İlham Əliyev Binəli Yıldırımı qəbul edib - Yenilənib
Tarix: 13-03-2024 19:48 | Bölmə: Xəbərlər
İlham Əliyev Binəli Yıldırımı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

***

Binəli Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada artan nüfuzunu qeyd edib, onun vacib beynəlxalq məsələlərin müzakirə edildiyi platforma olduğunu diqqətə çatdırıb. O, XI Qlobal Bakı Forumunun da uğurla keçəcəyinə əminliyini bildirib. Binəli Yıldırım Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri olaraq hər zaman göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.


Dövlət başçısı Azərbaycanda prezident seçkilərindən sonra həmişə olduğu kimi, ənənəyə uyğun olaraq ilk rəsmi səfərini məhz Türkiyəyə etdiyini vurğulayıb və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı müzakirələri məmnunluqla xatırlayıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, əlaqələrimizin müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}