ABŞ Ukraynada atəşkəsə qarşıdır
Tarix: 16-03-2023 22:40 | Bölmə: Xəbərlər
ABŞ Ukraynada atəşkəsə qarşıdır

ABŞ Ukraynada atəşkəsin olmasını istəmir. Reyting.az xarici KİV-lərinə istinadla bildirir ki, bunu Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

C. Kirbi əlavə edib ki, indi atəşkəsin olması Rusiya tərəfindən BMT Nizamnaməsinin növbəti dəfə pozulması deməkdir. Onun sözlərinə görə, Rusiya atəşkəsdən Ukraynadakı mövqelərini daha da gücləndirmək, qüvvələrini növbəti hücumlara hazırlamaq üçün istifadə edə bilər. Yəni atəşkəs “Rusiya tərəfindən həyata keçirilən Ukrayna ərazilərinin ələ keçirilməsinin” tanınması demək olardı.

Xatırladaq ki, daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, ölkəsi barışıq təkliflərindən imtina etməyib. Amma nazir hansı təşəbbüsləri nəzərdə tutduğunu açıqlamayıb.

Eyni zamanda, Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Rusiya ilə barışıq üçün istənilən varianta, hətta müvəqqəti də olsa, əleyhinə çıxıb. Onun sözlərinə görə, Rusiyaya hər hansı güzəşt Ukrayna üçün kapitulyasiya deməkdir.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}