Hakim oyundan sonra meydanda ağladı - Səbəb
Tarix: 20-11-2018 20:35 | Bölmə: İdman
Hakim oyundan sonra meydanda ağladı

Hollandiya millisinin müdafiəçisi Vircil Van Deyk Millətlər liqasının qrup mərhələsində Almaniya ilə (2:2) oyundan sonra hakim Ovidiu Xatseqanı dəstəkləyib.

Reyting.az bildirir ki, rumıniyalı hakimin oyun zamanı anası vəfat edib.

Bu dəhşətli xəbəri hakim oyundakı fasilə zamanı öyrənib.

Xatseqanın anası xəstəxanada olduğundan qohumlarındam vaxtaşırı onun vəziyyəti ilə bağlı məlumat verilməsini xahiş edib.

Faciəyə baxmayaraq, 38 yaşlı Xatseqan oyunu axıra qədər idarə edib, final fitindən sonra meydanın mərkəzində göz yaşlarını saxlaya bilməyib.

Hakim oyundan sonra meydanda ağladı

Van Deyk bunu görüb və hakimi qucaqlayıb.

“O, çox kədərli idi. Gözlərindən yaş axırdı, ona görə ki, anası vəfat etmişdi. Mən ona başsağlığı verib dedim ki, oyunu yaxşı idarə edib. Mən bunu edə bilərdim, ola bilsin ki, bu onun kədərini bir az yüngülləşdirib”, - van Deyk vurğulayıb.

Ovidiu Xatseqanı 2008-ci ildən FİFA-nın hakimidir


Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}