Ermənipərəst senatorun istefası tələb olunur
Tarix: 18-07-2024 09:16 | Bölmə: Xəbərlər
Ermənipərəst senatorun istefası tələb olunur

ABŞ-da rüşvət və korrupsiya ittihamları ilə mühakimə olunan, Türkiyə əleyhinə açıqlamaları ilə tanınan Senatın Xarici Əlaqələr Komitəsinin keçmiş sədri, senator Bob Menendez məhkəmə münsiflər heyəti tərəfindən mühakimə olunduğu 16 ittihamın hamısında təqsirli bilinib.

Reyting.az
xəbər verir ki, Menendezlə bağlı bu qərardan sonra bir vaxtlar güclü Nyu Cersi senatorunun istefası tələb olunur.

Menendezə qarşı ittihamlar arasında Nyu Cersili bir iş adamından qızıl və nağd rüşvət almaq, Misir hökuməti adından xarici agent kimi fəaliyyət göstərmək, Misirin kəşfiyyat rəsmiləri ilə görüşmək və ölkəyə ABŞ-nın hərbi yardımına çıxış imkanı yaratmaq da daxildir.

Menendezin evindən qızıl külçələr, pul, bahalı əşyalar və avtomobillər ələ keçirilib. Prokurorlar qızıl külçələrin, nağd pulun və avtomobilin rüşvət olduğunu, Menendezin vəkilləri isə qızılların onun həyat yoldaşına aid olduğunu iddia edib.

Qərar elan edildikdən dərhal sonra Senat çoxluğunun lideri Çak Şumer Menendezi istefaya çağırıb.

“Qərarı nəzərə alaraq, senator Menendez indi seçiciləri, Senat və ölkəmiz üçün düzgün olanı etməli və istefa verməlidir”,- Çak Şumet bildirib.

İttihamların ertəsi günü Senatın Xarici Əlaqələr Komitəsinin sədrliyini tərk etməli olan Menendez partiyasının və ictimaiyyətin təzyiqlərinə baxmayaraq senatorluğu üçün müqavimət göstərib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər