İsrailin hücumları vasitəçilik səylərini çətinləşdirir
Tarix: 04-12-2023 09:36 | Bölmə: Xəbərlər
İsrailin hücumları vasitəçilik səylərini çətinləşdirir

"İsrailin Qəzzaya hücumları vasitəçilik səylərini çətinləşdirir"

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Qətər Xarici işlər naziri Əl Tani amerikalı həmkarı Antoni Blinken ilə telefon danışığında deyib.

6 günlük atəşkəsdən sonra İsrailin bütün gücü ilə Qəzzanı bombalamasının daha böyük fəlakət yaratdığını qeyd edən Qətər XİN başçısı bildirib ki, ABŞ Tel-Əvivə gərginliyi azaltmaq üçün təsir göstərməlidir.

Günahsız insanların, xüsusilə qadın və uşaqların öldürülməsinin, HƏMAS bəhanəsi ilə bütöv bir xalqın kütləvi cəzalandırılmasının qəbuledilməz olduğuna diqqət çəkən Əl Tani Qəzzaya təhlükəsiz humanitar dəhlizlərin açılmasının vacibliyini də qabardıb.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}