"Çelsi" son saniyələrdə məğlubiyyətdən xilas oldu
Tarix: 20-10-2018 17:47 | Bölmə: İdman
"Çelsi" son saniyələrdə məğlubiyyətdən xilas oldu

İngiltərə çempionatında 9-cu turun mərkəzi oyununda “Çelsi” Londonda “Mançester Yunayted”i qəbul edib.

Reyting.az xəbər verir ki, londonlular son saniyələrdə məğlubiyyətdən xilas olublar.

Oyun 2:2 hesabı ilə başa çatıb.

Hesabı 21-ci dəqiqədə London klubunun almaniyalı müdafiəçisi Antonio Ryudiqer açıb.

Birinci hissədən sonra “Mançester Yunayted”in fransalı hücumçusu Antoni Martial iki dəfə fərqlənsə də, qonaqlar qələbə hesabını qoruya bilməyiblər.

Əvəzetmə ilə meydana çıxan Ross Barkli əsas vaxta əlavə edilən son saniyələrdə “Çelsi”ni məğlubiyyətdən xilas edib.

“Çelsi” 21 xalla turnir cədvəlinə liderlik edir. “Mançester Yunayted” 14 xalla 8-ci sıradadır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}