Reper klipini maliyyələşdirmək üçün bankomatları qarət edib
Tarix: 05-12-2023 16:42 | Bölmə: Şou-biznes
Reper klipini maliyyələşdirmək üçün bankomatları qarət edib

Yunan polisi klipini maliyyələşdirmək üçün partlayıcı maddələrdən istifadə etməklə bankomatları soymaqda ittiham olunan rep ifaçısını həbs edib.

Reyting.az
xəbər verir ki, bu barədə Yunanıstan hakimiyyəti məlumat yayıb.

Adı açıqlanmayan 28 yaşlı yunan müğənni ilə birlikdə 26 və 27 yaşlı iki şübhəli də həbs edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları 1,5 kq partlayıcı maddə, M16 avtomatı, 4 tapança və 200 min avrodan çox nağd pul götürüblər.

Polis generalı İoannis Skouras deyib ki, onlar musiqi sənayesi vasitəsilə hədsiz miqdarda pul xərcləyərək və ya kazinolarda oynayaraq pulları yuyublar.

Polis sözçüsü Constance Dimoglidou bildirib ki, dəstə Yunanıstanın bir neçə bölgəsində, əsasən də təcrid olunmuş yerlərdə bankomatlara 10 hücumda iştirak edib və nəticədə təxminən 710.000 avro oğurlayıblar.

Üç şübhəli şəxsə qarşı çoxsaylı soyğunçuluq, qanunsuz odlu silah saxlama, qanunsuz partlayıcı maddə saxlama, istifadə etmə və nəqliyyat vasitələrinin oğurluğu maddələri ilə ittiham irəli sürülüb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər