Rusiyaya qaçmağa çalışan keçmiş deputat saxlanılıb
Tarix: 11-04-2024 00:07 | Bölmə: Xəbərlər
Rusiyaya qaçmağa çalışan keçmiş deputat saxlanılıb

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) kibermütəxəssisləri Rusiyanın silahlı təcavüzünə töhfə verən və ölkədə fəaliyyəti qadağan edilən Regionlar Partiyasından olan keçmiş deputatın Ukraynadan qaçmasının qarşısını alıblar.

Reyting.az
xəbər verir ki, Vladislav Lukyanov Odessa vilayətində sərhəd-keçid məntəqəsi yaxınlığında saxlanılıb.

“Bölgənin bir hissəsini ələ keçirdikdən sonra müttəhim düşmənlə əməkdaşlığa başlayıb və Rusiya qanunlarına əsasən, özünün internet provayder şirkətini “yenidən qeydiyyatdan keçirdi”. Bundan əlavə, o, Rusiya Federal Təhlükəsizlik Xidmətinə mövcud avadanlıqlara tam giriş imkanı verib ki, bu da Rusiyaya yerli əhalinin internet fəaliyyətinə nəzarət etmək şəraiti yaradıb”, - məlumatda qeyd olunur.

Məlumata görə, keçmiş deputat Ukraynanın nəzarətində olan əraziyə köçsə də, şirkəti uzaqdan idarə edib: “Daha sonra o, Rusiya Federasiyasının büdcəsinə “vergilər” və “rüsumlar” şəklində vəsaitlərin ödənilməsinə göstəriş verib. Beləliklə, o, Rusiyanın hərbi sənaye kompleksini və onun Ukraynaya qarşı vuruşan işğalçı qruplarını maliyyələşdirib", - SBU bildirir.

Bundan əlavə, SBU qeyd edib ki, keçmiş deputat kremlpərəst Teleqram kanallarında dəfələrlə danışaraq Rusiya təcavüzünə açıq şəkildə haqq qazandırıb və sonradan xaricə qaçmaq qərarına gəlib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}