11:06 / 08-07-2025
İsrailin növbəti hədəfi Türkiyə ola bilər
10:58 / 08-07-2025
Rusiya Cənubi Qafqazda nüfuzunu itirir
10:09 / 08-07-2025
Paytaxt şəhərinin adı rekordlar kitabına düşüb - Fotolar
09:55 / 08-07-2025
Misir piramidalarının daha sirri açılıb
09:42 / 08-07-2025
Biləsuvarda əməliyyat: Vüqar Quluzadə saxlanılıb
09:34 / 08-07-2025
Hikmət Hacıyev: "Sülh var, Ermənistan-Azərbaycan sərhədi sabitdir"
09:15 / 08-07-2025
Makronun Putinə zəng etməsinə səbəb nə olub?
09:10 / 08-07-2025
Avropa Rusiyaya qarşı daha sərt tədbirlər görəcək
09:08 / 08-07-2025
Alla Puqaçovanın səhhətində problemlər yaranıb
09:04 / 08-07-2025
İcra başçısının nümayəndəsi həbs edilib
08:59 / 08-07-2025
Netanyahu Trampla İranda hakimiyyət dəyişikliyindən danışıb
08:55 / 08-07-2025
Polşada Avropanın ən güclü ordusu yarana bilər
08:49 / 08-07-2025
Sərnişin qatarları yay qrafikinə keçir
08:44 / 08-07-2025
Pentaqon Ukraynaya yeni silah tədarükü elan edib
22:43 / 07-07-2025
Böyük Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq edib
20:50 / 07-07-2025
Baş naziri əsgər ölümlərinə görə ittiham edirlər
20:12 / 07-07-2025
DTX və DSX sərhəddə birgə əməliyyat keçirib - Foto
18:33 / 07-07-2025
Bu il sülh sazişi imzalana bilər
18:01 / 07-07-2025
Siyəzəndə qadın paraşütlə qayaya çırpılaraq ölüb
17:43 / 07-07-2025
Mirzoyan: "Biz Azərbaycanla sazişi imzalamağa hazırıq"
17:43 / 07-07-2025
Türkiyə hərbi büdcəni böyüdür
17:22 / 07-07-2025
Zooparkdan qaçan aslan insana hücum edib
17:19 / 07-07-2025
Nazir vəzifəsindən azad edilən şəxs özünü güllələyib
17:16 / 07-07-2025
Rusiyanın neft emalı zavodunu partladıblar
17:08 / 07-07-2025
Bəzi rayonlara leysan yağacaq - Xəbərdarlıq
17:03 / 07-07-2025
Pezeşkian: İsrail mənə sui-qəsdə cəhd etdi, amma...
17:03 / 07-07-2025
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
16:49 / 07-07-2025
“İşsizlikdən sığorta vəsaitlərinin uçotu" barədə qaydaya dəyişiklik edilib
16:37 / 07-07-2025
Peskovdan Azərbaycan-Rusiya münasibətləri haqda - Açıqlama
19:48 / 04-07-2025

14:40 / 03-07-2025

15:47 / 04-07-2025

08:03 / 04-07-2025

11:51 / 04-07-2025

13:08 / 03-07-2025

19:14 / 04-07-2025

07:37 / 04-07-2025

13:08 / 04-07-2025

14:34 / 03-07-2025

23:20 / 03-07-2025

“Ədəbiyyatın kulisi”nə kulisdən baxış
Tarix: 01-10-2018 15:35 | Bölmə: Azad MÜZƏFFƏRLİ

(Kənan Hacının “Ədəbiyyatın kulisi” kitabı haqqında qeydlər)
Biz Kənan Hacı ilə qiyabi olaraq lap çoxdan tanışıq. Bir-birimizə yazılarımızdan bələdik. Tale elə gətirdi ki, qismətimizə qonşu olmaq da düşdü, jurnalistlər üçün inşa edilən binalarda. Bu yaxınlarda isə dostumuz Akif Cabbarlının təşəbbüsü ilə əyani tanış da olduq. Kənan mənə “Ədəbiyyatın kulisi”, mənsə ona “Bir qəlbin nəqəratsız nəğməsi” kitabımı hədiyyə etdik. Kənan Hacının kulis.az saytının “Ədəbiyyatın kulisi” layihəsi üçün yazılarından ibarət kitabını ikicə günün içində oxuyub başa vurdum. Qərara gəldim ki, qənaətimi bölüşüm. Tam səmimiyyətlə deyirəm, bu dostmodernizm “fəlsəfə”indən qaynaqlanmadı (“dostmodernizm” ifadəsinin müəllifi mən deyiləm – A.M), sadəcə içimdən gəldi.
“Uşaqlığım yaddaşımda ilmələndi”, “Hərdən fikirləşirəm ki, Azərbaycanın ürəyi çat verib”, “İçində söz bişirə-bişirə yaşayırsan”, “Yenə birinə bənd olub, xam cöngə kimi havalanmışdım”, “Cibimdə siçanlar “Yallı” gedirdi”, “Yaddaşın da zirzəmisi var”, ələlxüsus da, bu yaxınlarda “Əcəli çatmamış ölənlər” yazısındakı “Huşyarlıqdan məstanəliyə bir qədəhlik yol var” kimi mükəmməl deyimləri onun cilalanmış qələmindən xəbər verir. Hər bir qələm əhlinin yaratdıqları onun iç dünyasının aynasıdır. Kənanın yazılarından aydınca sezirsən ki, o, Vətənin daşı (qayası) olmaq qüdrətinə yüksələn soydaşlarımızdandır. Onun qələmə aldıqları oxunaqlıdır, səni düşündürür, daşındırır, münasibətə səsləyir. Kənanın yazılarından durmadan üyüdən təxəyyül, sərhəd tanımayan təfəkkür, mürəkkəbi tükənməyən qələm, yoruldum demək bilməyən mənəvi ruh, bulaq halallığı, qartal gözlü müşahidəçilik qabiliyyəti, adicə bir elandan matah düzəltmək fərasəti boylanır. Kənanın təhkiyəsi səni söhbətləşməyə çağırır, təbii və cəlbedicidir. Son vaxtlarda onun yazılarının ruhuna sosial şəbəkə “üslub”unun qismən sirayət etdiyi də nəzərdən qaçmır. Yəqin ki, bu, onun sosial şəbəkələrdəki fəallığından qaynaqlanır. Bəzən də adama elə gəlir ki, yazılarında özü həddən çoxdur. Düzdür, elə əksər yazarlar özünü yazır, di gəl, sanki, bu Kənanda daha qabarıqdır.
“Ədəbiyyatın kulisi” kitabında toplanan yazılarda milli-mənəvi dəyərlərimizin aliliyini daim uca tutmağa çağırış, hər bir soydaşımıza dəyər verməyin, ona arxa durmağın vacibliyi, 17 yaşlı əsgər Nabat (“Qəşəng döyüşçü”), Kərim Nalə (“Səfil şairin eksperimental şeirləri”), Soltan Rauf (“O şairin məzarını ot basıb”) və bu qəbildən digər həmvətənlərimizin taleyinə həssaslıqla yanaşmağın bizim mənəvi borcumuz olduğu ən xırda çalarlarına qədər əksini tapıb. Kənanın qələmə aldıqlarının əksəriyyəti çox vaxt bir o qədər əhəmiyyət vermədən laqeydcəsinə yan ötdüyümüz həyat reallıqlarıdır. Onun iki-üç səhifəlik yazılarının çoxsunda bir romanın yükü var. “İndiki zamanda it adamdan da baha olub”,- deyə hayqıran Kənan (O, rəhmətlik Məmməd Arazın “İti bazarında atından baha” gileyinin indi bu hala gəldiyi qənaətindədir) bizi ayıq-sayıqlığa, insani, humanist dəyərləri zirvədə saxlamağa səsləyir.

Nə yaxşı ki, kasıblığın daşı Kənanın qələminin gözünü hüç cür bağlaya bilmədi. İndi işsiz olan dostumuz yenə də Tanrıdan ümidini üzmədən yazıb-yaradır. İnanır ki, şair Kəramət bir vaxtlar bazarda kasa satmaq məcburiyyətində qalan rəhmətlik şair Abdulla Rəfibəyliyə özünün “Yeni Qurtuluş” qəzetində iş verdiyi kimi günlərin birində ona da mənəvi arxa duracaq soydaşımız tezliklə tapılacaq (“Bir şair vaxtilə kasa satırdı”). Şükür Tanrıya ki, Ülviyyə Heydərovanın təbirincə desək, Kənan Hacı bir əlçim ömür payını “kirayə arzularla” başa vurmadı. Jurnalistlərin mənəvi dayağı olan Prezident İlham Əliyev ömrünün xeyli hissəsini kirayələrdə keçirən bu qələm əhlini də mənəvi haqqına qovuşdurdu, onu da jurnalistlərin binasında mənzilə layiq bildi. Başının üstündə damı olmaq isə əvəzsiz nemətdir, Tanrı kimsədən əsirgəməsin.
Kənanın əksər yazarlar kimi ən böyük istəklərindən biri nədir? Azərbaycanda əsl bazar iqtisadiyyatına xas kitab bazarı formalaşsın, ədəbiyyat dərgiləri, qəzetləri normal qonorar vermək gücündə olsun. Qələm əhli də (cızmaqaraçıları çıxmaq şərtilə) alın tərinin məhsulu olan bir parça çörəyini qürurla evinə aparsın, bu yolla əsl ədəbiyyat uğrunda “mübarizə”yə təkan verilsin. O inanır ki, bizim millət aciz deyil, əgər həqiqi ədəbiyyat mühiti formalaşarsa, bizimkilər də dünya ədəbiyyatı səhnəsində layiqli yerini tuta bilər. Bunu min-bir çətinliyə baxmayaraq indinin özündə də ayrı-ayrı fərdlərin timsalında görürük. Adicə bir qayıqla dünya ədəbiyyatı okeanına baş vuran barmaqla sayılası soydaşlarımız mənzilbaşına yetir, nüfuzlu beynəlxalq mükafatlara layiq görülür, üstəlik, bir çox hallarda əməlli-başlı qonorar sahibi də olurlar. Sadəcə, Kənanın istəyi odur ki, bu, peşəkar səviyyədə təşkilatlanmış qaydada baş versin, haqqı çatan hər bir kəs üçün əlçatan olsun.
Həyatın hər anı, addımbaşı müşahidə etdikləri Kənan üçün əhvalatdır, həyat etüdləridir. Adi mətləblərdə böyük fəzilətlər kəşf etmək onun şakəridir. Ta uşaqlıqdan düzüb-qoşmaqda necə pərgardısa, eləcənə də nə təxəyyülünə, nə təfəkkürünə, nə də qəlbinə, ruhuna və qələminə dinclik vermək fikrindən tamam uzaqdır (aradabir əldən düşsə də). Dünyaya gözünü açdığı Buzovnanın “duzu, istiotu” da çox vaxt karına gəlir. Nə yaxşı ki, qərinələr, əsrlər bir-birini əvəzləsə də, böyük şəhərlərdən fərqli olaraq kiçik yaşayış məntəqələrindən nağıl, dastan ruhu hələ də köçünü çəkməyib. Ən başlıcası, Kənanın bütün yaradıcılığı kimi “Ədəbiyyatın kulisi” kitabındakı yazıları da sıravilikdən uzaqdı, özünəməxsusdur və dəyərlidir. Comolonquma zirvəsindəkiləri görmək xeyli kəsə müəyyəsər ola bilər, di gəl, oğulsan, Marian çökəkliyindəkiləri duyub görə biləsən, bax, bu, tamam başqadır!!! Kənan Hacının yaradıcılığını fərqləndirən həlledici məqam da məhz onun yazılarından bu ucalığın, təravətin əskilməməsi ilə bağlıdır. Qələminə qüvvət, qardaş, çin olmayan arzuların qalmasın!!!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ
Bölməyə aid digər xəbərlər
9-08-2020, 16:22
Azad MÜZƏFFƏRLİ - Erməni qaraçıları, yoxsa, qaraçı ermənilər - Azad Müzəffərli yazır