Müğənni reklama çəkilmək üçün 60 milyon istəyib
Tarix: 14-12-2023 12:12 | Bölmə: Şou-biznes
Müğənni reklama çəkilmək üçün 60 milyon istəyib

Türkiyənin məşhur müğənnisi Tarkanın reklam üçün istədiyi məbləğ gündəm olub.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti yazıb.

Məlumata görə, ifaçı reklamvericilərdən kamera qarşısına keçmək üçün 60 milyon lirə (3 milyon 517 min 085 manat) istəyir. Bu təklifin ardından markalar Tarkanla çalışma istəyindən imtina edib.

Nəşr yazır ki, hazırda Türkiyədə "A" kateqoriyasına daxil olan məşhurların reklam qiyməti 15-20 milyon (879 minlə 1 milyon manat) lirədir.(Axşam.az)





Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər