Ukrayna yaşayış məntəqəsinə nəzarəti bərpa edib
Tarix: 15-04-2025 17:19 | Bölmə: Dünya
Ukrayna yaşayış məntəqəsinə nəzarəti bərpa edib

Ukrayna Silahlı Qüvvələri Dneproenerji kəndinə nəzarəti bərpa edib.

Reyting.az
xəbər verir ki, bunu Donbassda taktiki qrupun komandiri olan general-leytenant Sergey Naev bəyan edib.

S. Naev “Facebook”-da yazıb ki, Ukrayna iki kritik sahədə mövqelərini gücləndirib.

Onun sözlərinə görə, taktiki qrupun komandanlığı iki ay ərzində şəxsi heyətin itkisini 20 faiz azaltmaqla və Donetsk vilayətində Dneproenerjiya məskunlaşmaya nəzarəti bərpa etməklə mühüm uğur qazanıb.

General əlavə edib ki, uğurlara baxmayaraq, ruslar daha çox texnika və canlı qüvvə ilə irəliləməyə çalışır.

ELÇİN




Bölməyə aid digər xəbərlər