Prezident MTN-i ləğv etdi; yeni yaradılan qurumlara rəislər təyin edildi
Tarix: 14-12-2015 16:12 | Bölmə: Slayd


Prezident İlham Əliyevin Fərmanı iləMilli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətivə Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətiyaradılıb.

Fərmana əsasənDövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinə tapşırılıb ki, əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say tərkibi barədə təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etsinlər.

Nazirlər Kabinetinə isə Azərbaycan Respublikasının 2015-ci il və 2016-cı il dövlət büdcələrində Milli Təhlükəsizlik Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin həmin illərdə fəaliyyətinin maliyyələşməsi, hər iki qurumun fəaliyyətinin təşkili üçün maddi-texniki təminat yaradılması və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Prezident İlham Əliyevin dekabrın 14-də imzaladığı sərəncamlara əsasən, Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sultanov isə Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifələrinə təyin ediliblər





Bölməyə aid digər xəbərlər