Zelenski Trampın xüsusi elçisindən narazıdır
Tarix: 15-04-2025 18:47 | Bölmə: Dünya
Zelenski Trampın xüsusi elçisindən narazıdır

ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Steven Uitkoff "təcrübə sahəsinə aid olmayan məsələləri müzakirə edir".

Reyting.az
Strana.ua-ya istinadla xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Zelenski deyib ki, Ukrayna üçün ərazilərinin Rusiya ərazisi kimi tanınması qırmızı xəttdir.

Bundan əvvəl Uitkoff bildirmişdi ki, Ukrayna üzrə razılığın əldə olunmasının açarı 5 ərazi məsələsindədir, lakin münaqişənin sülh yolu ilə həlli bununla məhdudlaşmır. O, çox güman ki, Krımı, Donetskini, Luqanskı, Zaporojiya və Xerson vilayətlərini nəzərdə tutur.

ELÇİN




Bölməyə aid digər xəbərlər