TDT-nin Mülki Müdafiə Katibliyi yaradılacaq
Tarix: 16-03-2023 19:22 | Bölmə: Xəbərlər
TDT-nin Mülki Müdafiə Katibliyi yaradılacaq

Türk Dövlətləri Təşkilatının (TDT) fövqəladə vəziyyətlərdə çevik reaksiya üzrə birgə qurumu yaradılacaq.

Reyting.az
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, belə bir təkliflə Ankarada TDT-nin növbədənkənar sammitində Qazaxıstan prezidenti Kasım Comert Tokayev çıxış edib.

Qazaxıstan prezidenti deyib ki, təbii fəlakətlərin qarşısını almaq, fəsadlarını aradan qaldırmaq məqsədilə səylərimizi birləşdirməliyik. Türkiyədə baş verən zəlzələ belə təhlükələrə daim hazır olmağın vacibliyini göstərdi.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}