolla da həm Kremlə qarşı alternativinin olduğu təəssüratını yaratmaq, həm də milli maraqları naminə ABŞ-la bəzi məsələlərdə razılaşmaq istəyir.
Bakının Vaşinqtondan gözləntiləri
Aydın məsələdir ki, ABŞ supergüc ölkədir və bütün sahələrdə imkanları genişdir. Rəsmi Bakı üçün belə bir ölkə ilə münasibətləri inkişaf etdirmək hər zaman vacibdir. Bununla belə Hikmət Hacıyevin Ceyk Sallivanla görüşü əsnasında müzakirə edə biləcəyi bir sıra spesifik mövzular var.
Avropa İttifaqının Rusiya qazından birbaşa və ya tədricən imtinası mümkün olmadığını başa düşən ABŞ Azərbaycanın Avropaya qaz nəqlini artırmasını istəyir, ancaq Bakının mövcud imkanları Vaşinqtonun istəklərini qarşılamır. Xüsusilə də TAP və TANAP layihələrinin indiki potensialı buna uyğun deyil. Hesab edirəm bu istiqamətdə ABŞ və Qərbin texnologiya və investisiya dəstəyinə ehtiyac var.
İki ölkə arasında münasibətlərin inkişaf etməsi fonunda rəsmi Bakı Vaşinqtondan həm də 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəlişi ləğv etməsini istəyə bilər. Düzdür, 907-ci düzəlişə müvəqqəti moratorium qoyulsa da bu düzəlişin büsbütün ləğvi mənasına gəlmir. Rəsmi Bakı ilk növbədə bu düzəlişin ləğvi istiqamətində səyləri artırmalıdır. Hesab edirəm bu, gələcəkdə rəsmi Bakının balans siyasətinə təsir edə bilər.
Azərbaycan bərpa prosesi fonunda Qərb və ABŞ şirkətlərinin Azərbaycana cəlbinə, eyni zamanda bu ölkələrin işğaldan azad edilən ərazilərə investisiya qoymasına çox çalışır. Bu məsələnin də tərəflər arasında müzakirə edilməsi mümkündür.
Turan RZAYEV
Bölməyə aid digər xəbərlər

Bu gün, 18:34
Əli Əsədov Özbəkistan prezidenti ilə görüşüb - Foto
Bu gün, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
Bu gün, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb
3-06-2025, 11:57
Şəhidimiz Suraxanıda dəfn olunub - (Yenilənib) - Foto
3-06-2025, 10:34
Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir
3-06-2025, 09:58
Türkiyədə güclü zəlzələ olub - Ölən və xəsarət alanlar var
3-06-2025, 08:26
Yerin maqnit qasırğası artıb
2-06-2025, 14:02
50 minlik qoşun hücumdadır, Ukrayna Sumını itirə bilər - (Yenilənib)
2-06-2025, 11:00
Paşinyan kilsəyə niyə müharibə elan edib?
2-06-2025, 08:58
Azərbaycan ərazisində zəlzələ olub
1-06-2025, 20:08
Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
31-05-2025, 16:52
Laçına növbəti köç karvanı gedib - (Yenilənib)
30-05-2025, 18:30
Asim Mollazadə: Azərbaycan və müttəfiqləri qitələrarası sistem yaradır
30-05-2025, 14:10
Azərbaycan-Türkiyə-Pakistan ittifaqı qlobal xarakter daşıyır - Ekspert
30-05-2025, 13:00
Azərbaycan və Çin arasında viza ləğvi barədə saziş təsdiqlənib
30-05-2025, 12:44
Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - Sərəncam
30-05-2025, 11:35
Paşinyan “2018-in uğuru”nu xərcləyir - Yeni seçkilər “Vətəndaş müqaviləsi”nə nə vəd edir?
30-05-2025, 09:44
Xoş günlər zamanın sürətinə təsir edir?
30-05-2025, 07:59
COVID-in yeni ştammı daha təhlükəlidir
30-05-2025, 07:51
İki gün sonra sülh danışıqları olacaq
29-05-2025, 16:23
Hərbçimiz minaya düşüb - Yenilənib
29-05-2025, 16:02
Laçına növbəti köç karvanı gedib - (Yenilənib)
29-05-2025, 15:21
Yeni dünya müharibəsi qaçılmazdır - Sorğu
29-05-2025, 13:41
İlham Əliyev iş adamlarını qəbul edib - Fotolar