ABŞ Qrenlandiyanı almaq üçün milyardlar xərcləməyə hazırdır
Tarix: 16-04-2025 00:01 | Bölmə: Dünya
ABŞ Qrenlandiyanı almaq üçün milyardlar xərcləməyə hazırdır

Donald Tramp Qrenlandiyaya maraq göstərən ilk ABŞ prezidenti deyil. Harri Trumen 1946-cı ildə Danimarkaya ada üçün 100 milyon dollar qızıl təklif edib.

Reyting.az
xəbər verir ki, “Newsweek”-in yazdığına görə, həmin təklif inflyasiyaya uyğunlaşdırılsaydı, bugünkü pulla təxminən 1,6 milyard dollar dəyərində olardı.

Tramp açıq şəkildə qiymət açıqlamasa da, onun administrasiyası daha əvvəl 2019-cu ildə müzakirələr zamanı qrenlandiyalılara “milyardlarla dollar” investisiya vəd etmişdi.

Ümumilikdə, ABŞ hökumətinin cari təklifi Trumenin əvvəlki təklifi və sonrakı şərhlərə əsasən, hər il 600 milyon dollar müntəzəm ödənişlərlə 2,2 milyard dollardan çox ola bilər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər