15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
Xalq artistini istəmədiyi işə məcbur edirlər
Tarix: 10-09-2019 13:40 | Bölmə: Şou-biznes
Xalq artistini istəmədiyi işə məcbur edirlər

“Heç vaxt təqdimat etməmişəm. Yalnız böyük layihələrin sponsorları olanda onlar təqdimatların keçirilməsini tələb edirlər”.

Reyting.az
xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva deyib.

Onun sözlərinə görə, hətta konsertdən əvvəl mətbuat konfransı belə keçirməyib: “Çalışıram ki, hər zaman özümü “sığortalayım". Birdən dediyimi edə bilmərəm. Belə edəcəm, elə edəcəm, - demək mənlik deyil. Belə məsələləri jurnalistlərin öhdəsinə buraxıram”.

Z. Xanbabayeva “Jara” festivalında ifa etdiyi “Oxu” mahnısına klip çəkdirdiyini də bildirib.

Yaradıcılıq işlərinə təqdimat mərasimi keçirməməsinin səbəblərinə gəldikdə, Xalq artisti qeyd edib ki, əslində, kliplərini media təqdim edir: “Amma sizin fikirləriniz də həm bizim, həm də tamaşaçılar üçün vacib və önəmlidir. Tamaşaçılara təqdim etdiyimizi siz jurnalistlər öz fikirlərinizlə pis və ya yaxşı istiqamətdə çatdırmalısınız. Çox istəyərdim, klipi yayımlayanda, siz də fikirlərinizi yazasınız".

Sənətçi konsert verməməsi barədə iradlara da münasibət bildirib: “Yanımda olanların hamısı məndən konsert tələb edir. Səbəbləri çox açıqlamaq istəmirəm. Hətta yaxınlarım, dost-tanışlarım “konsertin günlərini müəyyən edib, sənin xəbərin olmadan afişalara çıxardacağıq”, - söyləyirlər. Bir sözlə, onlar məni məcbur etmək istəyirlər. Amma hələ hazır deyiləm. Açığı, bu, maliyyə məsələləri və sponsorlarla da bağlı deyil. Yorulmamışam, əksinə, arada çəkilmişdim. İndi yeni layihələr təqdim etməyə hazırlaşıram. Konsert çox məsuliyyətli işdir, hesabatdır. Müğənnilər var ki, konsert öncəsi həyəcanlanmırlar, mən isə sanki “ölürəm”.(Muztv)




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər