20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Vasif Talıbovun oğlunun bacanağı şirkətini satıb
Tarix: 04-07-2023 12:15 | Bölmə: Xəbərlər / İqtisadiyyat
Vasif Talıbovun oğlunun bacanağı şirkətini satıb

"Badamlı Mineral Sular" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) satılıb.

Reyting.az
"APA-Economics"ə istinadla xəbər verir ki, şirkət "Mineral Sular" MMC (6 fərdi sahibkar) tərəfindən satın alınıb. Artıq cəmiyyətin yeni icraçı direktorunun adı da məlumdur. Bu vəzifəyə Azad Həsənov təyin edilib.

Qeyd edək ki, "Badamlı Mineral Sular" MMC-nin bundan öncəki rəhbəri Hümbət Qəhrəmanov Naxçıvan Muxtar Respublikasının keçmiş ali sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun bacanağıdır və şirkətin S. Talıbova məxsus olduğu bildirilirdi.

Məlumat üçün deyək ki, "Mineral Sular" MMC-nin üzvlərindən biri Naxçıvanda yerləşən "Ləzzət Qida Sənaye" MMC-nin təsisçilərindən olan Teymur Rzayevdir və hazırda "Sirab" şirkəti də bu quruma daxildir.




Bölməyə aid digər xəbərlər
20-11-2024, 08:43 Şamaxıda zəlzələ olub

bütün xəbərlər