Aygün Kazımovanın klipi birinci pilləyə yüksəlib - Video
Tarix: 09-01-2024 13:12 | Bölmə: Şou-biznes
Aygün Kazımovanın klipi birinci pilləyə yüksəlib

Xalq artisti Aygün Kazımovanın “Bilmək olmaz” mahnısı “YouTube”-nin Azərbaycan üzrə trendində birinci pilləyə yüksəlib.

Reyting.az
xəbər verir ki, A. Kazımovanın ifası ölkə trendində yeganə pop janrında olan mahnıdır. Gündən-günə uğur əldə etməklə yanaşı, dinləyicilərin sevgisini qazanmağı bacaran mahnı bu günə kimi 1 milyon 700 mindən çox baxış sayı yığıb.

Rejissorluğunu Türkiyədə Səlim Akarın etdiyi, 100 nəfərlik heyətin ərsəyə gətirdiyi klip böyük tamaşaçı marağına səbəb olub.

12 yanvar tarixindən etibarən isə sosial şəbəkələrdə artıq hit olan mahnını hər bir istifadəçi dijital platformalardan ala biləcək.

Qeyd edək ki, Azərbaycan müasir estradasının yaradıcısının klipində Peris Hiltonun fotomodeli Marian Draqan çəkilib.(Axşam.az)






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}