Statistika Komitəsində qiyam təhlükəsi; Tahir Budaqovun fəaliyyəti ciddi narazılığa səbəb olub
Tarix: 13-01-2016 16:17 | Bölmə: Slayd

[/b]

Statistika Komitəsində qiyam təhlükəsi; Tahir Budaqovun fəaliyyəti ciddi narazılığa səbəb olub

[b]

Bu ilin avqust ayında Dövlət Statistika Komitəsinə sədr təyin olunan Tahir Budaqov rəhbərlik etdiyi qurumda təkcə struktur islahatları ilə deyil, həm də kadr seçimi ilə ciddi narazılığın əsasını qoyub.

Adıçəkilən komitədən "Reytinq”ə verilən məlumata görə, Tahir Budaqov hətta kollektivin gözü qarşısında öz müavinlərini aşağılamaqdan da çəkinmir və Rauf Səlimovla Yusif Yusifova qarşı həddən artıq sərt davranır.

"Tahir Budaqov kollektivin gözü qarşısında sanki müavinlərini "sındırmağa” çalışır.Təəccüblənirəm ki, bu şəxslər niyə istefa vermirlər? Rauf müəllim də, Yusif müəllim də istedadlı adamlardı. Hansı ali məktəbə getsələr, dərs deyib, pullarını qazana bilərlər. Daha bu dərəcədə gərginlik altında işləməyin nə mənası var? Yeni sədr onların təkliflərinə kollektivin qarşısında istehza edir, onların adı ətrafında qeyri-ciddi imic formalaşdırmağa çalışır”,-deyən komitə əməkdaşı bildirib ki, yeni sədr 6 aya ərzindəbəzi vəzifəli şəxsləri də postlarındanuzaqlaşıdırmağı bacarıb.

lumata görə, komitə sədri baş nazirin müavini Əli Əhmədovun köməkçisi Mahir Abbasəliyevin atası Ziyad Abbasəliyevi aparat rəhbəri vəzifəsindən "könüllü olaraq" təqaüdə göndərməyə də nail olub: "Əslən Qərbi Azərbaycandan olan aparat rəhbəri Ziyad müəllimgördü ki, belə qaba və statistikadan anlayışı olmayan şəxslə işləmək mümkün deyil. Ona görə, öz ərizəsiiişdən çıxdı. Onun yerinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti şöbəsinin müdiri Vahab Məmmədovu təyin etdi. Düzdür, Vahab Məmmədov Tahir Budaqovun həmyerlisi deyil, amma onları bir-birinə bağlayan çox ciddi səbəblər”.

İddia edilir ki, T.Budaqovun ən sərt addımı Dövlət Statistika Baş Hesablama Mərkəzi (BHM) ilə bağlı olub. O,əslən Qərbi Azərbaycandan olan Vəli Allahverdiyevin rəhbərlik etdiyi Baş Hesablama Mərkəzinin ləğvinə nail olaraq, onu işsiz qoyub. Hətta təyinatının ilk günlərində Mərkəzin balansında olan binanı da V.Allahverdiyevin sərəncamından çıxara bilib: "Hansı ki, bunu mərhum sədr Arif Vəliyev 20 il ərzində edə bilmirdi. Bununla kifayətlənməyən Tahir Budaqov Nazirlər Kabinetinə müraciət edərək, Vəli Allahverdiyevin uzun illər rəhbərlik etdiyi Mərkəzin ləğvi məsələsini qaldırdı və buna nail oldu. Komitənin "ürəyi” sayılan Mərkəzin bütün əməkdaşlarını qanunsuz olaraq işdən azad etdi”.

Vəli Allahverdiyevə gəlincə, ona hələ ki heç bir iş verilməyib.

Məlumatlı şəxs deyib ki, artıq ləğv edilən Mərkəzin rəhbər şəxsləri mətbuata çıxaraq şikayətlənməyə başlayıblar: "Yəqin BHM-in Xidmət statistikası məlumatları şöbəsinin rəis müavini Ziba Manafovanın Tahir Budaqovu çox sərt isttiham edən şikayətini oxumusunuz. O, komitə sədrinin BHM-nin ləğvi üçün Nazirlər Kabinetinə müraciət etməsini, öz növbəsində Nazirlər Kabinetinin 19 noyabr 2015-ci il tarixli 385s saylı sərancam verərək Mərkəzi ləğv etməsini tam qanunsuz sayıb. Üstəlik, Baş Hesablama Mərkəzində çalışanların başına gətirilən bu qanunsuz hərəkətlərin uzun illərin zəhməti ilə formalaşmış statistika sistemini iflic vəziyyətinə salacağını, cox məsuliyyətli hesabatlar dövründə işin axarını pozacağını iddia edib”.

Məlumatda bildirilir ki, komitə əməkdaşlarıTahir Budaqovu sərt şəkildə ittiham etməyə hazırlaşırlar. Böyük ehtimalla əksər şöbə müdirləri də sədrə qarşı mübarizəyə başlayacaqlar. Çünki ölkədəki böhranı bəhanə edən yeni sədr öz müavinləri də daxil olmaqla, onları qanunsuz yolla vəzifələrindən uzaqlaşdırmaq və özünə yeni komanda formalaşdırmaq istəyir.

 

 





Bölməyə aid digər xəbərlər