Qadın ərinin qətlinin təşkilində şübhəli bilinir
Tarix: 19-03-2023 12:23 | Bölmə: Xəbərlər
Qadın ərinin qətlinin təşkilində şübhəli bilinir

Bakıda qadın həyat yoldaşının qətlinin təşkilində şübhəli bilinir.

Reyting.az
xəbər verir ki, bu barədə Sabunçu Rayon Prokurorluğundan bildiriblər.

Qeyd olunur ki, martın 16-sı saat 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin paytaxtın Sabunçu rayonunda yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı, 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elnur Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Adıçəkilənlər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda ibtidai istintaq davam etdirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}