10:32 / 17-02-2026
Qazaxıstan rekord göydələnlər ölkəsinə çevrilir - Foto
10:29 / 17-02-2026
Ən böyük kosmik rabitə antenası işə salınıb
10:18 / 17-02-2026
Subsidiya ödənişinin ilkin mərhələsinə start verilib
10:13 / 17-02-2026
Çempionlar Liqası: pley-off mərhələsinin oyunları başlayır
09:57 / 17-02-2026
Daşınmaz əmlakla bağlı qaydalar dəyişib
09:44 / 17-02-2026
Rəssam Ayla İnsanovanın əsərləri Parisdə sərgilənib - Fotolar
09:17 / 17-02-2026
Orta məktəbdə kütləvi zəhərlənmə olub
08:56 / 17-02-2026
ABŞ-da tələbələr kütləvi şəkildə ixtisaslarını dəyişirlər
08:35 / 17-02-2026
İlon Mask səslə idarə edilən PUA-lara maraq göstərir
08:22 / 17-02-2026
İki ölkə müalicəsi mümkün olmayan xəstəliyə qarşı dərman hazırlayır
08:05 / 17-02-2026
Hillari Klinton diqqəti Ukraynadan yayındırmağa çalışır
07:58 / 17-02-2026
Ankara və Amman Fələstinlə bağlı eyni mövqedən çıxış edir
07:50 / 17-02-2026
BMT Baş katibi Tel-Əvivi qınayıb
07:45 / 17-02-2026
Tramp: Ukrayna Rusiya ilə danışıqlara tez başlamalıdır
07:37 / 17-02-2026
Ağdama növbəti köç karvanı yola salınıb
00:42 / 17-02-2026
Marsda qurulan Sovet kommunizmi barədə film çəkəcəklər - Foto
00:33 / 17-02-2026
Rusiyada azərbaycanlı vəkil həbs olunub
00:27 / 17-02-2026
Qaradağlı faciəsindən 34 il ötür
00:19 / 17-02-2026
15 ölkə Aleksey Navalnı ilə bağlı birgə bəyanat yayıb
00:02 / 17-02-2026
Füzulidə ağır qəza: ölən və xəsarət alanlar var
23:26 / 16-02-2026
İcra başçısı bir ay əvvəl təyin etdiyi köməkçisini vəzifədən azad edib
22:48 / 16-02-2026
General vəzifədən azad olunub
20:44 / 16-02-2026
Dövlət Mahnı və Rəqs Ansamblına direktor təyinatı olub
19:54 / 16-02-2026
Arzu Əliyeva “Qaranlıqdan sonra” adlı tədbirdə iştirak edib - Fotolar
18:41 / 16-02-2026
Sabah Günəş tutulması olacaq
18:06 / 16-02-2026
Mehriban Əliyeva yenidən federasiya prezidenti seçilib - Fotolar
18:02 / 16-02-2026
Daha bir prezident Sülh Şurasında müşahidəçi olmağa razılaşıb
17:44 / 16-02-2026
Mikayıl Cabbarov özünə müşavir təyin edib - Foto
17:29 / 16-02-2026
AXCP sədri Əli Kərimli və daha bir şəxs barəsində qərar verilib
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:53 / 12-02-2026
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
15:54 / 12-02-2026
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
12:57 / 12-02-2026
Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov... - DTX həbsin detallarını açıqlayıb - (Video)
18:31 / 12-02-2026
Antarktidada itən cihazı yadplanetlilər aparıb? - Foto
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
11:47 / 16-02-2026
Rusiya və Ukraynanın cəbhədəki itkilərinin nisbəti açıqlanıb
Molla rejimi Azərbaycanda gərginlik yaratmağa çalışır
Tarix: 17-06-2022 16:37 | Bölmə: Slayd

Məlum olduğu kimi, bir müddət öncə bir qrup şəxs Azərbaycanın Tehrandakı səfirliyi qarşısında növbəti dəfə aksiya keçirib. Bu, ilk belə hadisə deyil və mümkündür ki, axırıncı da olmayacaq.
Azərbaycan əleyhinə şüarlarla zəngin olan aksiyada növbəti dəfə ölkəmiz əleyhinə əsassız ittihamlar səsləndirilib.
İran rəsmiləri hadisə ilə bağlı açıqlamasında nə etirazçıların, nə də aksiyada səsləndirilən şüarların rəsmi Tehranın mövqeyi olmadığını bildirsə də, aydın məsələdir ki, Azərbaycan səfirliyinin qarşısında olan aksiyaların sifarişçisi kimdir və bu aksiya kimlər tərəfindən təşkil olunur.
Ümumiyyətlə, İran molla rejiminin Sudan, İraq, Suriya, Əfqanıstan, Küveyt, Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı, Mərakeş, Oman, Yəmən, Hindistan, Livan, Liviya və digər ölkələrdə yaratdığı “hizbullahçı” strukturları Cənubi Qafqaza da tətbiq etmək istəməsi bir həqiqətdir. Rejim bu istiqamətdə Azərbaycan daxilində sosial, ictimai və siyasi sferada, iki başlıca istiqamətdə, genişmiqyaslı təbliğat sistemlərini gücləndirməyə çalışır:

Birincisi, etnik separatizim. Molla rejimi və Ermənistan uzun illərdir ki, Azərbaycandakı etnik azlıqları qızışdırmağa çalışır və qondarma “Dağlıq Qarabağ”, "Tatistan", “Talışstan” və “Ləzgistan” kimi saxta təbliğatla məşğuldur. Son illərdə isə bu istiqamətdə intensiv konfranslar keçirilir, bir sıra KİV-lər, eləcə də sosial şəbəkələrdə müxtəlif səhifələr yaradılır.
İkincisi, molla rejimi dini baxımdan ölkənin konstitusion dövlət quruluşunu devirmək istəyən radikal qruplaşmaları hərəkətə keçirməyə çalışır. Son 20 ildə bu prosesin aktivləşməsi üçün mövhumatçı zəka ilə dərin siyasət yürüdülür. Təəssüf ki, Azərbaycanın məscidlərində savadsız dindarlarla işbirliyi qurularaq, “çevrə düsturu” formalaşdırılıb. Tehran rejiminin Azərbaycandakı mövhumatçı baxışlara malik dindarlara siqqətülislam, höccətülislam, müctəhid, mövləvi, müdərris, mühəddis, müxtəsib, şeyx, müəzzin, digər teokratik “dini rütbələr” verərək Azərbaycan cəmiyyətində hədəflərini rəsmiləşdirmək üçün konkret addımlar atırlar. Bütün bunlar isə Tehrandakı “Vilayəti Fəqih” (Dünya Müsəlmanlarının Ali Dini Lideri) adlı qondarma struktur və təbii ki, erməni dezinformasiya maşınının ortaq əli ilə həyata keçirilir.
Azərbaycanın Tehrandakı səfirliyi qarşısında keçirilən aksiyanın Müsəlman Birliyi Hərəkatının sədri, Qobustanda həbsxanada olan Taleh Bağırzadənin susuzluq aksiyasına başladığı bir dövrə təsadüf etməsi bu aksiyanın da İran molla rejimi tərəfindən sifarişli şəkildə təşkil edildiyini göstərir.

Təəssüf ki, bu gün Azərbaycanda bir çoxları Taleh Bağırzadənin İran agenti olduğunu bilmir. Bu da azmış kimi, T. Bağırzadəyə azadlıq şüarları səsləndirənlər var. Tehran rejiminin “Cənubi Qafqaz masası”nın siyasi avantüra proyektlərinə cəlb olunan Azərbaycan vətəndaşları bu prosesdə iştirak etdiklərinin fərqində belə deyillər. Tehran rejiminin sərgilədiyi ideoloji konsepsiyalara inanaraq, dövlətə qarşı çıxan bu şəxslər T. Bağırzadə kimi İran agentlərini qəhrəman olaraq görürlər.
İran molla rejimi əslində T. Bağırzadənin timsalında “Müsəlman Birliyi Hərəkatı”nı yaratmaqla Azərbaycanda “Livan modeli”ni tətbiq etməyi özünə hədəf seçib. Təsadüfi deyil ki, Bağırzadə 2013-cü ildə həbsdən çıxan kimi “Müsəlman Birliyi Hərəkatı”nı İran ayətullahlarının “xeyir-duası” ilə yaratdı. Daha sonra İraq, Suriya, Fələstin və Livanda olduğu kimi məscidlərdə görüşlər keçirərək əhalinin mövhumatçı dindarlarını öz tərəfinə çəkməyə cəhd etdi. O, bu yolla hakimiyyətə gəlməyi və konstitusion quruluşu dəyişməyi hədəfləyirdi.

2016-cı ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun araşdırmaları nəticəsində bəlli olub ki, T. Bağırzadə 68 nəfər tərəfdarı ilə demokratik dövlət modelini dəyişmək və “şəriət” qanunları idarə olunan rejim qurmağı hədəf seçib. Aparılan araşdırmalar nəticəsində bəlli olub ki, onun tərəfdarları həm də gizli silahlı qruplar yaradıblar. Bu mənzərə eynilə Tehran rejimi tərəfindən idarə olunan Yaxın Şərq ölkələrindəki radikal cərəyanların taktikasının təkrarı idi.
Bütün bunlarla kifayətlənməyən T. Bağırzadə həm də radikal dindar qruplarını ədəbiyyatla təmin edirmiş. Həmin əsərlər Tehrandakı terror siyasətini yürüdən cihadçı ideoloqların kitablarından ibarət idi. Bütün bunlar sübut edir ki, Tehran molla rejimi dini, milli azlıqların hüquqları və digər sahələrdə Ermənistanla eyni siyasi prosesdə iştirak edir.
Ümumiyyətlə, İran-Azərbaycan münasibətlərini vaxtaşırı gərginləşdirən səbəblərdən biri də rəsmi Bakının İsraillə sıx münasibətlər qurmasıdır. Təsadüfi deyil ki, İranda təşkil olunan aksiyalarda da ənənəvi olaraq Azərbaycanı İsraillə əməkdaşlıqda ittiham edir, Bakını sionizmə dəstək verməkdə qınayırlar.
Görünür, İranın bəzi rəsmi şəxsləri hələ də anlamaq istəmirlər ki, Azərbaycan müstəqil dövlətdir və istənilən ölkə ilə əməkdaşlıq yolunu özü seçir.
Rəsmi Tehran 27 il ərzində müsəlman torpağı olan Qarabağı işğal edən, burada müsəlman Azərbaycan xalqına qarşı soyqırımlar törədən, yaşı yüz illik məscidləri dağıdan, donuz, inək kimi heyvanların saxlanıldığı yerə çevirərək bütün müsəlmanları təhqir edən Ermənistan ilə sıx münasibətlərə malikdir. Onu da qeyd edim ki, İranın erməni sevgisinin daha qədim və köklü bir tarixi var.
Qeyri-rəsmi mənbələrə görə, bu gün İranda 100 min erməni yaşayır. İranın konstitusiyasına nəzər saldıqda görərik ki, ölkədə yaşayan bütün etniklər eyni hüquqa malikdirlər.
Konstitusiyanın 15-ci və 19-cu maddələrinə əsasən, ölkədə yaşayan bütün etniklər öz ana dilində təhsil almalı, vətəndaş hüquqlarına malik olmalıdırlar. Buna baxmayaraq İranda yaşayan qeyri-fars xalqlar arasında yalnız ermənilərin ana dilində məktəbləri var. Bundan başqa, İranda ermənilər uşaq bağçasından universitetədək öz ana dillərində təhsil alır, məktəblərdə erməni ədəbiyyatı, tarixi tədris olunur. Universitetdə isə erməni dili fakültəsində təhsillərini davam etdirə bilirlər.

Paytaxt Tehranda ermənilər üçün 23 məktəb var. Eyni zamanda ermənilərin milli və dini bayramlarını qeyd etmək hüququ rəsmi şəkildə tanınır. Erməni Qriqoryan kilsəsinin İran üzrə Atropaten, Tehran və İsfahan yeparxiyaları fəaliyyət göstərir. Ümumilikdə, bu yeparxiyaların tərkibinə 40 kilsə daxildir.
Cəmi 100 min erməniyə məxsus bu sərbəstliyin yüzdə biri İranda çoxluq təşkil edən 45 milyon azərbaycanlıya verilmir. Molla rejimi İranda Azərbaycan dilini qadağan edir, yüzlərlə soydaşımızı ana dilində təhsil almaq istədiyi üçün həbs edir.
Molla rejimi son olaraq 44 günlük müharibə zamanı Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz olaraq Ərdəbil şəhərinin Ciral parkında aksiya keçirən 12 nəfəri həbs etmiş, fəallara 2021-ci il 9 oktyabr tarixində Ərdəbil şəhəri məhkəməsi tərəfindən ümumilikdə 180 ay həbs və 888 qamçı cəzası hökmü çıxarmışdı.
Turan RZAYEV
Bölməyə aid digər xəbərlər

Bu gün, 07:37
Ağdama növbəti köç karvanı yola salınıb
Dünən, 18:41
Sabah Günəş tutulması olacaq
Dünən, 16:44
Cəlaloğlu: ABŞ Cənubi Qafqazda təsirini gücləndirir
Dünən, 15:56
Kilsə Paşinyanın yeddi arxadönənini söyür
Dünən, 15:03
TƏBİB-in İcraçı direktoru vəzifədən azad edilib
Dünən, 13:58
Geomaqnit qasırğası gözlənilir
Dünən, 12:57
Bəzi müəllimlər üçün imtahan qaydası dəyişir
Dünən, 11:26
Deputat: İslahatların çox gecikdirilməsi risklidir
14-02-2026, 22:59
Nazirin üç müavini vəzifədən azad edilib - (Yenilənib)
13-02-2026, 14:32
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13-02-2026, 13:41
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13-02-2026, 12:56
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
13-02-2026, 12:04
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
13-02-2026, 11:18
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
13-02-2026, 10:58
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
13-02-2026, 10:00
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
13-02-2026, 09:08
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
12-02-2026, 14:30
Vensin səfəri Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirib - Professor
12-02-2026, 13:37
Vensin səfəri və İrəvanın mağaza rəflərində Azərbaycan almaları
12-02-2026, 12:57
Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov... - DTX həbsin detallarını açıqlayıb - (Video)
12-02-2026, 12:45
NATO müttəfiqlərinin ABŞ-a etibarı itib
12-02-2026, 11:51
ABŞ Rusiya neftinə sanksiyaların ləğvi üçün şərtini açıqlayıb
12-02-2026, 09:24
Gültəkin Hacıbəylini Azərbaycana deportasiya ediblər
12-02-2026, 00:05
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
11-02-2026, 16:42
Ölümcül viruslar yenidən təhlükə yaradır - Xəbərdarlıq
11-02-2026, 14:54
Qlobal problem: mənzil və ərzaq sürətlə bahalaşır
11-02-2026, 11:40
Bir tvitlə başlayan tozanaq: Vens “erməni soyqırımı”nı tanıyır?
11-02-2026, 10:26
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
11-02-2026, 08:19
Azərbaycan-ABŞ iqtisadi əlaqələri uzunmüddətli perspektivlərə malikdir
10-02-2026, 17:00
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
10-02-2026, 15:36
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
10-02-2026, 14:44
Avropa “Visa” və “Mastercard” asılılığını təhlükəli sayır: təcili alternativ axtarırlar
10-02-2026, 14:10
Dövlət Komitəsinə sədr təyin edilib
10-02-2026, 13:25
Azərbaycan-ABŞ iqtisadi əlaqələrində yeni mərhələ başlayır
10-02-2026, 11:53
Yeni müharibə təhlükəsi artır - Xəbərdarlıq
10-02-2026, 11:29
Vensin səfəri: son 30 ildə ilk ABŞ rəsmisi Qafqazda
10-02-2026, 10:34
Pensiyalar nə qədər artacaq?
10-02-2026, 10:18
Donald Tramp Çinə səfərə hazırlaşır
10-02-2026, 08:40
Rusiya və Çin Xəzərə üz tutacaq
9-02-2026, 19:35
Günəşin görünməyən tərəfi hələ də sirr olaraq qalır
9-02-2026, 12:23
Pol Qobl: Vensin Bakı və İrəvana səfəri dəstək siqnalıdır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək