18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Qoxu cinayətkarın cinsini təyin etməyə kömək edəcək
Tarix: 08-07-2023 08:50 | Bölmə: Xəbərlər / Cəmiyyət
Qoxu cinayətkarın cinsini təyin etməyə kömək edəcək

İnsan qoxusunun məhkəmə ekspertizasında istifadəsinə dair yeni model hazırlanır. Reyting.az xəbər verir ki, ABŞ Məhkəmə Ekspertizası və Ədalət Mərkəzinin mütəxəssisləri 60 nəfərdən (30 qadın və 30 kişi) əl qoxusu nümunələri toplayaraq təcrübə aparıblar. Onlar ovucların səthindən toplanan uçucu maddələr əsasında insanın cinsiyyətini təsnif etmək və proqnozlaşdırmaq üçün xüsusi analiz üsullarından istifadə ediblər.

“Plos One” saytında dərc edilən hesabata görə, araşdırmalar göstərib ki, 97 faiz dəqiqliklə əl qoxu profillərinə əsasən kişi və qadını ayırd etmək mümkündür. Qismən diskriminant analizi (PLS-DA), gizli struktur diskriminant təhlili (OPLS-DA) üzərində ortoqonal proyeksiyalar və xətti diskriminant analizi (LDA) kimi müxtəlif statistik metodlardan istifadə edən tədqiqatçılar qoxu vasitəsilə kişi və qadınları öz xüsusiyyətlərinə əsasən ayıra və təsnif edə biliblər.

Nəticələr insanın qoxusuna əsasən onun cinsini proqnozlaşdıra bilən model yaratmağa imkan verir. Bu, şübhəliləri müəyyən etmək və cinayəti aradırmaq üçün məhkəmə-tibb təcrübəsində faydalı ola bilər.

V. QULİYEV
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər