Volçansk şəhərində küçə döyüşü gedir
Tarix: 20-05-2024 13:58 | Bölmə: Dünya
Volçansk şəhərində küçə döyüşü gedir

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin şimalında qızğın döyüşlərin getdiyi Volçansk şəhərinin 60 faizinə nəzarət edir.

Reyting.az
xəbər verir ki, bunu Xarkov Vilayət Hərbi Administrasiyasının rəis müavini Roman Semenuxa bildirib.

Onun sözlərinə görə, ruslar faktiki olaraq bütün sərhəd bölgəsini, o cümlədən Baqoduxovski, Xarkov və Çuqevski rayonlarını davamlı atəşə tutur, həmçinin Liptsi qəsəbəsi və Volçansk şəhəri istiqamətində hücum əməliyyatlarını davam etdirir.

“Liptsiyə bir neçə dəfə idarə olunan hava bombaları atılıb. Düşmən, xüsusən də Volçansk daxilində, Ukrayna Silahlı Qüvvələrini şəhərdən çıxarmaq cəhdlərindən əl çəkmir, hücumlarını dayandırmır. Bu gün də Kupyansk istiqamətində hərbi əməliyyatlar keçirilib, Ukrayna Silahlı Qüvvələri mövqelərini yaxşılaşdırmaq üçün hücum əməliyyatları aparırlar”,- Semenuxa əlavə edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}